Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
17/08/2018 13:45
728 x 90

Fransalı ekspert “Cənub Qaz Dəhlizi”nin Avropanın qaz bazarında rəqabəti gücləndirəcəyini deyir

img

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın qaz bazarında rəqabəti gücləndirəcək. Bunu Trend-ə fransalı ekspert, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

Ekspert qeyd edib ki, TANAP-ın açılışı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin əsas komponentlərindən biri reallığa çevrildi: “Layihə vaxtlı-vaxtında və nəzərdə tutulmuş büdcə çərçivəsində reallaşdırılıb. TANAP-ın açılışı “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesində müsbət addım olacaq”.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” ilə tədarük olunan qazın həcmləri çox böyük olmasa da, bu layihə Avropaya Azərbaycanın qismində yeni qaz mənbəyi təqdim edəcək: “Azərbaycandan qaz təminatı zaman keçdikcə arta bilər. Bu isə gələcəkdə Avropa İttifaqına digər Xəzəryanı ölkələrdən qaz idxal etməyə imkan verəcək”.

Son xəbərlər