12/12/2018 19:13
728 x 90

Azərbaycan və Ermənistanda ciddi fərqlənən seçkisonrası proseslər başlayır...

img

Azərbaycan daha bir mühüm siyasi kampaniya olan prezident seçkilərini geridə qoydu. Əvvəldən proqnozlaşdırıldığı kimi,  İlham Əliyev böyük fərqlə rəqiblərinə qalib gəldi. Ekspertlər bunu onunla əsaslandırır ki, onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan sürətli inkişaf yolu keçib, beynəlxalq mövqeyini möhkəmləndirib, Cənubi Qafqazın lider ölkəsinə çevrilib.

Bütün bu nailiyyətlər İlham Əliyevin qələbələsini şərtləndirən başlıca faktorlardan sayılır.  Digər tərəfdən ölkədə möhkəm ictimai-siyasi sabitliyin və etibarlı təhlükəsizlik mühitinin yaradılması, Azərbaycanın qanlı toqquşmalardan uzaq saxlanması kimi amillər də burada öz rolunu oynayır.  Sabitlik və təhlükəsizliyin əsasında dayanan amil olan dinamik iqtisadi inkişaf da indiki dövlət başçısının qalibiyytəini təmin edən amillərdən sayılır. Azərbaycan xalqı bütün bu uğurları yüksək qiymətləndirir və mütləq əksəriyyət də İlham Əliyevi dəstəkləyir.

O da faktdır ki, seçkiləri boykot edən radikal müxalifət prosesin uğurla başa çatmasına heç bir maneə yarada bilmədi. Xalq nəticələrdən razıdır və bütün siyasi qüvvələr bununla barışır. Qeyd edilənlər Azərbaycanın Qarabağ məsələsi kimi problemin çözümündə mövqelərini gücləndirən hal sayılır. Çünki bu məsələdə xalq hakimyyətə tam dəstək verir. Münaqişənin digər tərəfi olan Ermənistanda isə bunun tamam əksi müşahidə edilir və bu vəziyyət də, ekspertələrə görə, İrəvanın Qarabağ məsələsində mövqelərini zəiflədən faktorlardan biri sayılmalıdır. Azərbaycandan fərqli olaraq, Ermənistanda mövcud hakimiyyət rəhbərlyinə qarşı etirazlar artır. Xalq Serj Sarksiyanın yenə güc yolu ilə hakimiyyəti qəsb etməsinə qarşı çıxır. Artıq Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı məşəl şousu təşkil ediblər. Blokun üzvü Ararat Mirzoyan tribunaya çıxaraq hakim Respublika Partiyasını sərt tənqid edib: “Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətdə qalmasının qarşısını ala, Respublika Partiyasının hakimiyyətinə son qoya və arzularımızda olan ölkəni qura bilərik. Bunun üçün Ermənistan vətəndaşları aprelin 13-də Azadlıq meydanına gəlməlidir. Biz azadlıq məşəlini birlikdə yandıracağıq”. Daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və cibindən tüstü fişəngini çıxararaq yandırıb. Onu blokun digər deputatı Lena Nazaryan da dəstəkləyib. Parlamentinin iclas zalını tüstü bürüyüb.

Aprelin 13-də isə İrəvanda hakimiyyətə qarşı böyük aksiya təşkil edilməsi gözlənir. Bu da hakimiyyəti ciddi qorxuya salıb. Elə bunun nəticəsidir ki,

İrəvan Dövlət Universitetinin mühafizə xidmətinin əməkdaşları aprelin 13-də keçiriləcək mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib. Universitet Administrasiyasının rəhbəri Alik Qaribyan tələbələrin üstünə qışqıraraq bildirib: “Siz burada siyasi vərəqələr paylayırsınız? Biz buna imkan verməyəcəyik”.

Qeyd edək ki, aprelin 13-də Ermənistanda bir sutka fasiləsiz davam edəcək mitinq keçiriləcək. Deputat Lena Nazaryan bu xüsusda bildirib: “11 gün əvvəl “Yelk” fraksiyasının başçısı Nikol Paşinyan “Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 kilometr uzunluğunda, 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18.30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçikilər təyin olunacaq”. O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün Azadlıq meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb. Bu fonda Ermənistan polisi İrəvanda kütləvi toplantıların və yürüşlərin iştirakçılarına xəbərdarlıq edərək onları hədələyib. Bu xüsusda yayılan bəyanatda polis ictimai asayişin pozulmasının, nəqliyyatın və piyadaların hərəkətinə mane olmağın yolverilməzliyini xatırladıb. Polisin bəyanatları Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı keçirilən etiraz aksiyalarında iştirak edənlərə aiddir.  Bütün bunlar, Azərbaycandan fərqli olaraq, Ermənistanda hakimiyyətə qarşı ciddi etirazların mövcudluğunu açıq şəkildə meydana qoyur. Yuxarıda qeyd olunduğu kimi, belə vəziyyət öz növbəsində Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Azərbaycanın bu məsələdə mövqeyinin xalq dəstəyi sayəsində daha güclü hala gəldiyi bir vaxtda Ermənistanda bunun əksi müşahidə edilir.

NAHİD

Son xəbərlər