10/12/2018 00:17
728 x 90

Deputat Elman Nəsirov ATƏT DTİHB-nin 11 aprel seçkilərində obyektiv müşahidəçi olacağına şübhə edir

img

"Azərbaycanda indiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkiləri beynəlxalq təşkilatlar tərəfindən demokratik inkişaf yolunda növbəti addım kimi qiymətləndirilib, lakin bəzi təşkilatların fərqli, qərəzli yanaşmalarının da şahidi olmuşuq". Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərin nəticələri ilə bağlı hesabatlarında qərəzli, qeyri-obyektiv yanaşmalar dəfələrlə müşahidə olunub: “Hətta bir çox hallarda onların öncədən hazırlanmış qərarlar əsasında seçkinin nəticələrinə dair qiymətləndirmələri haqqında məlumatlar olub. DTİHB-nin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərini müşahidə edəcəyi ilə bağlı qərarı bəllidir. Təbii ki, onlar bu seçkilərdə müşahidəçilik funksiyasını həyata keçirəcəklər. Lakin bu təşkilatın seçkilərlə əlaqədar ənənəvi davranışı və yekun qərarları ilə bağlı əvvəlki təcrübəyə əsasən belə bir sual yaranır ki, doğrudanmı bu qurumun fəaliyyətinə obyektivlik, şəffaflıq, ədalət kimi mühüm prinsiplər əlavə olunub? Bu məsələ açıq qalır”.

Deputat bildirib ki, Azərbaycan ictimaiyyəti dəfələrlə bu qurumun qeyri-obyektiv fəaliyyətinin şahidi olub: “Amma biz çox istərdik ki, nəhayət, bu təşkilatın daxilində də artıq dəyişikliklər baş versin, geosiyasi maraqlar, ayrı-ayrı siyasi dairələrin təzyiqi altında qərarlar çıxarmaq, qiymətləndirmələr aparmaq, antiazərbaycan qüvvələrin əlində alət olmaq kimi yanaşmalar olmasın. Bu, ilk növbədə, həmin qurumun imici üçün lazımdır. Çünki bu imicə bir çox hallarda özlərinin qeyri-demokratik davranışları ucbatından ziyan dəyib”.

Son xəbərlər