13/12/2018 18:08
728 x 90

Aydın Quliyev: ”Prezident İlham Əliyevin sədrliyilə keçirilən müşavirələr inkişafda olan Azərbaycanı və çürüyən Ermənistanı müqayisəli təqdimat baxımından tutarlı platformadır”

“Prezident İlham Əliyevin ölkə ictimaiyyətinə, beynəlxalq dairələrə ünvanladığı mesajlar müstəsna təsirə malikdir”

img

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirələr inkişafda olan Azərbaycanı və çürüyən Ermənistanı müqayisəli təqdimat baxımından tutarlı platformadır. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib: "Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasları dövlət idarəçiliyimizdə ənənəvi forma halını alsa da, dövlətimizin daxili və xarici siyasətinin bütün istiqamətləri üzrə hər dəfə yeni faktlar, mülahizələr və təhlillər eşidirik. Dövlət müşavirələrinə böyük ictimai və beynəlxalq marağın olması bununla izah edilməlidir. Göstərilən istiqamətlərdə bütün maraqlı dairələr üçün ən dolğun informasiya mənbəyi rolunu sözsüz ki, müşavirələrdə cənab Prezidentin çıxışları oynayır. Cənab Prezidentin ölkə ictimaiyyətinə və beynəlxalq dairələrə ünvanladığı mesajlar müstəsna təsirə və tarixi əhəmiyyətə malikdir. Ölkənin nədən başladığı, yolun hansı hissəsində olduğu və hara getdiyi barədə suallar cəmiyyətimizi ən çox düşündürən əsas məsələlərdir. Bu mənada, insanlar iqtisadiyyatımızın indiki vəziyyəti, əsas inkişaf meyilləri barədə müşavirə materiallarından lazımi informasiyaları dəqiq ala bilir. Cənab Prezident müşavirədə ölkəmizin əsas iqtisadi-siyasi reallıqlarını, malik olduğu potensialları, regional və dünya siyasətinə baxışlarını dəqiq və inandırıcı formada ortaya qoyur. Məhz bu təqdimat dünya dövlətlərinin Azərbaycana münasibətdə obyektiv siyasətinin formalaşmasında həlledici rol oynayır. Nəzərə alsaq ki, ölkəmiz barədə dünyada obyektiv fikirlə bərabər, qərəzli və ikili standart yanaşmalar da bir reallıqdır, bu kontekstdə cənab Prezidentin çıxışının mühüm dövlətçilik əhəmiyyətinə malik olması ciddi bir faktora çevrilir".

Ekspert bildirib ki, çox önəmli başqa bir məsələ cənab Prezidentin Qarabağ problemi ilə bağlı rəsmi siyasətimizin bütün parametrlərini dəqiq göstərməsi və dövlət olaraq Azərbaycanla Ermənistanın bugünkü reallıqlarını, malik olduqları potensial imkanlarını və gələcək mənzərəsini müqayisəli şəkildə ortaya qoymasıdır: "Ermənistanın məhz özünün təcavüzkar siyasəti nəticəsində belə ağır və qeyri-sabit duruma düsməsini Azərbaycan Prezidentinin dilindən eşitmək dünya üçün çox maraqlıdır. Ermənistanı izolyasiyada saxlamağın məqsədyönlü siyasət olduğu və bu siyasəti dayandırmağı mümkün edən şərtlərin Prezident İlham Əliyev tərəfindən dəqiq göstərilməsi Qarabağ probleminin həllində dünyanı daha obyektiv mövqelərə gətirməkdə müstəsna təsir gücünə malikdir. Azərbaycanın dövlət müşavirələri korrupsiya və siyasi böhran şəraitində çürüyən təcavüzkar Ermənistanla öz haqq yolu uğrunda ardıcıl və ölçülüb-biçilmiş siyasət aparmaqla inkişaf edən Azərbaycanı müqayisə etmək baxımından çox əhəmiyyətli platformadır".

Son xəbərlər