12/12/2018 19:11
728 x 90

11 aprelin göstərdiyi xalq-prezident birliyi və Azərbaycanın dünya siyasətində gələcək mövqeləri...

“Seçkidə nümayiş olunan xalq-hakimiyyət birliyi Azərbaycanın dünya siyasətindəki rolunu və mövqeyini daha da möhkəm edəcək”

img

Elşən Həsənov: “Bu həm də ölkənin təməlinin möhkəm əsaslar üzərində durması anlamına gəlir”

 

Ölkəmiz üçün mühüm sayılan daha bir mərhələ arxada qaldı. Azərbaycan xalqı 11 apreldə öz seçimini edərək növbəti 7 il üçün ölkəni idarə edəcək şəxsi müəyyənləşdirdi. Keçirilən müxtəlif sorğular mövcud iqtidarın yenidən qələbə şansını yüksək qiymətləndirsə də, seçki prosesi bu ehtimalları rəsmiləşdirmiş oldu.

Hələ seçkidən əvvəl "ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin keçirdiyi 2018-ci ildə Azərbaycanda prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 85,2 faizi dövlət başçısı İlham Əliyevə səs verəcəyini qeyd etmişdi. 11 apreldə bu proqnozlar özünü doğrultmuş oldu. Seçkidə xalqla hakimiyyətin sıx birliyi yenidən özünü büruzə verdi. Bu amilin Azərbaycanın dünya siyasətindəki roluna və ölkəmizin dünyadakı mövqeyinin möhkəmlənməsinə nə kimi təsiri olacaq?

Ekspert Elşən Həsənovun sözlərinə görə, ölkənin müstəqilliyinin, iqtisadi inkişafının əsas göstəricisi birbaşa siyasi sabitliklə əlaqədardır: “Hər bir Azərbaycan vətəndaşı da bunun qədrini bilməlidir. Ətrafa, qonşulara baxmaq lazımdır. O zaman aydın olar ki, qarşılıqlı anlaşmanın hökm sürdüyü, toqquşmadan uzaq bir dövlətdə yaşayırıq. Nəzərə alaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onu həmişə qarşıdurmaya çəkməyə çalışan qüvvələr olub. Yəni Azərbaycanın müstəqilliyinə qısqanclıqla yanaşıblar. Ona görə də atacağımız addımlar, verdiyimiz sözlər ölçülüb biçilməlidir. Atılan addımların heç biri müstəqilliyə xələl gətirməməlidir. Demokratik-hüquqi dövlətlərdə seçki böyük siyasi hadisədir. Hansı ki, Azərbaycan da belə bir dövlətdir. Hüquqi dövlətlərdə hakimiyyət, ədalətli seçkilər xalqın iradəsi ilə formalaşır. Azərbaycan ötən illər ərzində bu sahədə böyük təcrübə toplayıb və onun bəhrəsini də görür. Azərbaycan xalqı demokratik seçki ənənəsinə malikdir ki, normal hakimiyyət formalaşdıra bilib. Bu hakimiyyət də Azərbaycanı durmadan inkişafa doğru aparmaqdadır. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə, dövlət quruculuğunun bütün sahələrində əldə etdiyi nailiyyətlərə görə çox irəli gedib. Bu da Azərbaycan xalqının iradəsi ilə seçilmiş hakimiyyətin fəaliyyətindən irəli gəlir. Bunun özü xalqla iqtidarın birliyi deməkdir.

Xalqla iqtidarın birliyi o zaman baş turur ki, xalq hakimiyyəti öz iradəsi ilə formalaşdırır. Bu cür hakimiyyəti olmayan dövlətlər geridə qalır. Sərvətləri çox olsa da, inkişaf edə bilmirlər. Belə olan təqdirdə ölkəmizin ciddi nailiyyət qazandığını deyə bilərik. Məhz demokratik ənənələrin olması və xalqın hakimiyyətlə vəhdəti bu prezident seçkilərində özünü bariz şəkildə ortaya qoydu. Düşünürəm ki, seçkidə nümayiş olunan xalq-hakimiyyət birliyi Azərbaycanın dünya siyasətindəki rolunu və mövqeyini daha da möhkəm edəcək. Çünki hamı bilir ki, hakimiyyətin başlıca mənbəyi xalqdır. Bu həm də ölkənin təməlinin möhkəm əsaslar üzərində durması anlamına gəlir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər