23/09/2018 20:57
728 x 90

Saakyan ABŞ Konqresində, bir qrup azərbaycanlı siyasi mühacir səfirliyimiz qarşısında – hər ikisinin hədəfi Azərbaycan dövlətidir

“Onların milli heysiyyəti olsaydı, belə halları nəzərə alıb siyasi alət olmazdılar”

img

Seyid Camal Əzimbəyli: “Belələri, faktiki olaraq, öz milli kimliklərini unudurlar”

 

Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın ABŞ-a səfər edəcəyi haqda məlumatlar var. Səfərdə Bako Saakyanı qondarma rejimin bir qrup nümayəndəsinin də  müşayiət edəcəyi ilə bağlı fikirlər səslənir  Bu məsələdə diqqətçəkən məqam ondan ibarətdir ki, Saakyan martın 14-də bəzi ABŞ senatorları, konqresmenləri ilə görüşlər keçirmək istəyir.

Hələlik bunun nə dərəcədə baş tutacağı bəlli deyil. Ancaq elə məhz həmin gün xaricdəki bəzi müxalifət təmsilçiləri, azərbaycanlı mühacirlər ABŞ-dakı Azərbaycan Səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırırlar.

Ermənilərin xeyrinə işləyən bu cür şəxsələrin məhz həmin gün aksiya keçirmək niyyətlərini ortaya qoymaları bir daha onların xislətini üzə çıxarır. Bu bir daha onu göstərir ki, həmin ünsürlər Azərbaycanda dövlətçiliyin güclənməsini istəmirlər. Necə ki, xaricdəki bəzi dairələr, təşkilatlar anti-Azərbaycan mövqeyindədirlər, onlar da o yoldadırlar. O cür şəxslər xalq tərəfindən dəstəklənmədiyindən, bu kimi xoşagəlməz metodlardan istifadə edirlər. Onlar Qərbin anti-Azərbaycan mövqeli donorlarından qrantlar alaraq Azərbaycana qarşı layihələr həyata keçirirlər. Əhəmiyyətsiz mini aksiyalar keçirməklə heç nəyə nail ola bilməyəcəklərini anlasalar da, xarici himayədarlardan aldıqları çirkin sifarişlərlə öz pis niyyətlərini həyata keçirmək istəyini ortaya qoyurlar. Aydın məsələdir ki, bütün bunlar heç bir nəticə verməyəcək. Çünki Azərbaycan dövləti gündən-günə güclənir və inkişaf edir. Azərbaycan Cənubi Qafqazda bütün parametrlərə görə lider dövlətdir. Özünə hörmət edən, ən azından, bu kimi məqamları nəzərə almalıdır. Nəzərə almırsa və yaxud da nəzərə almaq istəmirsə, deməli, bu cür insanlar antimilli şəxslərdir.

Sözügedən məsələni dəyərləndirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, belə şəxslərin milli heysiyyəti yoxdur: “Onların milli heysiyyəti olsaydı, belə halları nəzərə alıb siyasi alət olmazdılar. Nəzərə alsaq ki, Dağlıq Qarabağdakı separatçı qurum rəhbəri məhz həmin gün ABŞ-da bir sıra görüşlər keçirmək istəyir, aksiyanın həmin günə təsadüf etməsi çox böyük təəssüf doğurur. Sanki bütün bunlar bir mərkəzdən idarə olunur. Biriləri Azərbaycanın dünyada mövcud olan imicinə xələl gətirmək üçün bu cür təşəbbüslə çıxış edirlər. Əlbəttə ki, bu, qəbul olunası bir hal deyil. Təəssüf ki, bəzi mühacirlər, Azərbaycanı istəməyənlər bununla düşmən dəyirmanına su tökməyə çalışırlar. Öz vicdan hissini itirənlər bununla ermənilərin bizə qarşı etdikləri pisliklərlə həmrəy olurlar. Əslində, xaricdə yaşayan hər bir soydaşımız, fərqli düşünsə sahibi belə, milli maraqları hər şeydən üstün tutmalıdır. Çünki milli maraqlar bütün maraqlardan öndə gəlir. Ancaq bəzilərinin timsalında biz bunun tam əksini müşahidə edirik. Görürük ki, onlar üçün bunun elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olmadığı üçün də Azərbaycan dövlətçiliyinə qarşı çıxış edirlər. Hər vəchlə onu gözdən salmağa çalışırlar. Faktiki olaraq öz milli kimliklərini unudurlar. Bu gün Azərbaycan Ermənistan kimi düşmən ölkə ilə mübarizə aparır. Tək Ermənistanla deyil, onun arxasında dayanan güc mərkəzləri ilə də mübarizə aparır. Belə olan halda, rəvadırmı özünü müxalifət adlandıranlar Azərbaycan Səfirliyi qarşısında aksiya keçirsinlər?! Əlbəttə ki, yox. Ancaq yazıqlar olsun ki, düşmən dəyirmanına su tökənlər bunu görmək, anlamaq istəmirlər. Ona görə də çirkin siyasi oyunlara alət olurlar. Təbii ki, belələri xaricdəki bütün soydaşlarımız adından danışa bilməzlər. Buna rəğmən, sözügedən niyyət qəbuledilməzdir və buna görə onlara ar olsun!”.

Vidadi ORDAHALLI 

Son xəbərlər