12/12/2018 19:11
728 x 90

ABŞ Suriyanı vurdu, Rusiya S-300 kartını işə salır...

img

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verdi. Trampın açıqlamasında dərhal sonra ABŞ ordusu hərəkətə keçib. Baki-xeber.com xəbər verir ki, Britaniya və Fransanın da qatıldığı əməliyyatlarda Suriya prezidenti Bəşər Əsəd rejiminə aid 3 hərbi obyektə 105 raket zərbəsi endirilib.

Gözlənildiyi kimi, Qərbin bu addımı Rusiyanın sərt reaksiyasına səbəb olub. Moskva Qərbin addımının nəticəsiz qalmayacağını bəyan edib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, öncədən planlaşdırılmış bir ssenari ortaya qoyulub: "Ən pis proqnozlar özünü doğrultdu. Bu cür əməliyyatların nəticəsiz qalmayacağı barədə xəbərdarlıq etmişdik. Bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir”.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, raketlərin əksəriyyəti Suriya hökumətinin hava müdafiəsi sistemi tərəfindən vurulub. Rusiya Baş Qərarğahının açıqlamasına görə, ABŞ, Britaniya və Fransanın Suriyaya istiqamətlənmiş 103 raketindən 71-i göydə vurulub. “Məlumatlara görə, hücumda cəmi 103 raket atıldı. Böyük ölçüdə Sovet istehsalı olan hava müdafiə komplekslərindən ibarət olan Suriyanın havadan müdafiə sistemləri hava və dənizdən atılan raketlərə uğurla cavab verdi və 71 qanadlı raketi zərəsizləşdirildi" – deyə Baş Qərargah rəsmisi general Sergey Rudskoy bildirib.

Rudskoy, hücumda hədəf alınan hava bazalarının zərər görmədiyini deyib: "Əldə etdiyimiz məlumatlara görə, Duvali hava bazasında 4, Dumayri hava bazasında 12, Bley hava bazasında 18, Şayrat hava bazasına 12 raket atılıb. Ancaq bu raketlərin hamısı məhv edildi”.

Onun sözlərinə görə, Suriyanın kimyəvi proqramda istifadə etdiyi iddia edilən Homs şəhərindəki obyektlər hücumda qismən zərər görüb.

Rusiya havadan müdafiə sistemlərinin olduğu bölgəyə doğru heç bir raketin atılmadığını deyən Rudskoy qeyd edib ki, bu səbəbdən də Rusiya sistemləri işə salınmayıb.

Rudskoy, hücumdan sonra Suriyaya və digər ölkələrə S-300 havadan müdafiə sistemlərinin göndərilməsinin də gündəmə gələ biləcəyini deyib: "Bir neçə il bundan öncə, bəzi Qərb tərəfdaşlarımızın tələbləri əsasında Suriyaya S-300 sistemləri verməkdən imtina etdik. Ancaq yaşanan bu hadisələrin işığında məsələni yenidən gündəmə gətirə bilərik. S-300-ləri tək Suriyaya deyil, digər ölkələrə də göndərə bilərik".

Son xəbərlər