23/05/2018 18:50
728 x 90

Azərbaycan dövlətinin ən ümdə vəzifələri – Prezidentin 7 illik fəaliyyət proqramı ilk olaraq sistemləşdirildi...

“Hesab edirəm ki, qurultayda səslənən fikirlər növbəti 7 il üçün fəaliyyət proqramı sayıla bilər”

img

Seyid Camal Əzimbəyli: “Bu siyasət davamlı olacaq və hər zaman olduğu kimi, Azərbaycanın maraqlarına xidmət edəcək”

 

Məlum olduğu kimi, fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Ölkə başçısı çıxışı zamanı bir sıra məqamlara toxunaraq, bundan sonra görüləcək işləri xüsusi olaraq qeyd edib: “2003-cü ildən bu günə qədər keçən dövr haqqında geniş danışmaq istəmirəm. Mən müntəzəm olaraq həm görülmüş işlərlə və həm də planlarla bağlı Azərbaycan ictimaiyyətinə məlumatlar verirəm. Sadəcə onu demək istəyirəm ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır”.

Prezident İlham Əliyevin fikrincə, son illər aparılan siyasət özünü tam doğruldub və Azərbaycanda sabitlik mövcuddur. Sabitlik hər bir inkişafın əsas şərtidir.

Dövlət başçısı çıxışında bundan sonra siyasi, iqtisadi, mədəni sahələrdə görüləcək işlərə toxunub. Bununla bağlı konkret olaraq bir sıra məqamları açıqlayıb.

Ümumilikdə, Prezidentin bu açıqlamalarını 7 illik növbəti fəaliyyət proqramı kimi başa düşmək olarmı?

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi tezislər bu qənaətə gəlməyə tam əsas verir: “Məsələ ondadır ki, ölkə başçısı çox sistemli şəkildə indiyə qədər görülən işlərin davam etdiriləcəyini qeyd etdi. Dövlət başçısı açıq şəkildə bir daha bəyan etdi ki, mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir. Tam əminəm ki, Azərbaycan sözügedən siyasətini bundan sonra da davam etdirəcək. Çünki Prezidentin bununla bağlı qətiyyətinə kimsə şübhə edə bilməz. Prezidentin çıxışından məlum oldu ki, iqtisadi sahədə islahatlar davam edəcək və ölkədə iqtisadi inkişaf dönməz xarakter alacaq. Azərbaycanın müstəqil siyasət yeritməsinin başlıca göstəricisi bütün ölkələrlə bərabər əməkdaşlığa önəm verilməsidir. Dövlət başçısının Avropa İttifaqı ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bəyan etməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Görünən odur ki, Azərbaycan demokratiya və insan azadlıqlarına sadiqdir. Bundan sonra da bu siyasət davamlı olacaq və hər zaman olduğu kimi, Azərbaycanın maraqlarına xidmət edəcək. Bununla yanaşı, bir sıra enerji və nəqliyyat layihələrinin davam etdirələcəyi ilə bağlı səslənən fikirlərin çox böyük əhəmiyyəti var. Bu, Azərbaycanın daha da inkişaf edəcəyindən xəbər verir. Eyni zamanda, multikulturalizmlə bağlı işlərin davam etdiriləcəyi ilə bağlı səslənən fikirlərin mühüm əhəmiyyəti var. Dağlıq Qarabağ, islahatlar məsələsində Prezidentin sərgilədiyi mövqe bir daha İlham Əliyevin qətiyyətini ortaya qoydu. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, qurultayda səslənən fikirlər növbəti 7 il üçün fəaliyyət proqramı sayıla bilər”.

Vidadi ORDAHALLI 

Son xəbərlər