24/09/2018 04:29
728 x 90

Azərbaycan Prezidentinin fikirləri Ermənistanın ən müasir siyasi tarix araşdırmaçıları üçün də qiymətli mənbəyə çevriləcək

img

Prezident Ilham Əliyev Sarkisyan xuntasının çökmə səbəblərini çox dəqiq təhlil etdi. Azərbaycan Prezidentinin Bakının Lökbatan qəsəbəsində səsləndirdiyi fikirlər siyasi tarix araşdırmaçıları üçün maraqlı olmaqla bərabər, Ermənistanın ictimai və dövlət dairələri üçün də cəlbedici olacaq.

Ermənistan xuntasının çöküşünə səbəb olan ilk həlledici zərbənin iki il əvvəl aprel döyüslərində vurulduğunu deyən Prezident tutarlı əsaslardan cixis etdi. Həqiqətən də məhz aprel döyüşlərindən sonra Ermənistan ordusunun çoxlu zəif tərəfləri üzə çıxdı, bir neçə ordu generalı vəzifədən azad edildi, millət-ordu deyilən uğursuz bir konsepsiyanın müzakirəsi başladı, orduda xidmətin yeni qaydaları tətbiq olunmağa başladı, erməni xalqı bütün bunları güclü ordu quruculuğu barədə Sarkisyanın gurultulu bəyanatlarının puç olduğunun etirafı kimi qəbul etdi, erməni cəmiyyətində təcavüzkar Qarabağ siyasətinin Ermənistana gətirdiyi fəlakətlərlə bağlı qızğın müzakirələr başladı. Məhz belə bir vaxtda ABŞ diplomatı Hoqlandın Qarabağ danışıqlarında müzakirə olunan məşhur 6 prinsipi tam açıqlaması ilə Ermənistan rəhbərliyinin bu vaxta qədər uğurlu diplomatiya təbliğatı ilə erməniləri aldatdığı da uzə çıxdı. Apreldəki hərbi məğlubiyyət və çoxillik uğursuz diplomatiyanın ifşa olunması birləşərək ağır bir daş kimi Sarkisyan hakimiyyətinin başına düşdü. Hakim komandaya qarşı siyasi ittihamlar gücləndikcə ağır şəraitdə yaşamağa məhkum edilmiş xalqın sosial etirazları da təşkilatlanmağa başladi. Cəmi iki il yüksələn xətt boyunca gedən bu proses bu ilin aprelində Sarkisyan klanının taleyini həll etdi. Şübhəsiz ki, bu gün Ermənistanın özündə də Sarkisyan diktaturasının çöküş səbəbləri təhlil edilir. Birmənalı baxış yoxdur. Bunu Paşinyanın kütlə ilə işləmək taktikasının məharəti kimi izah edənlər də var, korrupsiya və talanşılıq nəticəsində Sarkisyanla xalq arasında uçurumun yaranması ilə izah edənlər də var, təcavüzkar Qarabağ siyasətinin dövləti və cəmiyyəti çökdürməsi ilə də izah edənlər var. Ancaq əminəm ki, Azərbaycan Prezidentinin göstərdiyi səbəb Ermənistan ictimai-siyasi fikrində müzakirə istiqaməti kimi getdikcə güclənəcək. Əslində Azərbaycan Prezidentinin fikirləri Ermənistanın ən müasir siyasi tarix araşdırmaçıları üçün maraqlı mənbəyə çevriləcək. Əlbəttə, söhbət obyektiv araşdirmaçılardan gedir. Obyektiv araşdırmalar isə mütləq olacaq.

Aydın QULİYEV

Son xəbərlər