21/11/2018 06:40
728 x 90

Aydın Quliyev: “Azərbaycan xarici siyasətini uğurla həyata keçirir"

img

“Ümumiyyətlə, son vaxtlar Azərbaycanın Rusiya, Almaniya, Xorvatiya ilə münasibətlərinin daha da inkişaf etdirilməsinə perspektiv açmaq baxımından hər üç ölkənin dövlət başçıları ilə Azərbaycan Prezidentinin görüşləri son dərəcə təsirli və perspektivlidir”. Bunu SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, müəyyən hallarda bu üç ölkə ilə Azərbaycanın münasibətlərini ümumi şəkildə təhlil etmək olarsa bəzi hallarda isə konkret məsələlərin üzərində dayanmağa ciddi ehtiyac var: “Çünki bu ölkələrin eləsi var ki, Azərbaycanın həmin ölkə ilə münasibətləri demək olar ki, oxşar istiqamətlərdə davam etdirir, eləsi də var ki, bu əməkdaşlıq münasibətləri yalnız Azərbaycanla həmin ölkəyə aiddir. Məsələn, Rusiya-Xorvatiya və bu iki ölkənin Azərbaycanla münasibətlərinin strateji, tərəfdaşlıq müstəvisində daha da dərinləşdirilməsində cənab Prezidentin səfərləri və apardığı danışıqlar, imzalanan sənədlər olduqca böyük tarixi əhəmiyyətə malikdir.

Xüsusilə də Rusiya ilə Azərbaycanın iqtisadi, siyasi sahədə, investisiya, ticarət, turizm, ticarətin inkişaf etdirilməsi sahəsindəki əməkdaşlıqlara yeni perspektivlər açılması və Qarabağ probleminin həllini sürətləndirmək baxımından ölkələrin mövqeyinin bir daha konkretləşdirilməsində olduqca böyük əhəmiyyət daşıyır və bunlar Azərbaycanla Rusiyanın strateji tərəfdaşlığının dərinləşdirilməsində sözsüz öz təsiri göstərir.

Eyni sözləri Xorvatiya ilə münasibətlərə də aid etmək olar. Cənab Prezidentin son səfərində imzaladığı sənədlər Xorvatiya ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin yüksələn, dərinləşən xətt boyunca davam etdiyini söyləməyə əsas verir. Azərbaycanın Xorvatiya üçün bəlkə də Asiya ölkələrinə çıxış nöqtəsi olmaq baxımından əhəmiyyəti, Xorvatiyanın Azərbaycanın böyük layihəsi olan Cənub-Qaz dəhlizinə qoşulmaq istəyi, Xorvatiyanın Azərbaycanın iqtisadiyyatında və ticarət əlaqələrində daha böyük cəhdləri sözsüz strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcək.

Almaniya ilə münasibətlərə xüsusi yanaşmaq lazımdır. Almaniyanın Avropa Birliyinin böyük iqtisadiyyata sahib bir ölkəsi olaraq Azərbaycanla münasibətlərə belə dərin və yüksək maraq göstərməsi olduqca diqqətə layiqdir və ölkəmiz üçün əhəmiyyətlidir. Xüsusilə ölkəmizin Avropa Birliyinə münasibətlərinin daha da inkişaf etməsində Almaniyanın çox böyük potensialı var. Eləcə də Almaniya kansleri Anqela Merkelin Qarabağ məsələsində Azərbaycan üçün demək olar ki, məqbul sayılan bir mövqedən çıxış etməsi və dolayı formada birbaşa olmasa da Ermənistanın indiyə qədərki rəhbərliyinin Qarabağ məsələsində qeyri-konstruktiv rol oynamasını bildirməsi bizim üçün olduqca vacibdir. Eyni ilə də Qarabağ məsələsinin həllində cənab Prezidentin bu səfəri demək olar ki, bu üç istiqamətdə fəaliyyəti hər üç ölkənin Azərbaycana dəstəyinin daha da gücləndirilməsi baxımından əlamətdardır. Qarabağ məsələsi bizim üçün çox vacib olduğuna görə bu üç ölkənin bu məsələdə Azərbaycana aydın münasibət mövqeyi ifadə etməsi çox perspektivli görünür. Rusiya prezidenti də Qarabağ məsələsinin həllində bundan sonrakı fəaliyyətini və fəallığını davam etdirəcəyini birmənalı bəyan etdi. Anqela Merkel də bu istiqamətdə mövqeyini ortaya qoydu. Xorvatiya isə Azərbaycanın strateji tərəfdaşı olan bir ölkə kimi bizim ölkəmizin ərazi bütövlüyünü həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli müstəvilərdə - Avropa Birliyində, NATO çərçivəsində dəstəkləyir ki, bu da bizim üçün çox əlamətdardır”.

Son xəbərlər