24/09/2018 18:04
728 x 90

Tramp Rusiyaya müharibə elan etdi

Rusiya Əsədi Dəməşqdəki prezident sarayından çıxardı

img

ABŞ, Fransa və İngiltərənin Suriyadakı Əsəd rejiminə hücum etməsi an məsələsidir. Bir tərəfdə ABŞ, Fransa və İngiltərə, digər tərəfdə Suriya rejimi və Rusiya arasında böyük müharibə hər an başlaya bilər. Baxmayaraq ki, ABŞ yekun qərarını hələ açıqlamayıb. Qərb liderlərinin açıqlamaları və hərbi hazırlıqlar müharibənin qaçılmaz olacağını göstərir.

Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyinin anonsunu da verib. “Twitter”də açıq şəkildə Rusiyaya müharibə elanını xatırladan paylaşımlar edən Tramp yazır: “Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağına söz verib. Hazırlaş, Rusiya, çünki yeni və “ağıllı” raketlər gələcək. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan".

Rusiyanın Xarici İşlər Nazirliyi isə Trampın açıqlamasına dərhal cavab verib. "Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır" - deyə Rusiya XİN-dən bildirilib.

Açıqlamada ABŞ-ın “ağıllı” raketlərinin kimyəvi hücum iddiası ilə əlaqədar sübutları məhv etməyi hədəfləyə biləcəyi bildirilir: "Bəs, görəsən Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Yaxud bütün düşüncə elə ondan ibarətdir ki, provokasiyanın bütün izlərini ağıllı raket zərbələri silsin və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?".

Qeyd edək ki, Trampın açıqlamasından əvvəl Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin yerli “Əl Manar” televiziyasına müsahibəsində Rusiyanın Suriyaya istiqamətlənmiş ABŞ raketlərini vura biləcəyini və bu raketləri buraxan hərbi obyektlərə cavab zərbəsi endirə biləcəyini bildirib.

Fransa prezidenti Emmanuel Makron da verəcəkləri qərarın Əsəd rejimini dəstəkləyənləri hədəf almayacağını və Bəşər Əsədin sahib olduğu kimyəvi silah ehtiyatlarını əhatə edəcəyini deyib. Avstraliya xarici işlər naziri Julie Bişop isə Suriyada ABŞ-ın başlada biləcəyi hava əməliyyatlarına dəstək verə biləcəklərini bəyan edib.

Bu arada, İsrail mediası ABŞ bombardmanından qorxan Bəşər Əsədin Rusiyanın hərbi konvoyunun müşayiətilə Dəməşqdəki prezident sarayını tərk etdiyini iddia edib. “İnterfaks”ın məlumatına görə, bir qrup rusiyalı millət vəkili yaxınlarda Əsədlə görüşməyi planlaşdırır.

“Daily Telegraph” qəzeti xəbər verir ki, Rusiyanın millət vəkilləri Vladimir Putini Suriyaya istiqamətlənəcək ABŞ raketlərini vurmağa çağırıb. Rusiyanın paraşütçülər birliyindən polkovnik Frants Klintseviç bildirib ki, ABŞ gəmilərdən raket atacağı halda Rusiya raketləri vurub salmalıdır. Parlament Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov isə Moskvanın Suriyadakı qanunsuz hərəkətlərə cavab verəcəyini, lazım gələrsə hərbi addımlar atacağını deyib.

“The Daily Telegraph” qəzeti isə ABŞ prezidenti Donald Trampın Bəşər Əsədə hərbi cavab vermək məsələsində respublikaçı senatorların təzyiqi altında olduğunu yazıb. Respublikaçı senator Lindsey Graham Trampın Suriyanı vurmamasının prezidentliyinin ən böyük səhvi olacağını deyib.

"Haaretz" qəzeti isə bildirir ki, İranın Suriyada aviabazanın vurulmasına cavab hədələrindən sonra İsrail ordusu hazır vəziyyətə gətirilib. Qəzetə görə, rəsmi Təl Əviv İranın hədələrinə çox ciddi yanaşır.

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı (Eurocontrol) Suriyaya mümkün hücum təhlükəsi ilə bağlı Şərqi Aralıq dənizi üzərindən uçan hava yolu şirkətlərinə xəbərdarlıq edib. “Reuters” xəbər agentliyi isə ABŞ, İngiltərə, Fransa və Almaniyadakı hava yolu şirkətlərinə Suriya hava sahəsinə girməməklə bağlı xəbərdarlıq edildiyini yazır. Artıq bir çox hava yolu şirkətlərinin uçuş istiqamətlərini dəyişdiyi də gələn xəbərlər arasındadır.

Qeyd edək ki, ABŞ donanması “Harry Truman” təyyarə gəmisini və digər döyüş gəmilərini Aralıq dənizinə göndərməyə başlayıb. Suriya ordusu isə hücum ehtimalına qarşı bir çox hərbi baza və aerodromları boşaltmağa başlayıb.

TAHİR

Son xəbərlər