22/11/2017 15:23
728 x 90

Deputat Qaro Paylanın antitürk hədyanlarına qardaş ölkənin hakimiyyəti nə vaxt son qoyacaq?

“Türkiyənin çörəyini yeyib onun milli maraqları ilə uyğun gəlməyən fəaliyyət göstərmək heç də normal hal deyil”

img

Xəzər Teyyublu: “Əvvəl mandatının əlindən alınması məsələsi qaldırılır, sonra isə Türkiyənin qanunları ilə uzlaşmayan fəaliyyətinə görə onun barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbir görülür”

 

Məlum olduğu kimi, Türkiyə parlamentində bir neçə erməni əsilli deputat təmsil olunur. Həmin ermənilərdən ən fəalı HDP-dən seçilən Qaro Paylandır. Sözügedən millət vəkili mandatından istifadə edərək nəinki Türkiyənin, hətta bütün Türk düyasının ünvanına nifrət püskürür. Onun bu cür fəaliyyətilə bağlı Türkiyədə niyə hansısa ölçü götürülmür?

Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, Türkiyədə yaşayan və ictimai-siyasi fəaliyyətdə fəal olan ermənilərin böyük əksəriyyəti Qaro ilə eyni əqidədədir: “Bilirsiniz ki, bu adam HDP adlanan partiyanın xəttilə millət vəkili seçilib. HDP-nin özünün də fəaliyyətində qüsurlar az deyil. Həmin partiyanı hətta PKK-nın siyasi qolu da adlandırırlar. Millət vəkili kimi mandatı əldə edəndən sonra Qaronun əlinə həm də toxunulmazlıq kimi immunitet də düşüb. Bundan da sağa-sola istifadə edir. Həmin adamın davranışları göstərir ki, o yalnız Türkiyə hakimiyyətinə qarşı müxalif mövqedə dayanmır, eyni zamanda Ermənistan dövlətinə olan simpatiyasını açıq ifadə etməklə, bütün Türk dünyasının ünvanına  böhtanlar, hədyanlar səsləndirir.Türkiyə BMM-nin HDP-li üzvü, erməni mənşəli Karo Paylanın fotolarını Sarkisyanla birlikdə və qondarma quruma etdiyi səfərlərdə də görmək mümkündür.

Belə çıxır ki, Türkiyə millət vəkili Paylan türk hökumətinin mövqeyini ciddiyə almır. Hesab edirəm ki, Türkiyə hökumətinin Paylanın bu istiqamətdə fəaliyyətini məhdudlaşdırmaq üçün əlində kifayət qədər əsası var. İstənilən halda, Türkiyə hökuməti məsələyə daha diqqətli yanaşmalıdır. Çünki bu adam açıq-açığına Türk dünyası ilə dümənçilik apardığını etiraf edir və həmin fikirləri ifadə etməkdən belə çəkinmir. Necə cəzalandırmağın yolunu isə Türkiyə daha yaxşı bilir. Əvvəl mandatının əlindən alınması məsələsi qaldırılır, sonra isə Türkiyənin qanunları ilə uzlaşmayan fəaliyyətinə görə onun barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbir görülür. Türkiyənin çörəyini yeyib onun milli maraqları ilə uyğun gəlməyən fəaliyyət göstərmək heç də normal hal deyil”.

Məhəmmdələi QƏRİBLİ

Son xəbərlər