20/09/2017 18:51
728 x 90

Azərbaycanın siyasi-iqtisadi modelində İslam dünyası üçün örnək olan aspektlər...

“Bir sıra parametrlərə görə Azərbaycan İslam ölkələri üçün model ola bilər”

img

Ramil Hüseynov: “Ötən illər ərzində Azərbaycanda bir sıra böyük tədbirlər keçirildi və dünyanın bütün qitələrindən bura gələnlər oldu”

 

Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə Birinci Sammiti keçirilib. İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə Birinci Sammiti Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

Sammitdə prezident N.Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün “G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan Sammitin önəmini vurğulayıb.

Sammitdə cıxş edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda elm və müasir texnologiyalar sürətlə inkişaf edir: “Savadlılıq 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

O da heç kəsə sirr deyil ki, dünyəvi dövlət olan Azərbaycan çox uğurla inkişaf edir. Din dövlətdən ayrı olsa da, bu reallıqda hansısa problem yaratmır. Necə ki, bir sıra inkişaf etmiş ölkələrdə bu belədir. Azərbaycan müsəlman ölkəsi olsa da, digər dinlərdən olan vətəndaşlara yüksək tolerant münasibət var. Son illər müxtəlif sahələrdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. İslahatlar iqtisadi-sosial sahədə əhalinin ümumi rifahının yaxşılaşmasına xidmət edir. Müstəqil dövlət olaraq Azərbaycan əksər dünya dövlətləri ilə normal münasibətlərə malikdir. Bu baxımdan Azərbaycanın uğurlu siyasi-iqtisadi modeli hansı aspektdən İslam ölkələrinə örnək ola bilər?

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bir sıra parametrlərə görə Azərbaycan İslam ölkələri üçün model ola bilər: “Əvvəla Azərbaycan dünyəvi dövlətdir. Hesab edirəm ki, bu çox vacib məqamdır. Düzdür, müsəlman ölkələrinin əksəriyyəti dünyəvi respublika quruluşuna malikdir. Ancaq nəzərə almaq lazımdır ki, həmin dövlətlərin heç də hamısında bunu şərtləndirən amillər sistemli deyil. Azərbaycanda din dövlətdən ayrı olmaqla yanaşı, dinin idarəçiləyə təsiri yoxdur. Bununla yanaşı, hər kəs sərbəst dini etiqad azadlığına malikdir. Ötən illər ərzində Azərbaycanda bir sıra böyük tədbirlər keçirildi və dünyanın bütün qitələrindən bura gələnlər oldu. Müxtəlif dinə etiqad edən ölkələrin vətəndaşları sərbəst şəkildə ölkəyə gəlib-gedə bilirlər. Fikrimcə, bunun özü böyük göstəricidir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər