28/05/2018 04:50
728 x 90

Paşinyanın Lukaşenko ilə görüşdən sonra verdiyi “normaldır” bəyanatının mahiyyəti Zakir Həsənovun görüşü ilə ifşa edildi

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu…

img

Mayın 16-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən “Trend”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Soçidə Lukaşenko ilə görüşdə Azərbaycana silah satışı məsələsini qaldıran Ermənistanın Baş naziri Paşinyan “hər şey normaldır” deyərək, görüşdən sonra bəyanat vermişdi. Zakir Həsənovun bu görüşünü Paşinyanın bəyanatının yalan olduğunu sübut edən tutarlı fakt kimi də qiymətləndirmək olar.

Baki-xeber.com

Son xəbərlər