12/12/2018 19:13
728 x 90

Rauf Zeyni: “Tam səmimi deyirəm ki, onlar öz ölkələrində görmədikləri seçici fəallığını bizim ölkədə müşahidə etdilər”

img

Ölkəmizdə baş tutan 11 aprel prezident seçkiləri ilə bağlı etdiyi müşahidələrini qəzetimizlə bölüşənlərdən biri də Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni oldu.

Onun sözlərinə görə, vətəndaşlıq borcunu günün birinci yarısında yerinə yetirib: “Mən daimi qeydiyyatda olduğum ünvan üzrə Sumqayıt şəhərindəki 42 saylı seçki dairəsinin 9 saylı məntəqəsində səs verdim. Biz, eyni zamanda, seçkinin müşahidəsini aparırdıq. Seçki günü və ondan öncə müşahidə etdiklərimizdən bu qənaətə gəlirik ki, seçkilər çox yüksək səviyyədə və  beynəlxalq standartlara uyğun təşkil edilib. Səs verdiyim məntəqədə bunun bir daha şahidi oldum. Tam azad, şəffaf mühit vardı. Bütün namizədlər və müşahidəçilər üçün bərabər şəraitlər yaradılıb. Seçicilərdə böyük ruh yüksəkliyi və fəallıq müşahidə etdim. Saat 12-yə olan məlumata görə, 40 faizə yaxın seçici səs verib. Bu rəqəmin özü də yüksək seçici fəallığından xəbər verir. Beynəlxalq müşahidəçilər və media nümayəndələri bunların hamısını müşahidə etdilər. Tam səmimi deyirəm ki, onlar öz ölkələrində görmədikləri seçici fəallığını bizim ölkədə müşahidə etdilər. Mən rast gəldiyim bir mənzərini diqqətinizə çatdırım. Bir nəfər şəxsiyyət vəsiqəsi olmadan səs vermək istəyirdi. Ancaq ona izah etdilər ki, bu qanunauyğun deyil. Kimin kimə səs verməsilə biz maraqlanmadıq. Bu işi “exit-poll” keçirən təşkilatlar görürdü. Bir sözlə, seçkilərin yüksək beynəlxalq standartlara cavab verən tərzdə keçirildiyini söyləyə bilərik. Bu il xüsusi müşahidə etdiyim bir mənzərə bundan ibarət oldu ki, seçicilərlə məntəqə işçiləri və müşahidəçilər arasında yüksək mədəniyyətə söykənən davranışlar vardı. Hiss olunur ki, bizim ölkədəki seçki mədəniyyəti ildən-ilə daha da artır. Belə münasibətlərin qurulması bizi çox sevindirir. Buna milli birlik də demək olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər