22/10/2018 21:16
728 x 90

Tramp Azərbaycanın enerji layihələrinin qlobal əhəmiyyətini təsdiqləyən daha bir akt imzaladı

“BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı isə sanksiyalar düşüb”

img

Yeganə Hacıyeva: “Şahdəniz” layihəsinə müəyyən qadağaların şamil olunmamsı Azərbaycanın növbəti uğuru sayıla bilər”

 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Cənub Qaz Dəhlizi layihəsinə aid olmayacaq. “Bakı-Xəbər”in məlumatına görə, bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.

Məlumatda bildirilir ki, BP Cənub Qaz Dəhlizi üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir.

Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq.

Məlumatda qeyd edilir ki. D.Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da Cənub Qaz Dəhlizini nəzərdə tutur. Qeyd edək ki, avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb.

Fərmana əsasən, sanksiyaların birinci mərhələsində İranın beynəlxalq valyuta bazarlarına çıxışı məhdudlaşdırılır, habelə bu ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.

Göründüyü kimi,  Trampın yeni sanksiya layihəsində Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə qadağalar şamil olunmayıb. Bu qərarın nə kimi əhəmiyyətini qeyd edə bilərik?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son iki gündə ABŞ sanksiyaların güya ölkəmizdən də  yan keçmədiyi barədə əsasız şayiələrin yayıldığının şahidi oluruq: “ ABŞ sanksiyaları Azərbaycanın enerji sektorunu da vurur təbliğatını  aparanlara cavab olaraq bildirmək istəyirəm ki, yenidən qüvvəyə minən ABŞ nın İrana qarşı sanksiyaları Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın NİOC şirkətinə şamil olunmur .

Ümumiyyətlə yeni tətbiq olunan sanksiyalar istər hasilatda , istərsə də nəqliyyatda Azərbaycanın xahişilə onunla tərəfdaş olan İran şirkətlərinə, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan İran şirkətlərinə şamil olunmur .

Məlumat üçün deyim ki, BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı isə sanksiyalara düşüb və BP nin xahişi nəzərə alınmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın müəllifi olduğu bütün meqalayihər  yalnız özümüz üçün deyil, eyni zamanda bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Görün, ölkəmiz bu məsələləri necə uzlaşdırıbsa, hətta ən mühüm məsələlərdə belə bizim marağımız nəzərə alınır. Çünki ölkəmiz, siyasi sahədə olduğu kimi, iqtisadi məslələrdə də balans prinsipini qoruyur. İrana qarşı tətbiq edilən çox böyük miqyaslı sanksiyaların fonunda “Şahdəniz” layihəsinə müəyyən qadağaların şamil olunmamsı Azərbaycanın növbəti uğuru sayıla bilər. Bu da bizim ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasi və iqtisadi kurs hesabına belə olub”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər