18/10/2017 04:04
728 x 90

İran­da­kı er­mə­ni kil­sə­lə­ri­nə 370 min dol­lar, Qa­ra­bağ­da­kı mü­səl­man məs­cid­lə­ri­nə do­nuz bağ­la­maq...

"Te­ok­ra­tik bir mü­səl­man re­ji­mi olan öl­kə əv­vəl­cə da­ğı­dı­lan, təh­qir edi­lən is­lam abi­də­lə­ri­nin tə­əs­sü­bü­nü çək­mə­li­dir"

img

Sa­mir Adı­gö­zəl­li: "Çox ma­raq­lı­dır ki, İran heç bu məz­mun­da er­mə­ni­lə­rə mü­ra­ci­ət be­lə et­mir" 

 

İran döv­lə­ti öz əra­zi­sin­də olan 450 er­mə­ni kil­sə­si­ni abad­laş­dır­ma­ğa ha­zır­la­şır. Bu­nun üçün hət­ta il­kin mər­hə­lə üçün 370 min dol­lar və­sa­it ay­rı­lıb. Hə­min kil­sə­lər hət­ta UNES­CO-nun ümum­dün­ya irs si­ya­hı­sı­na da­xil edi­lib. Bu ba­rə­də Teh­ran­da dərc olu­nan "İran bu gün" dər­gi­sin­də İra­nın mə­də­ni irs, sə­nət­lər və tu­rizm təş­ki­la­tı baş­çı­sı­nın müa­vi­ni Mə­həm­məd Hə­sən Ta­le­bi­an mə­lu­mat ve­rib. O bil­di­rib ki, tu­rizm sa­hə­si­nin in­ki­şaf proq­ra­mı çər­çi­və­sin­də hə­min kil­sə­lə­rin bər­pa­sı nə­zər­də tu­tu­lub.

Ta­le­bi­an de­yib: "Öl­kə­nin ta­ri­xi kil­sə­lə­ri­ni qo­ru­maq zə­ru­ri­dir. Ona gö­rə də Mə­də­ni irs təş­ki­la­tı on­la­ra ic­ti­ma­iy­yə­tin diq­qə­ti­ni cəlb et­mək is­tə­yir. Bu­nun üçün di­ni mə­ra­sim­lər təş­kil edir və bər­pa la­yi­hə­lə­ri­ni re­al­laş­dı­rır".

Təş­ki­la­tın plan­la­rı­na 450 ədəd er­mə­ni və 150 ədəd as­su­ri­ya kil­sə­si­ni qey­diy­yat­dan ke­çir­mək da­xil­dir.

Mü­qəd­dəs Fad­dey kil­sə­si hə­mi­şə re­gio­nun xris­ti­an­la­rı və di­gər sa­kin­lə­ri üçün mü­hüm mər­kəz he­sab edi­lib. 2008-ci il­də bu mə­bəd və Mü­qəd­dəs Ste­fan mo­nas­trı və Dzord­zor kil­sə­si "İran­da­kı er­mə­ni mo­nast­rla­rı" adı al­tın­da UNES­CO-nun ümum­dün­ya ir­si si­ya­hı­sı­na da­xil edi­lib.

Dağ­lıq Qa­ra­bağ­da məs­cid­lə­ri­mi­zin er­mə­ni­lər tə­rə­fin­dən  da­ğı­dıl­dı­ğı, için­də do­nuz sax­lan­dı­ğı bir dö­nəm­də İra­nın is­lam yox, er­mə­ni kil­sə­lə­ri tə­əs­süb­keş­li­yi priz­ma­sın­dan çı­xış et­mə­si su­al do­ğur­ma­ya bil­məz.

Dün­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə bil­dir­di ki, özü­nü is­lam tə­əs­süb­ke­şi ad­lan­dı­ran bir te­ok­ra­tik öl­kə­nin be­lə ad­dı­mı tə­əc­cüb do­ğur­ma­ya bil­məz: "Ta­ri­xi Azər­bay­can tor­paq­la­rı olan in­di­ki Er­mə­nis­tan və Dağ­lıq Qa­ra­bağ­da­kı qə­dim pro­tox­ris­ti­an al­ban kil­sə­lə­ri ar­tıq çox­dan­dır er­mə­ni­lər tə­rə­fin­dən "özəl­ləş­di­ri­lib". Gü­ney Azər­bay­can­da­kı kil­sə­lə­rin hə­qi­qə­tən də "qə­dim er­mə­ni­lə­rə" məx­sus ol­ma­sı şüb­hə do­ğu­rur. Çün­ki er­mə­ni­lər de­yi­lən əra­zi­lə­rə xey­li son­ra kö­çüb­lər. Hə­min kil­sə­lə­rin isə ta­ri­xi bir qə­dər qə­di­mə ge­dib çı­xır. Çox ma­raq­lı­dır ki, İran er­mə­ni­lər tə­rə­fin­dən da­ğı­dı­lan mü­səl­man məs­cid­lə­ri­lə bağ­lı re­ak­si­ya ver­mə­mək­lə ya­na­şı, ey­ni za­man­da, öz əra­zi­sin­də­ki qə­dim kil­sə­lə­ri on­la­rın adı­na rəs­mi­ləş­di­rir. Bu­nun­la İran dü­şü­nül­müş şə­kil­də er­mə­ni­lə­rin ta­ri­xən de­yi­lən coğ­ra­fi­ya­da ya­şa­dı­ğı­na don ge­yin­dir­miş olur. İra­nın bu hə­rə­kə­ti kəs­kin şə­kil­də pis­lən­mə­li­dir. Çün­ki te­ok­ra­tik bir mü­səl­man re­ji­mi olan öl­kə əv­vəl­cə da­ğı­dı­lan, təh­qir edi­lən is­lam abi­də­lə­ri­nin tə­əs­sü­bü­nü çək­mə­li­dir. Çox ma­raq­lı­dır ki, İran heç bu məz­mun­da er­mə­ni­lə­rə mü­ra­ci­ət be­lə et­mir. Bü­tün bun­la­ra er­mə­ni-fars dost­lu­ğu­nun növ­bə­ti tən­tə­nə­si priz­ma­sın­dan ya­naş­maq la­zım­dır".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər