19/07/2018 06:00
728 x 90

ATƏT DTİHB müşahidə missiyasının prinsipial üzvlərinin öncədən tərkibdən çıxarıldığı təsdiqlənir

img

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində belə yazıb.

N.Məmmədov qeyd edib: "ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir. Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar".

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının  və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri  birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır". Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi  və suverenliyin daşıyıcısı xalqdır: "Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır".

“Biz gözləyirdik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz məlum, indiyə qədər sərgilədiyi anti-Azərbaycan ənənələrindən uzaqlaşaraq, Azərbaycanda keçirilən prezident seçkilərinin sözün əsl mənasında doğru qiymətini verəcək. Ancaq təəssüf ki, yenə də belə olmadı və onlar Azərbaycana qarşı qərəzli mövqe sərgilədilər”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputatın sözlərinə görə, ATƏT DTİHB-nin seçki ilə bağlı rəyi obyektivliyi əsk etdirmir.

F.Ağamalı hesab edir ki, bu rəy demokratik seçkilərdə iştirak edən Azərbaycan xalqının iradəsini ifadə etmir: “Buna görə də onların yanaşmasını qərəzli hesab edirəm. Niyə Azərbaycanı sevməyən qüvvələrə əlavə arqumentlər verirlər?”

Səsverməni izləmək üçün bir neçə seçki məntəqəsində olduğunu deyən F.Ağamalı qeyd edib ki, əslində Azərbaycanda prezident seçkiləri demokratik, şəffaf, ədalətli keçib. Buna görə də hansısa qurumun seçki prosesi haqqında mənfi fikirlər söyləməsini yalnız qərəzli yanaşma kimi qəbul etmək olar.

Son xəbərlər