22/10/2018 21:16
728 x 90

Aydın Quliyev: "Tramp göstərdi ki, Azərbaycanın apardığı strategiyaya möhkəm güvənir"

img

ABŞ Prezidentinin rəsmi sərəncamla "Şahdəniz-2" və "Cənub Qaz Dəhlizi"ni ümumiyyətlə İran sanksiyalarının təsir dairəsindən çıxarması qlobal təsirləri olan beynəlxalq hadisədir. Bunu "Trend"-ə “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O qeyd edib ki, İranın NIKO şirkətinin "Şahdəniz 2"də 10 faiz pay sahibi olması faktına görə sanksiyaların Azərbaycana da dəxli ola biləcəyi baxımından mövcud olan narahatlıq aradan qalxdı:

“Eyni zamanda, erməni siyasətçilərinin və təbliğatçılarının Azərbaycanın mühum layihəsinin sanksiyalar aktına düşə biləcəyinə bəslədikləri ümid və eyforiya da söndürüldü. Trampın məlum sərəncamı ABŞ-ın öz avropalı müttəfiqlərinin enerji təhlükəsizliyi maraqlarına sadiqlik nümayişi ilə bərabər, həm də Azərbaycanın enerji balansı siyasətinə davamlı dəstək verməsinin daha bir təzahürüdur. ABŞ-ın qərarı Azərbaycanın enerji diplomatiyasının dəqiq və perspektivli hədəflərə düzgün yönəldiyinin ifadəsi sayıla bilər. Azərbaycanın qlobal enerji diplomatiyasında yeni uğurun əlalamətlərini görürük”.

Ekspert bildirib ki, ABŞ Cənub Qaz Dəhlizinin bütün elementlərinə davamlı dəstəyi ilə seçilib. Onun sözlərinə görə, bu yaxınlarda TAP -a açıq dəstəyin ifadə edilməsi Azərbaycanın layihələrinin bütün şəraitlərdə müdafiə olunacağına dair dünyaya təsirli mesaj oldu:

“Trampın Azərbaycan Prezidenti İlham Əliyevə bütün rəsmi məktublarında Cənub Qaz Dəhlizinin xüsusi vurğulanması ayrıca məna kəsb edən faktdır. ABŞ Prezidentinin müdafiə bəyanatları Cənub Qaz Dəhlizinin beynəlxalq mənbələrdən davamlı maliyyələsdirilməsində və bəzi maneələrin aradan qaldırılmasında böyük rol oynayıb. Şübhə yoxdur ki, Tramp hökumətinin Prezident İlham Əliyevlə bütün layihələrdə anlaşıqlı siyasət apacağının ifadəsi sayılan sonuncu sərəncam da əhəmiyyətli rol oynayacaq”.

Onun sözlərinə görə, Prezident Tramp konkret göstərdi ki, qlobal enerji təhlükəsizliyinə nail olmaqda Prezident İlham Əliyevin Azərbaycan adından apardığı strategiyaya möhkəm güvənir.

Son xəbərlər