12/12/2017 04:55
728 x 90

Ermənistan BTQ-yə qarşı bir şey edə bilmədi, indi də Axalkalaki ermənilərini ortaya atıblar...

“Həmin ərazi və orada yaşayan ermənilər ilk növbədə Gürcüstan dövlətçiliyi üçün ciddi təhlükə mənbəyidir”

img

Əli Orucov: “Bakıdan çıxan qatar Qarsa çoxdan çatıb”

 

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin uğurla başa çatması erməniləri dərindən narahat edən məsələdir. Əvvəl ermənilər bu layihənin reallaşmayacağını təbliğ, sonra özləri qoşulmağa cəhd etdilər, ancaq səyləri səmərə vermədi. İndi isə son çıxış yolunu növbəti təxribata əl atmaqda görüblər.

Layihənin Gürcüstandan daha çox keçdiyi yer Axalkalaki rayonu ərazisinə düşür. Həmin ərazidə isə ermənilər kompakt halda yaşayırlar. Yerli rayon bələdiyyəsində və parlamentində erməni əsilli bir neçə nümayəndə və deputat təmsil olunur. Bir neçə erməni əsilli deputat məsələ qaldırıb ki, rayon parlamenti qondarma “erməni soyqırımı”nı müzakirə edib müvafiq qərar çıxarsın. Beş bənndən ibarət tələblər isə bunlardır:

1.Bir dəqiqəlik sükutla “hadisə qurbanları”nın xatirəsi anılsın.

2. Osmanlı dönəmində baş verən “soyqırım” pislənilsin və tanınsın.

3. Gürcüstan parlamentinə də belə bir qərarın qəbul edilməsi tövsiyə edilsin.

4. Gürcüstan parlamentinə Cavaxetiyadan majoritar qaydada seçilən deputat qarşısında məsələ qoyulsun ki, bu məsələ parlamentin plenar iclasında onun tərəfindən qaldırılsın.

5. Bütün bunlar yerli mətbuatda dərc edilsin.

Göründüyü kimi, əlləri hər yerdən üzülən ermənilər indi də belə bir təxribata əl atıblar. Bununla onlar nəyəsə nail ola bilərlərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə bildirdi ki, Axalkalaki ermənilərinin bu cəhdində təəccüblü nəsə görmür: “Gürcülərin özləri də gözləl anlayırlar ki, həmin ərazidə yaşayan ermənilərin ən böyük zərbəsi elə Gürcüstan dövlətçiliyinin özünə dəyə bilər. Çünki dəfələrlə məsələ qaldırıblar ki, Cavaxetiya bölgəsi Ermənistana birləşməlidir. Onların imperiya maraqlarının əksi olan xəritədə də Cavaxetiya “Böyük Ermənistan”ın tərkib hissəsi kimi qeyd edilir. Həmin ərazi və orada yaşayan ermənilər ilk növbədə Gürcüstan dövlətçiliyi üçün ciddi təhlükə mənbəyidir. Hazırda etdikləri cəhd də bunu sübut edir. Axalkalakidə niyə məhz qondarma “soyqırım” onların yadına düşüb? Çünki hazırda həmin bölgədə həssas proseslər gedir. Azərbaycanın təşəbbüskarı, Gürcüstanın da üzv olduğu böyük bir layihə məhz həmin bölgədən keçir. Belə ürək bulandıran tələbləri ortaya atmaqla ən böyük zərəri Gürcüstana vurmuş olurlar. Çünki bilirlər ki, qaldırılan mövzu həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun deyil. BTQ layihəsinin isə üç üzvü var ki, onlardan biri Gürcüstan, digər ikisi isə bizimlə Türkiyədir. Məlumdur ki, Gürcüstan bu layihələrdən böyük qazanc əldə edir. Təkcə tranzit ölkə kimi heç nə etmədən onun büdcəsinə xeyli vəsait daxil olur.  Ermənistan bunu həzm edə bilmir. Çünki anlayır ki, layihədə o da iştirak edə bilərdi. Ancaq işğalçılıq siyasəti və tamahı buna imkan vermədi. Nə qədər çalışdısa, prosesi durdurmaq gücündə olmadı. İndi isə çıxış yolunu belə mənasız addımların atılmasında görür. Ancaq əbəs yerə edilən təşəbbüs kimi qiymətləndirirəm. Nə Ermənistan həmin layihəyə qoşula biləcək, nə də Gürcüstanın hansısa yerli parlamenti qondarma “soyqırımı” taniyacaq. Bakıdan çıxan qatar Qarsa çoxdan çatıb. Necə deyərlər, qatar getdi”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər