22/11/2017 15:19
728 x 90

Sarkisyanın Tac Mahalda göstərdiyi “şeytan barmağı”nın iç üzü açıldı, Mahal “erməni” imiş…

img

Zaur Əliyev: “Bu, ermənilərin növbəti yalanı və saxtakarlığıdır”
Təzəgül Yusifova: “Mümtaz Mahal haqqında ermənilər tərəfindən deyilənlər, yazılanlar uydurmadır”

 

Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var? Yer üzündə bir başsız toplum var və onlar istənilən yerdə istənilən yalanı danışır, istədiyi saxtakarlığı etməyi özlərinə “şərəf” sayırlar. Bu ermənilərdir. Bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Hindistanda işgüzar səfərdə olarkən Tac Mahal abidəsini ziyarət edib və bu abidənin tikintisində erməni ustaların “rolu” olduğunu bəyan edib.

Başdan-başa cəfəngiyyat olan bu iddia bütün dünyada gülüş hədəfinə çevrildi. Bu öz yerində. Bunun ardınca isə erməni mətbuatı car çəkməyə başladı ki, bəs deməzsən, Mümtaz Mahal da “erməni qızı” olub.  Öz dırnaqarası mənbələrinə “itinad” edərək Cahanşahın arvadı Mümtaz Mahalı erməni hesab etməkdə davam edirlər. Qeyd edirlər ki, Cahanşah dünyanın möhtəşəm arxitektura əsəri sayılan Tac-Mahalı onun, “erməni qızı”nın şərəfinə tikib.

Erməni “mənbə”ləri yazırlar ki, guya Mümtaz Mahal orta əsrlərdə İrandan Hindistana köçən bir erməni ailəsinin övladı olub.

Adam bu sözləri oxuyanda ayağının altından yer qaçır. Mümtaz Mahal mənşəcə türk olan Cahanşahın xanımıdır və indiyə qədər də onun “erməni” olmasına dair hər hansı bir mənbədə məlumat verilmir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev hesab edir ki, erməni mətbuatının və tarixçilərinin son dövrlər Tac Mahalla, Mümtaz Mahalla bağlı yaydıqları məlumatın hamısı cəfəngiyyatdan başqa bir şey deyil. “Bu, ermənilərin növbəti yalanı və saxtakarlığıdır. Mümtaz Mahal qətiyyən erməni deyil. Bu cəfəngiyyatdır. Fikrimcə, bu, növbəti erməni yalanıdır və bunu ciddi qəbul etmək olmaz”-deyə Z.Əliyev bildirdi.

Tarixçi Təzəgül Yusifov da bildirdi ki, Mümtaz Mahal, əslində, türk əsillidir və onun ermənilərlə heç bir əlaqəsi yoxdur: “O, Hindistanda İran əsilli müsəlman Əbdül Həsən Əşrəf xanın qızıdır. Böyük Moğol İmperiyasının VI hökmdarı, sultan Cahanşahın həyat yoldaşdır. O, 1612-ci ildə Cahan şahla evlənib. 1631-ci ildə 38 yaşında uşaq üstə dünyasını dəyişib. Bilirsiniz, Mümtaz Mahal elə bir məşhur simadır ki, onunla bağlı ən kiçik bir informasiya belə dünyada böyük əsk-səda yaradar. O, erməni olsaydı, bu barədə çoxdan yazılardı. Dünyanın məşhur simalarını erməniləşdirmək ermənilərin köhnə adətidir. Onu da deyim ki, Moğol hökmdarı olan Cahanşahın sarayında işlək, ana dil türk dili olub və bu sarayda hər kəs türk dilində danışıb. Bu da faktdır. Mümtaz Mahal haqqında ermənilər tərəfindən deyilənlər, yazılanlar uydurmadır. O, müsəlmandır, türk kimliyinə sahibdir. Ermənilər yalanlar uydurmaqla dünyanın gözünə kül üfürmək istəyirlər, amma bu alınmayacaq. Onlar nə qədər saxtakarlıq etsələr də, qondarma tarix düzəltsələr də, miflər uydursalar da həqiqət həqiqətliyində qalır. Üzr istəyirəm, tarixdə heç bir türk şahının, hökmdarının baş hərəmi, birinci xanımı erməni olmayıb. Belə faktla rastlaşmamışam. Bu halda necə ola bilər ki, sultan Cahanşah bir erməni qızı alıb və onu ucaldıb. Bu ola bilməz. Ermənilərin qadınları başqa əməllərlə məşğul olublar. Onlar barədə tarixi mənbələrdə kifayət qədər məlumat var”.

İradə SARIYEVA 

Son xəbərlər