22/04/2018 18:13
728 x 90

Hökumət müşavirəsində Azərbaycanın əsas uğurlarının iki şərti dəqiq göstərildi...

“Danılmaz faktdır ki, biz ən böyük nailiyyətlərimizə stabillik və xalq-iqtidar birliyinin nəticəsində nail olmuşuq”

img

Aqşin Əliyev: “Müstəqil siyasət həyata keçirə bilməyən dövlət nə təhlükəsizliyini təmin edə bilər, nə də cəmiyyətdə inkişafa nail olar”

 

Məlum olduğu kimi, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident Əliyev ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş çıxış edib.

O bildirib ki, Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşayıb: “Bu gün dünyanın müxtəlif yerlərində risqlər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir”.

Ölkə başçısının fikrincə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir: “Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenada artan rolu sabitliyin təminatçısıdır”.

Prezident əmindir ki,2018-ci ildə Azərbaycanda bu müsbət meyllər daha da güclənəcək.

“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır”.

Göründüyü kimi, Prezident ölkənin qazandığı uğurların əsas səbəbi kimi stabilliyi və xalq-iqtidar birliyinin olmasını göstərib. Ölkə başçısı niyə məhz bu amilləri önə çəkib?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, ölkə başçısının məhz bu faktorlara işarə etməsi təsadüfi deyil: “Azərbaycanın nəinki Cənubi Qafqaz regionunda, dünyada öz sözü və mövqeyi olan dövlətə çevrilməsində məhz bu amillərin böyük rolu olub. Məhz bu iqtidarın yürütdüyü siyasət sayəsində ölkəmizdə daxili möhkəm ictimai-siyasi sabitlik təmin olunub, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atılıb.

Bütün bunlara ölkəmiz tək özünün geostrateji üstünlüyü, zəngin karbohidrogen ehtiyatlara malik olması səbəbindən nail olmayıb. Ən əsas səbəb Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, cəsarətli, layiqli siyasətdir. Ölkəmizdə həyata keçirilən siyasətin mayasında dövlətin və xalqın mənafeləri dayanır. Bu isə yalnız müstəqil siyasətin həyata keçirilməsi nəticəsində mümkündür. Müstəqil siyasət həyata keçirə bilməyən dövlət nə təhlükəsizliyini təmin edə bilər, nə  cəmiyyətdə inkişafa nail olar, nə də xalqının sosial rifahı yüksələr. Yedəkdə gedən ölkələrin aqibəti barədə kifayət qədər nümunə göstərmək olar. Qürurla və fərəhlə deyə bilərik ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirir. Xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirir.

Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edib və ölkəmizin 2025-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyub. Təbii ki, ölkədə stabilliyin olmaması belə uğurların qazanılmasına mane olardı. Danılmaz faktdır ki, biz ən böyük nailiyyətlərimizə stabillik və xalq-iqtidar birliyinin nəticəsində nail olmuşuq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər