23/09/2018 20:54
728 x 90

Azərbaycan üzərindən İran-Ukrayna nəqliyyat marşrutu da Ermənistanın üzünə bağlanır

img

Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələr Ermənistanın işğal siyasətini davam etdirməsinə görə regionda təcridini daha da dərinləşdirməkdə, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin miqyasını genişləndirməkdədir. Artıq qarşı tərəfdə yaxşı bilirlər ki, işğal siyasəinə son qoyulmayana qədər Ermənistanın təcridi daha dərinləşəcək, problemlər daha kəskin xarakter alacaq. Digər tərəfdən, İrəvan üçün ən qorxulu məqamlardan biri də onun qarşıdakı dövr ərzində həyata keçirilən yeni transmilli iqtisadi laiyhələrdən kənarda qalması ilə bağlıdır.

Qeyd olunan xüsusda son dövrlər daha çox diqqət cəlb edən məqamlardan biri də Ukraynanın İrana çıxmaq üçün Azərbaycan variantını seçməsi, Ermənistanın isə yenə oyundankənar vəziyyətə düşməsidir. Məsələ ilə bağlı Rusiyanın “regnum.ru“ saytında qeyd olunur ki, Ermənistan əvvəlcə Ukrayna məhsullarının onun ərazisindən keçərək İrana göndəriləcəyinə böyük ümidlər bəsləsə də, sonda vəziyyətin tamam fərqli olduğunu görüb: “ Avropa bazarlarına Ukraynanın kənd təsərrüfatı və başqa məhsullarına imtiyazlı şərtlərlə azad çıxış verilməsi gözlənilsə də, bu baş vermədi. Yaranmış durumda Kiyev yeni bazarlara fəal şəkildə yeni yollar arayır. Alternativ yollar və bazarlar isə uzaqda deyilmiş. Beləliklə, Ukrayna İrana hədəflənib, bu ölkəyə taxıl bitkiləri ixrac etmək və günəbaxan yağının ixracını gücləndirmək istəyir. Cavabında İran qazı, neft, bitum tədarükünə ümid bağlayır.

Ukrayna Tehranla Kiyev arasındakı 2016-cı il anlaşmasına əsasən Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutuna qoşulmalıdır. “Ukrzaliznıtsya” dövlət şirkəti İranda min kilometrlik dəmiryolu çəkmək təklifi alıb. Lakin məsələ yekun sazişi bağlamaq dərəcəsinə çatmayıb. Bu arada Ermənistanda bu marşrutun bir hissəsi artıq gerçəkləşdirilir. 550 km uzunluğunda yol İranı Ermənistan ərazisi üzərindən Gürcüstanın Poti və Batumi limanları ilə birləşdirəcək. Əlbəttə, tranzit potensialı tam istifadə olunmayan Ermənistana yeni beynəlxalq layihələrə bağlanmaq sərfəlidir. Lakin İranla tarixi və coğrafı baxımdan əməkdaşlığın artıq öz dayanıqlı ənənələri varsa da, yeni oyunçuya bələd olmaq, onu öyrənmək lazım gəlir.

Bunun üçün iqtisadiyyat sahəsində Ukrayna qanunvericliyinin naqisliyi haqda dəfələrlə siqnal verən İran diplomatlarının ifadələrilə tanış olmaq yetər ki, bu da Ukraynaya yatırım artımını əsaslı şəkildə ləngidir, əksərən isə biznesi də hürküdür. Məsələn, ikitərəfli münasibətlərin daha fəal inkişaf mərhələsi dövründə birdən Ukraynanın “Enerqobank”ında səfirliyin hesablarındakı 140 min avroluq məbləğ təcrid olunub. Bu, İranın diplomatik təmsilçiliyi işçilərinin maaşları idi. Lakin Ukrayna rəhbərliyi durumu düzəltmək üçün heç bir addım atmayıb, amma yeni layihələrlə bağlı danışıqları inadla sürdürüb. Habelə, ən azı, İranın 1 milyon ton qarğıdalı almaq təklifini iki il cavablandırmayan Ukrayna şirkətlərinin davranışı qəribədir. Görünür, İran şirkətlərinin gözləməyə səbri çatmayıb, lakin ehtiyac üzündən Odessa vilayətində dənli bitkilər becərmək üçün 1200 hektar kənd təsərrüfatı yeri icarəyə götürüb.

Yeri gəlmişkən, Ukrayna rəhbərliyi bu yaxınlarda Ermənistanda qonaq olub, o cümlədən Ermənistanın tranzit imkanları və bundan Ukraynanın xeyrinə faydalanmaq müzakirə olunub. Ermənistanın tranzit məsələsini məhz İranla əməkdaşlığın intensivləşdirilməsi kontekstində nəzərdən keçirmək lazım gəlir. Başqa yandan, unutmaq olmaz ki, Ukraynanın Azərbaycanla  Ukrayna məhsulunu İrana çıxara biləsi ölkə ilə müttəfiqlik münasibətləri var. İndiki anda Rəşt-Astara dəmiryolu inşasının başa çatması üzrə işlər gedir.

Ukrayna hazırda bütün imkanları yoxlayır, lakin görünən odur ki, Ermənistan tranziti onun üçün o qədər də cazibədar deyil. Yoxsa bu faktı nə ilə izah etmək olar ki, artıq bu il Tehranda beş ölkə – İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat əməkdaşlığı sahəsində saziş imzalayacaq. Kiyev iki ölkə arasında Ukrayna-İran nəqliyyat əlaqəsinin effektivliyini və rentabelliyini yüksəltmək imkanı kimi bu sazişə böyük ümidlər bəsləyir. Qarabağ qarşıdurması isə Ermənistan tərəfinin böyük bölgəsəl layihələrdən çıxdaş edilməsinə səbəb olur. Bundan savayı, unutmağına dəyməz ki, yuxarıda sadalanan ölkələrdən üçü hələ də fəaliyyətdə olan qurumun – GUAM-ın tərkibinə daxildir. Buna görə də Ermənistanın Ukrayna-İran canlanmasından faydalanmaq şansları azdır”. Bütün bunlar bir daha təsdiq edir ki, qarışdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Bu ölkə işğal siyasətinə son qoymayana və qonşuları ilə normal münasibətlər qurmayana qədər təcrid durumunda qalmaqda davam edəcək. Bütün bunlar isə nəticə etibarı ilə Ermənistanın tənəzzülünü daha da sürətləndirəcək.

Tahir TAĞIYEV 

Son xəbərlər