19/07/2018 06:10
728 x 90

11 aprel seçkisi barədə ATƏT-in iki ay sonrakı əsas hesabatı da belə qərəzli olsa... Təşkilat Azərbaycanda tam iflasa doğru...

“Hesabatda dəyişiklik olmasa, ATƏT Azərbaycanda tamamilə nüfuzdan düşəcək”

img

Mübariz Əhmədoğlu: “Çünki onların keçirilən seçkilərlə bağlı ortaya qoyduqları mövqe tamamilə qərəzli və obyektivlikdən uzaqdır”

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsinin nəticələri ilə əlaqədar ilkin təəssüratlarını bölüşüblər. Müşahidə missiyasının rəhbəri Corien Jonker yekun hesabatın iki ay ərzində hazır olacağını bildirib.

Tədbirdə vurğulanıb ki, ATƏT DTİHB missiyasının 28 uzunmüddətli müşahidəçisi seçkiqabağı prosesləri izləmək üçün martın 9-dan Azərbaycana gəlib. Ölkənin bütün bölgələrini maksimum əhatə etmək üçün seçkiləri 350 beynəlxalq müşahidəçi izləyib. Müşahidə missiyasının rəhbəri bununla yanaşı, seçki günü bir sıra qanun pozuntularının olduğunu da iddia edib. Bu isə hər zaman Azərbaycana qarşı qərəzli mövqe ilə seçilən ATƏT DTİHB-nin yenə də öz ampluasında qaldığını bir daha təsdiqlədi. Təəssüf ki, bu qurum Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda ya qərəzli, obyektivlikdən uzaq, ya da ikili yanaşmaları ilə yadda qalıb.

Təbii ki, Azərbaycanın aqressiv müxalifətinin seçkiyə qatılmamasının əsl səbəbi hər kəsə bəllidir. Xalqın etimadını tamamilə itirmiş bu qüvvələr seçkilərdə məğlub olacaqlarını bildikləri üçün, boykot qərarı ilə əvvəlcədən özlərini sığortalamağa çalışdılar. Beynəlxalq qurumlara tamamilə yanlış məlumatlar ötürdülər. Onların xaricdəki havadarları isə Azərbaycana qarşı çirkin kampaniya aparmağa başladılar. Anti-Azərbaycançı şəbəkə bunu ATƏT DTİHB-nin müşahidə missiyası vasitəsilə həyata keçirmək istədi. ATƏT DTİHB-nin müşahidə missiyasının mətbuat konfransı da bu məkrli kampaniyanın tərkib hissəsi idi. ATƏT DTHİB qərəzli mövqedə olduğunu bir daha təsdiqlədi.

Məsələ bundadır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbərinin fikirləri digər beynəlxalq təşkilatların təmsilçilərinin rəyləri ilə təzad yaradır. Çünki çoxsaylı beynəlxalq müşahidəçi və təşkilatlar Azərbaycanda seçkilərin ədalətli, şəffaf, beynəlxalq standartlara cavab verən, demokratik şəraitdə keçirildiyini bəyan ediblər.

Bütün bunlarla yanaşı, maraqlıdır, ATƏT DTİHB-nin seçkilərlə bağlı iki aydan sonra elan olunacaq yekun hesabatı indiki kimi olsa, ATƏT-in nüfuzu Azərbaycanda nə vəziyyətə düşər?

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, hesabatda dəyişiklik olmasa, ATƏT Azərbaycanda tamamilə nüfuzdan düşəcək: “Onsuz da ATƏT-in Azərbaycanda elə böyük nüfuzu yoxdur. Onlara olan münasibət bəllidir. Yəni bizim ictimayi-siyasi mühit artıq altıncı dəfədir ki, ATƏT DTİHB-dən belə zərbə alır. Məsələ ondadır ki, ATƏT DTİHB-nin qeyri-ciddi qurum olduğu sübut olundu. Çünki onların keçirilən seçkilərlə bağlı ortaya qoyduqları mövqe tamamilə qərəzli və obyektivlikdən uzaqdır. Digər tərəfdən, Ermənistanda 2017-ci ilin aprelində parlament seçkiləri keçirilib. Hələ bu günə qədər ATƏT Ermənistanda keçirilən seçkilərlə bağlı yekun rəy verməyib. Ötən ilin dekabırında seçkilərlə bağlı rəy verdilər, amma bunun yekun rəy olmadığını bəyan etdilər. Eləcə də Avropa İttifaqı ATƏT-in Azərbaycandakı seçkilərlə bağlı əsas hesab etdiyi tezisləri iqnor etdi. Aİ bəyan etdi ki, ATƏT üçün Azərbaycan yaxşı şərait yaradıb. Buna görə də Aİ Azərbaycanla əməkdaşlıq edəcək. ATƏT DTİHB üçün Aİ-nin bu rəyi ölümcül rəy deməkdir. Həm də Aİ göstərdi ki, ATƏT DTİHB-ni qeyri-ciddi hesab edir. Ona görə də ATƏT DTİHB-nin bütün dünyada nüfuzu aşağı düşüb. Çünki qurum bütün dünya ölkələrini iki yerə bölüb. Bəzilərində nə olub-olmamağından asılı olmayaraq, yaxşı rəy verir. Məsələn, Ermənistanı göstərmək olar. Bəzi dövlətlərdə isə, nə olub-olmamağından asılı olmayaraq, mənfi qiymət verir. Ona görə də nəinki Azərbaycanda, bütün dünyada bu qurumun nüfuzu aşağı düşüb”.

Vidadi ORDAHALLI 

 

Son xəbərlər