10/12/2018 00:17
728 x 90

Sarkisyanın daha bir yalanı – Ermənistan “şahmat derjavası”?

“Bu gün dünyada tanınan erməni şahmatçıları Azərbaycan şahmat məktəbinin yetirmələridirlər”

img

Zaur Əliyev: “Son 3 ildə Ermənistan şahmat üzrə bir beynəlxalq qrossmeyster yetişdirməyib, məlumdur ki, şahmatın inkişafı pul tələb edir”

 

Məlum olduğu kimi, ötən həftə Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar Turniri start götürüb. Yarışa qatılan ölkələr arasında Ermənistan da var. Məlumat üçün bildirək ki, Ermənistan prezidenti və Şahmat Federasiyasının rəhbəri Serj Sarkisyan Berlində martın 9-da dünya şahmat çempionu adı uğrunda turnirin açılış mərasimində iştirak edib.

S.Sarkisyan turnirdə çıxış edərkən bildirib ki, Ermənistan əhalisinin sayına görə böyük dövlətlərin sırasında olmasa da, şahmat sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Sarkisyan hətta “şahmat derjavası” sözlərini işlədib. Maraqlıdır, şahmat sahəsində Ermənistan necə olur ki, aparıcı ölkələrdən biri olur? Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə açıqlamasında ilk olaraq Azərbaycan şahmatının inkişafı barədə məlumat verdi: “Bir çox qədim sənədlərdə və bizə gəlib çıxan əsərlərdə Azərbaycanda şahmat oyunu barədə ilkin bilgilər var. IX əsr ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvaninin adı çəkilir. Peşəkar oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvaninin adı orta əsrin görkəmli şahmatçıları ilə bir sırada çəkilir. Eyni zamanda, Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, dərin fikirlər söyləyiblər. Cumhuriyyət dövründə də şahmat idman növü kimi qəbul edilirdi. Məlumat üçün bildirim ki, 1926-cı ildə şahmat üzrə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilib. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə seçilən bir respublika idi. Müstəqillikdən sonra da bu idman növünə daim qayğı göstərilib və hazırda da şahmatın inkişafına dair böyük layihələr icra edilir. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 beynəlxalq hakim və 16 FİDE hakimi var”.

Şahmat sahəsində Ermənistanın aparıcı ölkə olması fikrinə gəlincə, həmsöhbətimiz bildirdi ki, Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşan “Erməni gücü” - “Armenian Pover” adlı kriminal birləşməsini FTB-də “Silent” (ing. “saylent” - sakit) ləqəbi ilə tanınan Armen Petrosyan yaradıb: “Mafiyanın liderlərindən olan Armen Kazaryanın ABŞ-da əldə etdiyi oğurluq pulları Ermənistanda biznes sahələrinə yatırması faktı da təsdiqlənib. "Erməni gücü" cinayətkar sindikatının da Ermənistanla bu kimi əlaqələrdə olması da məlumdur. Ermənistan mətbuatının yazdığına görə, “Pzo” ləqəbli cinayətkarın da prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanla olduqca yaxın münasibətləri olub. Bildirilir ki, A.Kazaryan 1990-cı illərin əvvəllərində Bakıdan qaçaraq İrəvanda məskunlaşıb. Lakin 1996-cı ildə o vaxtkı daxili işlər naziri Vano Siradeqyanın kriminal aləmə müharibə elan etməsindən sonra Azərbaycan pasportu ilə ABŞ-a mühacirət edib. 1998-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən və Robert Köçəryanın komandasının hakimiyyəti ələ almasından sonra Kazaryana bu ölkədə bütün qapılar açıq olub. Onun Ermənistanda son illər azı iki dəfə saxlandığı məlumdur, lakin hər dəfə şəxsən prezident Sarkisyanın, xüsusən onun qardaşı, zəngin kriminal bioqrafiyaya malik “Saşik”in müdaxiləsindən sonra azadlığa buraxılıb. Bu gün keçmiş prezident Sarkisyan məhz bu cür açıqlama ilə öz cinayət əməllərini gizlətməyə cəhd edir. Onun da dünya mətbuatında Ermənistanın şahmat ölkəsi olması, şahmatın orta məktəblərdə tədris edilməsi, özünün Şahmat Federasiyasının prezidenti olması barədə dərc olunan materialların əsl məqsədi də erməni cinayətkar qruplaşmalarından, hansı ki, onun nəzarəti altındadır, diqqəti yayındırmaqdır. Həm prezident S.Sarkisyan, həm də Erməni Apostol Kilsəsinin başçısı II Qaregin kriminal dünyanın pulundan asılı olduqları üçün, belə yazıları təşkil edirlər. Fəaliyyətdə olanların sayı bilinmir. Amma son 3 ildə Ermənistan şahmat üzrə bir beynəlxalq qrossmeyster yetişdirməyib. Məlumdur ki, şahmatın inkişafı pul tələb edir. Erməni kriminallığının inkişafı isə Sarkisyan və II Qareginə pul gətirir”.

Z.Əliyev onu da əlavə etdi ki, bu gün dünyada tanınan erməni şahmatçıları Azərbaycan şahmat məktəbinin yetirmələridirlər: “Elə Harri Kasparovun adını çəkmək kifayət edər. Ermənilərin digər xalqların mədəniyyətini, adət-ənənələrini “özününküləşdirməsi” hər kəsə bəllidir və saxtakarlıq onların peşəsidir. Sarkisyanın bu açıqlaması həm öz cinayətlərini gizlətməsi, həm də digər xalqların haqqına girməkdən başqa bir şey deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər