25/09/2018 07:49
728 x 90

Azərbaycan dünyanın ən güclü orduları arasında - Ermənistanı qorxudan göstərici...

img

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 53-ci yerdə qərarlaşıb.

Baki-xeber.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Global Firepower" təşkilatının yaydığı hesabatda bildirilir.

Ümumilikdə 136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb.

Hesabata əsasən Azərbaycan Hərbi Hava Qüvvələrinin 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

Bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, Almaniya.

"Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinqi hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün "Global Firepower Index"in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Son xəbərlər