26/09/2018 05:37
728 x 90

XX əsrin əvvəllərindəki Azərbaycan mühacirlərinə niyə oxşamadınız?

Buyurun, İlham Əliyevin sözünün ağası olmadığını sübut edin, əgər bacarsanız...

img

“Bakı-Xəbər” qəzetinin bas redaktoru Aydın Quliyev Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son gunlərdə paylaşdığı üç statusdan sonra sosial səbəkələrdə başlanmis maraqli və milli əhəmiyyətli yeni tendensiyaya Bakı-Xəbər qəzetinin facebook səhifəsində münasibət bildirib. Baş redaktor yazır:

"Sosial medianin genis imkanlari haminin uzunə aciq oldugu ucun burada ən muxtəlif məsələlərlə bagli saysiz məzmunda yanasmalari izləmək mümkündür. Azərbaycandakı ictimai-siyasi proseslərlə bagli həm pozitiv, həm də neqativ baxislar bu cəhətdən diqqəti çox cəlb edir. Çox təəssuf, bəziləri sosial medianın imkanlarindan istifadəyə baş vurarkən yalnız hədəf və ya dəstək ünvani kimi seçdiyi mövzuya hədsiz aludə oldugu üçün unudur ki, yazdigi statuslar həm də onun özünün xislətini, mənəvi aləmini, tərbiyəsini nümayiş etdirməklə təmsil etdiyi millətin nüfuzuna zərbə vurur. Bu vacib amili unudanlar bir çox hallarda səxsi ambisiyalarina və ölçü tanımayan qərəzliliyə o qədər düçar olur ki, milli-mənəvi dəyərlərdən, əxlaqdan nə qədər uzaqlaşdiqlarinin fərqinə vara bilmir. Təki yazdigi və kin-küdurət dolu səviyyəsiz statuslarına səviyyəcə özündən heç də fərqlənməyən beş-üç nəfər dönük simasızın idraksız “layk”ını qazansin. Xüsusilə Azərbaycana aid məsələlərdə dünyanin hər yerindən  təmkinli və səviyyəli dialoq prinsiplərinə üstünlük verən, öz fikrini, tənqidi və ya dəstəkçi olmasindan asılı olmayaraq, maarifçi müstəvidə yüzlərlə insana çatdirmaq istəyən əksəriyyətlə yanaşı böyük bir axinin içində başını başlara qoşmaq istəyən azsayli səviyyəsizlər də ortaya çixa bilir. Son gunlər isə belələrinin səsi bir qədər də güclənməyə başlayıb. Təbii, bu o demək deyil ki, milyonlarla normal düşüncəli insanin hansısa maarifçi movzuda polemika aparmaq istədiyi və əslində elə bu məqsədə xidmət etməli olan sosial media məkananda haqqında söhbət gedən qara qargalarin sayi artir. Əsla belə təzahür yoxdu. Sadəcə, söyüş və təhqiri özünə “yaradiciliq üslubu” seçənlərin tərbiyəsizliyi və nadanligi daha cox qicqirmaga baslayib. Prezidentin köməkçisi Əli Həsənovun son statuslari məhz belələrinə qarşi məntiqli, əxlaqli və analitik düşünə bilən çox sayda insanin qosuldugu bir hərəkat yaratmaqla qiymətli olduğundan diqqətimi çəkdi. Görünür ki, Azərbaycanın əsrlərlə tarixi realliqlardan kecib daha da saflasan mənəvi dəyərlərinin, dövlət simvollarinin parlamasi belələrini çox narahat edir. Onların əsasən bu və ya digər səbəblərdən xarici ölkələrə köçüb getmiş bəzi soydaşlarimizdan ibarət oldugunu düşündükcə isə ortaya məntiqi sual çıxır: biz Azərbaycana düşmən kəsilmiş erməni lobbisi ilə, gizli düşmənçiliyini hər fürsətdə zəhər kimi xalqimizin üstünə yağdıran siyasi mərkəzlərlə, yoxsa soydaş deməyə belə dilimizin gəlmədiyi bu kəslərlə vuruşmalıyıq? Daha kəskin bir sual da var. XX əsrin əvvəllərində də Azərbaycandan mühacirət edənlər oldu. Avropada, Amerikada məskunlaşdılar. Öz prinsiplərini ədəb-ərkan və əsl ziyalı davranışı ilə ömürlərinin axirina qədər davam etdirdiler. Bolşevik işgalı ilə barişmadılar. Azərbaycanda demokratiya və müstəqilliyin qalib gələcəyinə inamlarini bir an da itirmədilər. Bu yolda öldülər. 70-80 ildən sonra bu dəyərli insanların ruhları üzüağ, alnı acıq vətənə qayıtdı. Çünki mənsub olduqlari Azərbaycan xalqının adına, dəyərlərinə, tarixinə, mədəniyyətinə bir an da xəyanət etmədilər. Gorəsən indiki özünü mühacir sayanlarin niyə hamısı bu yolla getmir? Bolşeviklər bunların da müstəqilliklərini, milli-mənəvi dəyərlərini, dillərini, dinlərini, demokratiyalarını əllərindən alaraq onları cəlayi-vətən etməyib ki? Niyə bunlarin arasinda bu tip küçə-bazar adamlarına xas davranış göstərənlər də peyda olur? XX əsrin əvvəlində xaricə mühacirət etmis o möhkəm əqidəli azərbaycanlıların arasinda bircə nəfər də tapa bilməzsiniz ki, siyasi rəqiblərini insanlıga yaraşmayan tərzdə söyüb təhqir etsin. Bunun tam əksi olaraq, indiki mühacirlərimiz arasindan elələri çıxır ki, özünə siyasi rəqib saydigi, lakin ölkədə böyük nüfuz sahibi şəxslərə, hətta muqəddəs Azərbaycanımızın özünə belə çamur atmaqdan çəkinmir. Məntiqlə yanaşanda, XX əsrin əvvəlində Azərbaycandan mühacirət edənlərin bu cür isterik və hətta əndazədən kənar çıxışlarına, yazılarına daha çox əsaslar var idi. Çünki bolşevik kommunistlər Azərbaycanda demokratiyanı da, müstəqilliyi də xalqın və o zamankı mühacirlərin əlindən almışdı. İndiki söyüşkən mühacirlər azaciq vicdanla düşünsələr, etiraf edərlər ki, Azərbaycanın müstəqilliyi də var, demokratiyasi da. Bu halda düşündürücüdür, niyə bəzi mühacirlərimiz həqiqətdən, milli dəyərlərdən, hətta insanlıqdan “uf” demədən asanlıqla uzaqlaşa bilir?

Sonda dırnaqarası “dostlar”a bir sözüm var: siz söyüşkənlər ordusu Azərbaycanı, onun üzdə olan dəyərli şəxsiyyətlərini təhqir etməklə əslində öz kimliyinizi ortaya qoyursunuz. Sizlər nə Azərbaycanın müstəqilliyinin, nə demokratiyanın, nə haqq-ədalətin, nə də insanlığın davasını aparırsız. Siz hər şeyini itirmiş adamlar kimi xalqimızın milli-mənəvi dəyərlərini, simvollarını qisqanan Vətənsiz bir zumrəyə cevrilmisiniz. Öncəki mühacirlərin ruhları Vətənə alnıaçıq, üzüağ döndü, sizlər bu davranışınızla hansı üzlə dönməyə ümidlisiz? Bu Vətən sizi bağışlayacaqmı sanırsız? Üstəlik bu qədər qeyri-etik cızmaqaralarınızdan sonra. Mən demirəm ki, bugünkü Azərbaycanda hər şeyi tərifləyin, əsla! Sadəcə, müsbəti də, mənfini də əxlaqlı, dürüst və tərbiyəli qələmlə yazmaq lazımdı. Bu halda həm tərbiyəli, həm də prinsipial mövqe tutmuş olarsız. Əks halda isə tərbiyədən də, prinsiplərdən də məhrum bir duruma düşürsünüz və bu çox təəssüfləndirici haldır. Bir sual da verim: Prezident sizin haqqınızda bircə dəfə də olsun senzuradankənar ifadə işlədibmi faktoloji siyasi tənqiddən basqa? Təbii ki, yox, çünki ortada tərbiyə, ədəb-ərkan məsələsi var! Həm də söyüş-təhqir yağdırmaq zəifliyin göstəricisidir və siz bununla zəifliyinizi, arqumentsizliyinizi nümayiş etdirmirsinizmi? Prezident dəfələrlə hamınızı, bütün olub-keçənlərə baxmayaraq, Vətənə qayıtmağa, namuslu və dürüst bir əməklə məşğul olmağa dəvət etməyibmi? Belə xoş məram qarşısında isə sizlərin etdikləri nə dini, nə mənəvi, nə də siyasi dəyərlərə sığır. Buyurun qayıdın və Prezidentin öz sözünün ağası olmadığını sübut edin, təbii, bacarırsınızsa...

“Yel qayadan heç nə aparmır”, sizlər də gedərkən buradan heç nə aparmadınız və apara da bilməzsiniz - nə Azərbaycanın müstəqilliyini, nə demokratiyasını, nə də davranışınızla göstərdiyiniz kimi milli-mənəvi dəyərlərini. Düşmən dəyirmanına su tökməklə, “erməniyə dayı deməklə” isə çox uzağa getmək olmaz. Bu həqiqəti bu “əqidə” sahiblərinə zaman hər dönəmdə göstərib, bundan sonra da göstərəcək…

Əli Həsənovun baslatdigi prosesə gəlincə, fikrimcə, bu proses hələ genişlənəcək və genişlənməlidir. Çünki burada söhbət milli dəyərlərimizi qorumaqdan, eyni zamanda Azərbaycanın tarixində mühacir ömrü yaşamış dəyərli şəxsiyyətləri bir qrup tərbiyəsizin hesabına çirkaba batırılmaqdan qorumaqdan gedir. Prosesi izləyəcəm və sanballı, dəyərli mühacirlərimizin özlərinin də belələrinə qarşı üsyankar və barışmaz olacağını gözləyirəm".

Baki-xeber.com

Son xəbərlər