24/09/2018 18:05
728 x 90

Aİ və Azərbaycan tərəfdaşlığın prioritetləri haqqında sənəd imzaladı

img

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti tərəfdaşlıq prioritetlərini paraflayıb. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfdən xarici əlaqələr üzrə ali komissar Federika Mogerini imzalayıb.

Tərəfdaşlıq prioritetlərində əks olunan dörd istiqamət “Şərq tərəfdaşlğı” proqramı çərçivəsində müəyyən olunan priroritetləri əks etdirir: institutların möhkəmləndirilməsi və səmərəli idarəetmə; iqtisadi inkişaf və bazar imkanları; enerji effektviliyi və mobillik.

Tərəfdaşlıq prioritetləri həmçinin 2018-2020-ci illərdə Aİ və Azərbaycan arasında maliyyə əməkdaşlığı üçün əsas təşkil edir.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələri adından danışıqlar aparmaq üçün mandat verib.

Yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir.

Son xəbərlər