19/07/2018 05:49
728 x 90

Seçkidə məğlub namizədlər nümunəvi siyasi mədəniyyət davranışları nümayiş etdirdi

img

Fərəc Quliyev:İlham Əliyevin qalibiyyəti tək onun deyil, ölkənin siyasi uğurudur”
Qüdrət Həsənquliyev: “Ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında İlham Əliyevə uğurlar arzulayıram”

 

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə apardı. Artıq prezident seçkilərində səsvermənin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 86,03 faiz səslə qalib gəlib.

Digər namizədlərin seçkinin nəticələri ilə bağlı fikirlərini öyrənmək üçün onlara müraciət etdik.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o artıq qalib namizəd İlham Əliyevi telefonla zəng edərək təbrik edib: “İlham Əliyevi qalib olması münasibətilə təbrik etdim və ona uğurlar arzuladım. Bildirdim ki, biz hər zaman dövlətimizin yanındayıq. Kim bizim dövlətimizə qarşı çıxarsa, biz onların qarşısında olacağıq”.

F.Quliyevin sözlərinə görə, seçki demokratik və şəffaf formada keçdi: “Təbliğat-təşviqat mərhələsi zamanı biz normal şəkildə partiyamızın ideologiyasını həyata keçirdik. İmzatoplama mərhələsi uğurla yekunlaşdı. Görüşlərimiz yüksək səviyyədə keçdi”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ATƏT-in nümayəndələri və digər beynəlxalq qurumların əməkdaşları 11 aprel tarixində baş tutan seçkinin tam qayda-qanunla keçdiyini etiraf etdilər: “Hesab edirəm ki, İlham Əliyevin qalibiyyəti tək onun deyil, ölkənin siyasi uğurudur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayarkən qeyd etdi ki, keçirilən "exit-poll"arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev prezident seçkilərində qalib gəlib: “İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram. Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.

Günel CƏLİLOVA

Son xəbərlər