12/12/2018 19:10
728 x 90

Prezident seçkilərində aşkar görünən seçici fəallığının kökləri...

“Bunlardan ən başlıcası 2016-cı ildə bizim aprel döyüşlərində qazandığımız qələbədir”

img

Məhərrəm Zülfüqarlı: “Digər mühüm amil isə son illər ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdir”

 

11 aprel seçkilərində daha çox nəzərəçarpan müsbət amillərdən biri də seçici fəallığı oldu. Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı ilə bağlı açıqlanan rəsmi məlumatda bildirilir ki, saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub. BMAM-ın müşahidə missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə aparılan məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səhər saat 08:00-da seçiciləri qəbul etməyə başlayıb. Axşam saat 19:00-da səsvermə başa çatıb. Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilib, həmçinin, xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləyiblər. Müşhidəçilərin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb.

Seçkilərdə belə yüksək seçici fəallığının müşahidə edilməsini hansı amillə izah edə bilərik?

AVCİA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, onlar da seçki zamanı yüksək fəallıq izləyiblər: “Fikrimcə, burda bir neçə amilin rolu ola bilər. Bunlardan ən başlıcası 2016-cı ildə bizim aprel döyüşlərində qazandığımız qələbədir. Bu qələbə xalqda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də Prezidentə inamı daha da gücləndirdi. Əvvəllər torpaq itkisi və ya işğalla bağlı bir qədər ruh düşkünlüyü vardısa, aprel döyüşlərindən sonra gənclər arsında böyük coşqu nəzərə çarpmağa başladı. Bu seçkilərdə xüsusilə gənclərin fəallığının artmasını mən həmin amillə izah edərdim. Seçki fəallığının yüksək olmasını yalnız bu faktorla izah edə bilmərik. Digər mühüm amil isə son illər ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdir. Bu amil də əhali ilə Prezident arasında səmimiyyətin yaranmasına gətirib çıxarıb. Seçici fəallığı Azərbaycanın bütün bölgələrində qənaətbəxş olub. Səhər başlayandan fəallıq yüksələn xətt üzrə gedib. Saat 15-00-a qədər bu dinamika müşahidə olunub. Ondan sonra isə Azərbaycan üçün xarakterik sayılaraq, tədricən fəallıq azalmağa başladı. Seçicilərin böyük əksəriyyəti saat 15-ə qədər gəlib səslərini vermişdi. Fəallığın yüksək olmasını yalnız biz demirik. Bu amili xarici müşahidəçilər xüsusi olaraq vurğulayırlar. Onlar məntəqələri gəzərək, canlı şəkildə həmin mənzərənin şahidi olublar. Biz bir qədər fərqli metodla çalışırdıq. Bizim operatorlarımıza məntəqələrdən məlumatlar verilirdi. Buna baxmayaraq, fəallıqla bağlı nəticələrimiz monitorinq aparan digər qurumlarla üst-üstə düşüb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər