19/11/2018 07:53
728 x 90

Paşinyanın konsepsiyasız Qarabağ siyasəti hakimiyyət daxilində də açıq tənqidlər doğurdu...

img

Ermənistanda mövcud hakimiyyətin həyata keçirdiyi siyasət İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində hələ də konstruktiv mövqe sərgiləməkdən çox uzaq olduğunu göstərir. Məsələnin başqa bir maraqlı tərəfi odur ki, indiki Ermənistan iqtidarı Qarabağ məsələsində hansısa konkret platformadan, konsepsiyadan da çıxış etmir.

Bunun özü Ermənistanla Qarabağ danışıqları aparılmasını xeyli çətinləşdirir. Belə vəziyyət hətta işğalçı ölkənin özündə də çaşqınlıq yaradır. Əsas səbəb isə ölkədə baş nazir postunu tutan Nikol Paşinyanın Qarabağ məsələsində gündə bir mövqe sərgiləməsidir. Məsələn, bu günlərdə o bəyan etmişdi ki, Qarabağ konfliktinin dinc yolla həlli üçün Azərbaycan Pprezidenti İlham Əliyevlə danışıqlara hazırdır. Amma son Rusiya səfərində Paşinyan yenidən fərqli mövqe nümayiş etdirir.

Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində o yenidən bəyan edib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə səlahiyyəti yoxdur: “Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm”. Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəccüb və tənqidlə qarşılanmışdı. Bundan sonra Paşinyan mövqeyini dəyişmiş və Azərbaycan tərəfi ilə danışıqlara hazır olduğunu bildirmişdi. Amma az keçməmiş o yenidən mövqeyini dəyişir. Bu hal Ermənistanın özündə belə tənqidlə qarşılanıb. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov vurğulayır ki, ölkənin hazırkı hökumətinin xarici siyasət konsepsiyası yoxdur: “Konsepsiya yoxdur. Bu insanlar hər saatda fərqli düşünürlər. Onlar Qarabağa gedib bir, sonra isə tamam başqa şey deyirlər. Paşinyan hökumətinin Qarabağ konflikti ilə bağlı heç bir konsepsiyası yoxdur. Deyir ki, gəlib xalqla müzakirə edəcəyəm. Axı, indi Nikolayın zamanı deyil. Sizin etdikləriniz biabırçılıqdır. Bəs hökumət nəyə lazımdır? Yəni bununla sən üzərinə məsuliyyət götürmürsən? Düşünürsünüz ki, Obama və Tramp İraqı bombalayanda xalqı toplayıb onlardan nə isə soruşmuşdular?”

Bundan başqa, Paşinyanın açıqlamaları Ermənistanın ancaq indi güc dilindən anladığını deməyə əsas verir. Belə ki, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın “Ermənistanın tərkib hissəsi olduğunu” bildirir. “Kommersant” qəzeti yazır ki, belə vəziyyət məsələnin dinc müstəvidə həllini çətinləşdirir: “Bu cür yanaşma ilə nəsə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?”. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə vurğulayır ki, İrəvan bununla danışıqlar prosesinə də ciddi zərbə vurur: "Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsilə bağlı açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir". XİN rəsmisi bildirib ki, Ermənistan bununla baş nazir səviyyəsində əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirib: “Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində verir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq. Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”.

Ekspertlər də bildirir ki, Nikol Paşinyanın Moskvada Vladimir Putinlə görüşdən sonra “Mənim nəzərimdə Qarabağ Ermənistanın tərkib hissəsidir” açıqlaması, həmçinin cəbhə xəttində Azərbaycanın hərbi hərəkətliliyinə adekvat cavabın sərt veriləcəyini qeyd etməsi münaqişənin həllində növbəti danışıqları fiaskoya uğradır. Hesab olunur ki, Paşinyanın qeyri-müəyyən siyasəti və açıqlamaları Ermənistanın növbəti dəfə ordumuz tərəfindən aprel sindiromu yaşamasını yaxınlaşdıra bilər. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov da bunu təsdiq edir. O vurğulayır ki, Ermənistanda Nikol Paşinyanın iqtidarı ələ keçirməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi tamamilə dalana dirənib. Mətbuata açıqlamalarında Paşinyanın Qarabağ barədə səsləndirdiyi sərsəm fikirlər belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan aprel döyüşlərinə bənzər əməliyyatlar keçirərək düşməni yerinə oturtmalıdır. Ekspert bildirib ki, gündəmdə daha kəskin formada hərbi əməliyyat keçirilməsi planı var: “Hər an aprel döyüşlərindən daha geniş və dərin tapşırıqlarla əhatə olunan hərbi əməliyyat ola bilər. Bu, aprelin daha geniş formatda təkrarı olacaq və erməniləri yerində oturtmaq üçün kifayət edəcək”. Y.Aydəmirov qeyd edib ki, gec olmadan Ermənistan tərəfi konstruktiv danışıqlara qayıtmalıdır: “Paşinyan ucuz siyasətlə məşğuldur. O, əvvəllər Rusiya ilə münasibətləri gərginləşdirmə yolunu tutmuşdu, amma dərhal yola gətirdilər. Heç kim şübhə etməsin ki, Paşinyan Qarabağ məsələsində də başa salınacaq və yola gətiriləcək. Bu baş verməsə, Azərbaycan aprel döyüşlərinin geniş formatda təkrarı ilə onu ağıllandıracaq”. 

Hələlik isə görünən budur ki, Nikol Paşinyanın Dağlıq Qarabağ və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Ermənistan tərəfinin münaqiшənin sülh yolu ilə həllinin tərəfdarı olmadığını daha aydın formada üzə çıxarır.  Halbuki, Paшinyanın özünə də yaxшı məlumdur ki,  Qarabağ problemi həll edilmədən Ermənistanın avrointeqrasiyası və iqtisadiyyatının düшdüyü uçurumdan xilası mümkün deyil. Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Xosrov Arutyunyan isə qeyd edir ki, Qarabağ münaqiшəsinin həllinin uzanması Ermənistanın kənar təsirlərdən xilas olmasını daim əngəlləyən ən böyük faktorlardan biridir. O, hətta Rusiya ilə münasibətlərin normal məcraya qayıtmasının da bundan asılı olduğunu qeyd edir:  “Rusiya Qarabağ münaqiшəsinin həlli üçün müəyyən yeniliklərin olmasını istəyir. Amma Ermənistan iqtidarının siyasəti bunu əngəlləyir. Bu mənada, Paшinyanın açıqlamalarına baxmayaraq, onun Rusiya səfərinin hansısa uğurla həyata keçməsini söyləmək çətindir. Əksinə, Rusiya Ermənistana yeni təzyiq kartlarını iшə salacaq. Atdığı addımlar və verdiyi bəyanatlarla Ermənistanın yeni rəhbərliyi Rusiyanı kifayət qədər qıcıqlandırıb. Strateji müttəfiq olmalarına baxmayaraq, Moskva İrəvanın bu davranıшlarına çox susacaq deyil. Bu mənada, bəzi erməni rəsmilər Rusiyanın İrəvana qarшı təsir və təzyiq rıçaqlarını bir-bir iшə salacağından ehtiyatlanır. Həmin rıçaqların sırasında Ermənistana satılan təbii qaz tariflərinin artırılması da var“. Erməni deputat bu ilin sonunda İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitməsinə diqqət çəkərək, həyəcan təbili çalıb. Həmin saziшə əsasən, Rusiyanın Ermənistana satdığı qazın min kubmetri üçün 150 dollar tarif müəyyənləшdirilib. Lakin Arutyunyan əmin deyil ki, Moskva əvvəlki güzəшtli tarifi saxlayacaq, ya yox. Bu mənada Ermənistanın yeni hökumətinin səhv siyasətinə vurğu edən Arutyunyan istisna etməyib ki, Nikol Paшinyan hökuməti Rusiyaya münasibətdə “nala-mıxa vurmağa” davam etsə, Moskva enerji sahəsində, demək olar ki, tamamilə Rusiyadan asılı olan Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Bu isə Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir: “Təəssüf ki, Ermənistan-Rusiya münasibətlrində enerji daшıyıcıları strateji əhəmiyyətə malikdir. Hərdən elə olur ki, enerjidaшıyıcılarına qoyulan tariflər hesabına dövlətlərarası digər məsələlər də tənzimlənir. Bu mənada Ermənistanın ciddi problemi var və biz Rusiya-Ermənistan münasibətlərində çox diqqətli və ehtiyatlı olmalıyıq. Özü də nəzərə alsaq ki, son zamanlar Azərbaycanın Rusiya üçün strateji önəmi daha da artır”. Erməni deputat bütün bunların Qarabağ münaqiшəsinə də təsir etdyini bildirərək, konfliktin həllinin uzanmasının ölkəsi üçün yaxшı heç nə vəd etmədiyini qeyd edir. Digər tərəfdən vurğulayır ki, bu gediшlə konfliktin hərbi yolla həlli ehtimalı da artır ki, bu da indiki vaxtda Ermənistan üçün ciddi fəlakət anlamına gəlir. Erməni mətbuatı da diqqəti buna yönəldir ki, Rusiya kimi hamisini itirdiyi bir vaxtda İrəvanın Qarabağ münaqiшəsini hərbi müstəviyə sürükləməsi yanlıш siyasətdir. “İravnuk“ qəzeti yazır: “Azərbaycan Rusiyaya misli görülməmiш inteqrasiya – ümumi siyasi, mədəni, ekspert inteqrasiyası, eləcə də biznes sahəsinin, informasiya dairələrinin inteqrasiyasını - baшladıb. Biz açıq шəkildə mövqelərimizi itirməyə baшlamıшıq. Açığını desək, Moskva hələ ki, regional siyasətində paritet komponentini bərpa etmək istəmir. Paшinyanın Moskvaya səfəri də bu sahədə hansısa yeniliyə səbəb olmadı. Bütün bunlar Ermənistanın Qarabağ məsələsində mövqelərini daha da zəiflədir”. Beləliklə, qeyd edilənlərdən bu nəticəyə gəlmək mümkündür ki, İrəvan yaxın tezlikdə Qarabağ məsələsində qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, problemin hərbi həlli qaçılmazdır və bunun Ermənistan üçün nə ilə nəticələnəcəyini düшmən ölkədə də yaxшı bilirlər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiшafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər