18/09/2018 22:11
728 x 90

“Xalq bir daha əmin oldu ki, keçmişi aşkar cinayətlərdən ibarət olan ünsürlər ölkəyə yalnız fəlakət gətirə bilər” - Aydın Quliyev

img

Din pərdəsi altında radikal siyasətə sürüklənmiş bir qrup cinayətkarın növbəti iflasının bu dəfə Gəncə şəhərində şahidi olduq. Cinayətkar dini qruplaşmanın meydan kimi niyə məhz Gəncəni secməsinin səbəbləri dəqiqliklə aydınlaşdırılacaq. Ancaq Gəncənin əlahiddə bir inzibati vahid olmadığı, vahid Azərbaycan dövlətçiliyinin yenilməz güc göstəricisinə çevrilmiş pozulmaz sabitliyin, sarsılmaz iqtidar-xalq birliyinin tərkib hissəsi olduğunu dostlar da, düsmənlər də gördü.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Gəncə hadisələri ilə Azərbaycan kimi sistem idarəçiliyinə malik bir ölkədə istənilən siyasi məqsədə cinayətkar üsullarla, xarici təlim düşərgələrində hazirlanmış terror planları ilə, dini inancları alətə çevirməklə nail olmağın mümkünsüzlüyü sübut olundu: "Adi kriminal ünsürlərin kütlə qabağına düşmək niyyətlərinin tam puç olması həm Gəncə ictimaiyyətinin, həm də bütün xalqın siyasi cəhətdən tam yetkin olduğunu və seçilmiş Prezidentə xalqın inanılmış lideri kimi etimad göstərdiyini bir daha ortaya qoydu. Hüquq-muhafizə orqanları, xüsusən də polis qüvvələri ən fövqəladə hallarda da yüksək peşəkarlıq və dövlətciliyə sadiqlik göstərdiyini bir daha nümayiş etdirdi".

O qeyd edib ki, ölkənin hüquq-mühafizə, xüsusi xidmət orqanları ilə siyasi hakimiyyətin yüksək və qüsursuz koordinasiyalı fəaliyyəti bu hadisələrin ortaya çıxardığı çox güclü siyasi faktorlardan biridir: "Xalq bir daha əmin oldu ki, keçmişi aşkar cinayətlərdən ibarət olan belə ünsürlər ölkəyə yalnız fəlakət gətirə bilər. Gəncədə dövlətin həyata keçirdiyi sərt qanuni tədbirlərin ictimaiyyət tərəfindən tam müdafiə olunması məhz bu səbəblə bağlıdır".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər