24/09/2018 18:11
728 x 90

ABŞ Dəməşqlə dialoqa qayıtmanın şərtlərini açıqladı

img

Suriya böhranının siyasi həlli prosesinə qayıtmaq üçün Dəməşq özündəki kimyasal silahlarla bağlı deklarasiya təqdim etməlidir.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bəyan edib. “Onlar bunu edərsə, biz Cenevrə danışıqları prosesinə qayıtmağa təşəbbüs göstərə bilərik” - o deyib. Söhbət Suriya rəhbərliyinin arsenalındakı məhv edilməmiş kimyasal silahlardan gedir.

Daha öncə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin telefon görüşməsində Suriya böhranının siyasi həllinin tapılması üçün birgə fəaliyyətin önəmli olduğu qənaətinə gəlib.

Xatırladaq ki, aprelin 13-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp Suriya rejiminin kimyasal hücumuna qarşılıq olaraq vurulması barədə əmr verib. Əməliyyata İngiltərə və Fransa da qoşulub.

 

Son xəbərlər