Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Baki Xeber - News
12/12/2017 04:54
728 x 90

Sarkisyan “2018-ci ilin aprelində baş nazirlik” əməliyyatına Qarabağdan start verdi…

Ermənistan ordusunun Azərbaycandan çox zəif cəhətlərini erməni mətbuatı özü yazdı...

img

Qarabağ münaqişəsi hərb müstəvisində çözüləcəyi təqdirdə bundan uduzan tərəfin yalnız Ermənistan olacağı barədə indiyə qədər dəfələrlə deyilib, ən müxtəlif səviyyələrdə xəbərdarlıqlar olunub. Əslində, ötən ilin aprelində baş verən məlum hadisələr də bu qeyd edilənlərin sırf reallığa söykəndiyini əyani surətdə təsdiq etdi. 

Bütün bunlar fonunda Ermənistanın hərb müstəvisində Azərbaycana qarşı istənilən addımının əvvəlcədən iflasa məhkum olması da danılmaz reallıq kimi qəbul edilir. Qeyd edilən səpkidə ekspertlər işğal olunmuş ərazilərimizdə erməni ordusunun hərbi təlimlərini əslində düşmənin növbəti blefi kimi qiymətləndirir.

Xatırladaq ki, bu günlərdə Ermənistan işğalçı qüvvələri işğal altında olan Füzuli-Cəbrayıl rayonları ərazisində genişmiqyaslı hərbi təlimlər keçirib. Ermənistan prezidenti Serj Sarkisyanın şəxsən izlədiyi hərbi təlimlərə “ilk dəfə” Ermənistan ordusunun bölmələri və qondarma “DQR ordusu”nun qüvvələri birlikdə qatılıb. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan bildirib ki, təlimlərdə ilk dəfə Ermənistan ordusunun birləşmələri ilə “DQR” hərbçiləri birlikdə iştirak edir. Halbuki, Azərbaycan ərazilərini işğal altında saxlayan hərbi qüvvələrin məhz Ermənistan ordusundan və Dağlıq Qarabağ ermənilərindən formalaşdırılmış birləşmiş işğalçı qüvvələr olduğu on illərdir beynəlxalq institutlar tərəfindən də təsbit edilmiş faktdır. Ekspertlər isə qeyd edir ki, sadəcə, indi Serj Sarkisyan fərqli görüntü yaratmağa çalışır və bu fonda da Ermənistan ordusunun “ilk dəfə” Dağlıq Qarabağ erməni silahlı birləşmələri ilə birlikdə işğal altındakı ərazilərdə manevrlər keçirdyini nümayiş etdirir. Hesab edilir ki, əslində bununla Sarksiyan Qarabağ məsələsinə görə son dövrlərdə Ermənistana artan təzyiqləri müəyyən qədər neytrallaşdırmaq üçün güc nümayişinə qərar verib və onun hətta cəbhədə müəyyən təxribatlara getməsi də istisna olunmur. Məsələ ilə bağlı “1in.am” saytı yazır ki, Sarksiyan bu təlimlərlə iki başlıca məqsəd güdür. Bunlardan birincisi Qarabağ təzyiqlərini qismən azaltmaq, cəmiyyət daxilində narzıılqları cəbhədə vəziyyəti gərginləşdirməklə yatırmaqdır. İkincisi isə, yenə Qarabağ münaqişəsindən istifadə deib gələn ilin aprelində baş nazir postunu tutmaqdır:“Sarkisyan “2018-ci il əməliyyatı”na Qarabağdan strat verdi. Bu, simvolik start nöqtəsidir. Bununla o, hərbi və təhlükəsizlik amilini qabardır və bu sferalarda özünə alternativin olmadığını nümayiş etdirir”.

Amma diqqət həm də ona yönəldilir ki, bu təlimlər əslində erməni tərəfinin zəifliyini də növbəti dəfə göstərdi. Belə ki, təlimdən  yayılan foto və videoları diqqətlə izlədikdə bəlli olur ki, genişmiqyaslı adlandırılan bu təlimlərə erməni tərəfi uzun-uzadı cəhdlərdən sonra bir tabor sayında texnika toplaya bilib.  Halbuki, Azərbaycan ordusu adi birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin “miqyaslı” təlimlərə toplaya bildiklərindən 4-5 dəfə artıq olur. Digər tərəfdən, Ermənistan ordusunun rəhbərliyinin bütün açıqlamalarına, təlimlərə cəlb edilən texnikaya “ən müasir” döyüş texnikası deməsinə rəğmən, burada yalnız köhnə texnikaların cəmləşməsi də özünü qabarıq surətdə göstərir. Elə hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov da bildirir ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə keçirdiyi təlimlər, sadəcə, öz xalqını aldatmaq üçündür: “Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisində necə təlim keçirə bilər? Bu ordunun Azərbaycan ərazisində nə işi var? Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ ordusu” qanunsuzdur. Beş-altı tankı kor-koranə ora-bura hərəkət etdirməklə, 1-2 taboru yerindən tərpətməklə “irimiqyaslı təlim” keçirmək olmaz. Buna hər bir hərbçi də, vətəndaş da baxanda bilir ki, orada irimiqyaslı təlimlərdən söhbət gedə bilməz. Sadəcə, istəyirlər ki, bizim hərbçilər yenə onlara reaksiya versinlər. Amma bu elə bir irimiqyaslı təlim deyil ki, ona reaksiya verək. Bu yalnız öz xalqını aldatmaq üçün ermənilərin növbəti şousudur. Onlar öz ordularında korrupsiyanı bir az da inkişaf etdirmək, vəsait silmək üçün belə gülünc təlim təşkil ediblər”.

“Təlimlərdə” iriçaplı pulemyotlardan, top, artilleriya, raket sistemlərindən, zirehli texnikalardan, özüyeriyən artilleriya sistemlərindən istifadə edilmədiyini, atışların aparılmadığını xüsusi vurğulayan hərbi ekspert bildirib: “Bütün bunlar xeyli vəsait tələb edir. Bunlarsız irimiqyaslı təlim keçirmək olmaz. Bu, sadəcə, gözə kül üfürməkdir. Bunların hamısı cəfəngiyyatdır, kiçik məşqdir. Ona görə də ermənilər bunu şişirtməyə cəhd edirlər. Döyüş texnikasının, təlimə cəlb olunan şəxsi heyətin sayı göstərir ki, bu, irimiqyaslı təlim deyil. Çünki onlarda nə o qədər vəsait, nə şəxsi heyət, nə də texnika var. Texnikanın da istifadə edilməsi üçün Ermənistan ordusunda maddi-texniki təminat məsələlərində ciddi problemlər mövcuddur”.

Eyni mövqeni ehtiyatda olan polkovnik Əzizağa Qənizadə  də bölüşür. Hərbi təlimlərin Ermənistan ordusunun acınacaqlı vəziyyətini ortaya çıxardığını vurğulayan hərbi ekspert bildirir: “Bu, təlimlərdən daha çox, erməni hərbçilərinin səyyar səhra mətbəxi qarşısında nahar düzülüşünə bənzəyir. Biz o vəziyyətə düşən hərbçiləri başa düşürük. İşğalçı ordunun hərbçiləri çox gözəl bilirlər ki, sülh danışıqları nəticə verməsə və Qarabağ uğrunda döyüşlər başlasa Ermənistan ordusu Azərbaycan ordusu qarşısında bir gün də belə tab gətirə bilməyəcək. Məsələyə bu prizmadan yanaşsaq, təlimlər əslində Azərbaycan ordusu ilə qarşıdurmada “Ermənistan ordusunun işğal olunmuş ərazilərdən təxliyə olunması” adı altında keçirilməli idi. Qarşı tərəf bunu nə qədər tez anlasa, onlar üçün o qədər yaxşı olar”. İndi belə bir ordu ilə Azərbaycan tərəfinin qarşısında dayanmağın mümkünsüzlüyü Ermənistanda belə qəbul olunur. Elə erməni mediası da etiraf edir ki, ölkə rəhbərlyinin bütün cəhdlərinə baxmayaraq, orduda neqativ halların sayı durmadan artır.  “Aykakan Jamanak” qəzeti yazır ki, yaranmış vəziyyətdə Azərbaycanla yeni savaş erməni ordusunda daha böyük nöqsaları üzə çıxara bilər: “Bu səbəbdən, əslində hakimiyyət savaşa böyük təhdid kimi yanaşır. Çünki yeritdiyi siyasətin erməni ordusundan əsər-əlamət qoymadığını yaxşı bilir. Ordu rəhbərliyində edilən dəyişikliklər də vəziyyəti yaxşılaşdırmmayıb. Əksinə, nöqsanların, itkilərin sayı daha da artıb”. Ümumiyyətlə, hazırkı vəziyyətdə istər Ermənistan müxalifətinin, ictimai təşkilatların, istərsə də valideynlərin qəzəbinə səbəb olan məqamlar düşmən ordusunda yetərincədir. Bu fonda indi Ermənistan silahlı qüvvələrinin yürütdüyü siyasət ilk növbədə baş verən neqativləri ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərməyə hesablanıb. Amma artıq belə yalanlarla cəmiyyəti sakitləşdirmək mümkünsüz hala çevrilib. Cəmiyyətdə narazılığa daha bir səbəb isə övladlarının ölümü ilə bağlı valideynlərə doğru-düzgün məlumatların verilməməsidir. Övladlarını itirənlərin etirazına səbəb hərbçinin ölümü barədə yayılan rəsmi məlumatların sosial şəbəkələrdə yazılanlarla, hərbçinin xidmət yoldaşlarının danışdıqları ilə və istintaq orqanlarının verdiyi məlumatlarla tam fərqli olmasıdır. Onu da qeyd etmək lazımdır ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırır. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik qara xətt çəkir. Bütün bu neqativ hallar Ermənistan cəmiyyətində və hərbçi ailələrində ordu rəhbərliyinə qarşı etirazların çoxalmasına səbəb olur. İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə vəziyyət isə o dərəcədə acınacaqlıdır ki, Müdafiə Nazirliyi və hissə komandirləri hər vəchlə valideynləri əsgərlərdən, onların xidmət yerlərindən maksimum təcrid etməyə çalışır. Belə vəziyyətdə erməni ordusunun keçirdiyi təlimlər, əslində, erməni cəmiyyətində də ironiya ilə qarşılanır. Açıq şəkildə bəyan edilir ki, hakimiyyətin bütün cəhdlərinə rəğmən, er­mə­ni əs­gər­lə­ri Azər­bay­can əra­zi­lə­rin­də mə­na­sız ye­rə məhv olur. Bu da haq­lı ola­raq er­mə­ni cə­miy­yə­tin­də, əs­gər va­li­deynlə­ri ara­sın­da na­ra­zı­lı­ğı ar­tı­rır. Xü­su­sən də boş ye­rə öv­lad­la­rı­nı iti­rən va­i­deynlər indi di­gər gənclə­ri hər­bi xid­mə­tə get­mə­mə­yə be­lə ça­ğı­rır­lar. On­lar­dan bi­ri olan Arşak Tedovs­yan qeyd edir: "İndiyə qədər olanlar göstərir ki, bu ha­ki­miy­yət boş ye­rə öv­lad­la­rı­mı­zı qur­ban ve­rir. Biz ar­tıq yo­rul­mu­şuq. Nə vax­ta ki­mi bu ha­ki­miy­yət min bir əziy­yət­lə bö­yüt­dü­yü­müz öv­lad­la­rı­mı­zın qa­ti­li ola­caq? Bu­nun bir so­nu ol­ma­lı­dır". Er­mə­ni ekspert Var­dan Beq­lar­yan isə vur­ğu­la­yır ki, Qa­ra­bağ mü­na­qi­şə­si on­la­ra it­ki­lər­dən baş­qa heç nə gə­tir­mə­yib. Onun söz­lə­ri­nə gə­rə, kri­mi­nal re­jim or­du­da­kı və­ziy­yə­ti cid­di cəhdlə giz­lət­mə­yə ça­lı­şır. İş­ğal da­vam et­dik­cə er­mə­ni tə­rə­fi da­ha çox say­da in­san tə­lə­fa­tı ve­rir və öv­lad­la­rı­nı iti­rən va­li­deynlə­rin ha­kimyyət­dən na­ra­zı­lı­ğı da­ha şid­dət­li xa­rak­ter alır, on­lar mə­na­sız iş­ğal si­ya­sə­ti­nə son qo­yul­ma­sı­nı da­ha yük­sək səs­lə tə­ləb edir­lər. Bunlar başı daha çox hakimiyyət ömrünü necə uzatmağa qarışmış Sarksiyanın mövqelərini daha böyük sürətlə sarsıdır. Bu mənada onun cəbhə zonasında keçirdiyi son təlimlərin də hansısa yeniliyə gətirib çıxarmayacağı dəqiqdir. Əksinə, yaranmış vəziyyət Sarksiyanın durumunu daha da ağırlaşdırır. Çünki erməni ordusunun acınacaqlı vəziyyəti gedərək özünü daha qabarıq formada büruzə verir. Bu fonda düşmən yaxşı görür ki, Azərbaycan Ordusunun bir həmləsi ilə erməni silahlı qüvvələrindən əsər-əlamət belə qalmayacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər