16/08/2018 00:58
728 x 90

Paşinyan siyasi korafəhmlikdən Rusiyadakı erməni biznesmenləri ağır zərbə altında qoyub…

“Bununla da göstərmək istəyib ki, o, konkret kiminsə deyil, dünyadakı bütün ermənilərin namizədidir”

img

Əhəd Məmmədli: “Bütün bunlar Rusiyanın Paşinyanla münasibətlərinin daha da ziddiyyətləşməsindən xəbər verir”

 

Məlumdur ki, Ermənistanda “məxməri inqilab”ı maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni “elitar” dairələr də olub. Bunu hələ ötən ay Sankt-Peterburqada erməni sahibkarlarla görüşən Nikol Paşinyan özü etiraf edib və bildirib ki, inqilabın davam etdirilməsi üçün Rusiyadan ilk pullar Saxalindən göndərilib.

Lakin Paşinyanın bu etirafı onun Rusiyadakı sponsorlarına baha başa gəlib. Paşinyanın açıq şəkildə Rusiyadakı tərəfdaşlarını işfa etməsi isə  orada yaşayan və özünü indiyədək Rusiya yanlısı kimi qələmə verən erməni biznesmenlərinin narahatlığına səbəb olub. Aydınlaşıb ki, onların bu narahatlığı əsassız deyil.

Qeyd olunur ki, “Qazbank” guya “dostları üçün” digər banklarda dəfələrlə irimiqyaslı pul köçürmələri həyata keçirib. Bunu əsas gətirərək Rusiya Mərkəzi Bankı onun lisenziyasını əlindən alıb, bankın idarə heyəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə düşüb. Lakin görülən tədbirlərin başlıca səbəbi bankın Ermənistandakı siyasi çevrilişi maliyyələşdirməsi və Avetisyanın “məxməri inqilab”ın sponsoru olmasıdır. Hətta onun Paşinyanın qohumu olduğu da iddia edilir. Ermənistandakı aprel hadisələrini Rusiyanın Samara əyalətinin kredit təşkilatı, rəhbərlərindən birinin Qriqori Ohanesyanın olduğu “Aktiv Kapital Bank”ın da maliyyələşdirdiyi bildirilir. Bu bankın da lisenziyası əlindən alınıb. Məlumatlara görə, Ohanesyan bankdan oğurladığı 25 milyard rubl pulla Ermənistana gedib və inqilabçılara dəstək olub. Həmin pulların bir qismi Paşinyanın küçə aksiyalarının təşkilinə xərclənib. Amma indi bu qüvvələr sıradan çıxarılır. Paşinyana vaxtilə dəstək vermiş erməni əsilli iş adamlarının Rusiyada təqib olunmasının kökündə hansı amillər dura bilər?

Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, əslində, bu cür addımları ilə Paşinyan öz tərəfdarlarını ciddi zərbə altında qoyub: “Paşinyan vaxtilə Rusiyada etdiyi etirafedici çıxışı ilə, ola bilsin, demək istəyib ki, ona təkcə Qərbdə məskunlaşan erməni lobbisi deyil, həm də Rusiyadakı erməni lobbisi dəstək verib. Bununla da göstərmək istəyib ki, o, konkret kiminsə deyil, dünyadakı bütün ermənilərin namizədidir. Guya bununla da təkcə Qərb tərəfindən dəstəkləndiyi şübhələri ortadan qaldırmaq istəyib. Amma tam əksinə alınıb. Paşinyan bu düşünülməmiş açıqlaması ilə ona dəstək verənləri zərbə altında qoydu. İnqilab zamanı ona dəstək verən ermənilər indi etdiklərindən bəlkə də peşmandırlar. Bütün bunlar  Rusiyanın  Paşinyanla münasibətlərinin daha da ziddiyyətləşməsindən xəbər verir. Ona dəstək verən erməni biznesmenlərinin təqibi məhz bununla əlaqəlidir. Bu həbslər Paşinyana təzyiq rıçaqlarından biridir. Əsas təzyiq rıçaqlarını ruslar hələ işə salmayıblar. Qeyd edim ki, Rusiyanın əsas təzyiq rıçaqlarını işə salması Azərbaycanın maraqlarına cavab verir. Belə olacağı halda, Azərbaycan üçün torpaqlarını qaytarmağa tarixi şans yaranır. İndiki durumda Azərbaycan iqtidarı və diplomatiyasının öhdəsinə böyük həcmli iş düşür. Həm siyasi, həm diplomatik, həm də hərbi meydanda Rusiyanı Ermənistan tərəfindən çəkib Azərbaycana daha da yaxınlaşdırmağı bacarsaq, bunun gözəl nəticələri olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər