12/12/2017 04:57
728 x 90

İƏT də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pislədi

img

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir. Bu barədə Trend-ə təşkilatdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib.

Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Son xəbərlər