17/12/2017 14:01
728 x 90

Av­ro­par­la­ment er­mə­ni­lə­rin mül­ki azər­bay­can­lı­la­ra qar­şı qət­li­am­la­rı əley­hi­nə ak­tiv­lə­şir...

"Yax­şı olar ki, BMT və Av­ro­pa Par­la­men­ti ox­şar və­ziy­yət­də ne­cə dav­ran­dıq­la­rı­nı bu mü­na­qi­şə­yə də tət­biq et­sin­lər"

img

Vü­qar Qə­di­rov: "On­da biz va­hid stan­dar­tın möv­cud­lu­ğu­nun şa­hi­di ola­rıq"

 

Bey­nəl­xalq ic­ti­ma­iy­yət, ilk növ­bə­də BMT və Av­ro­pa İt­ti­fa­qı (Aİ) Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal edil­miş Dağ­lıq Qa­ra­bağ­da baş ve­rən bey­nəl­xalq hü­quq po­zun­tu­la­rı­na bi­ga­nə qal­ma­ma­lı­dır.

Bu­nu Av­ro­pa Par­la­men­ti­nin üz­vü, Slo­ve­ni­ya par­la­men­ti­nin de­pu­ta­tı İvo Vayql de­yib: "Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si hər­bi yol­la həll edi­lə bil­məz, am­ma dip­lo­ma­tik la­qeyd­lik və pas­siv­lik bey­nəl­xalq ni­zam­lı tə­məl prin­sip­lə­ri­nə əsas­la­nan sülh ni­zam­lan­ma­sı­na gə­ti­rib çı­xar­mır. Bu cür həll yo­lu ta­pıl­ma­ya­na­dək dinc sa­kin­lər ara­sın­da ölüm hal­la­rı da­vam edə­cək".

Qeyd edək ki, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin qo­şun­la­rın tə­mas xət­ti və Er­mə­nis­tan-Azər­bay­can sər­hə­din­də yer­lə­şən ya­şa­yış mən­tə­qə­lə­ri­ni atə­şə tut­ma­sı və və­tən­daş­la­rın qəs­dən hə­dəf alın­ma­sı nə­ti­cə­sin­də av­qus­tun 7-də Qa­ra­lar kənd sa­ki­ni, 13 yaş­lı Ra­min Yu­si­fov xə­sa­rət­lər alıb.

Av­ro­par­la­ment üz­vü­nün bu ça­ğı­rı­şı­nı ne­cə də­yər­lən­di­rə bi­lə­rik?

Eks­pert Vü­qar Qə­di­rov qə­ze­ti­mi­zə bil­dir­di ki, bu ça­ğı­rı­şa çox nor­mal ya­na­şa bi­lə­rik: "Bi­lir­si­niz ki, Azər­bay­can sülh da­nı­şıq­la­rı­na sa­diq­dir. ATƏT-in Minsk Qru­pu­na va­si­tə­çi­lik man­da­tı ve­ril­sə də, uzun il­lər­dir nə­yə­sə na­il ola bil­mir. Er­mə­ni­lər sta­tus-kvo­nun be­lə də qal­ma­sı­nı is­tə­yir. Va­si­tə­çi­lər və dün­ya­nın di­gər nü­fuz­lu qu­rum­la­rı yal­nız bə­ya­nat ver­mək­lə ki­fa­yət­lə­nir. Bu isə mü­na­qi­şə­nin həl­li is­ti­qa­mə­tin­də tər­pə­ni­şin ol­ma­sı­na ye­tər­li de­yil. Çün­ki qey­ri-kons­truk­tiv möv­qe tu­tan öl­kə­yə müt­ləq mə­na­da təz­yiq gös­tə­ril­mə­li­dir. Bu­nu da de­pu­ta­tın qeyd et­di­yi tə­si­sat­lar edə bi­lər. Av­ro­par­la­ment və BMT-nin əlin­də ki­fa­yət qə­dər əsas və re­surs möv­cud­dur. Hər iki tə­si­sat sank­si­ya­lar tət­biq et­mək ki­mi gü­cə, sə­la­hiy­yə­tə ma­lik­dir. BMT üçün bu­nu et­mək lap əl­ve­riş­li­dir. Çün­ki o cür mö­tə­bər qu­ru­mun - Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­ra olun­ma­mış 4 qət­na­mə­si var.  Hə­min qət­na­mə­lə­rin məğ­zi Er­mə­nis­ta­nın iş­ğal et­di­yi tor­paq­la­rı bo­şalt­maq ki­mi tə­ləb­dən iba­rət­dir. Er­mə­nis­tan bü­tün bun­la­ra mə­həl qoy­mur­sa, üs­tə­lik də iş­ğa­lı da­vam et­di­rir­sə, de­mə­li, dün­ya bu­na la­qeyd ya­na­şır. Bə­li, de­yi­lən nü­fuz­lu qu­rum­la­rın mə­sə­lə­yə öz man­dat­la­rı çər­çi­və­sin­də mü­da­xi­lə et­mə­si la­zım­dır. Məhz bu bi­ga­nə­li­yin ol­ma­sı­dır ki, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri ar­tıq Dağ­lıq Qa­ra­ba­ğın hü­dud­la­rın­dan kə­nar­da be­lə dinc əha­li­ni öl­dür­mək­lə məş­ğul­dur. Yax­şı olar ki, BMT və Av­ro­pa Par­la­men­ti ox­şar və­ziy­yət­də ne­cə dav­ran­dıq­la­rı­nı bu mü­na­qi­şə­yə də tət­biq et­sin­lər. On­da biz va­hid stan­dar­tın möv­cud­lu­ğu­nun şa­hi­di ola­rıq. Be­lə ol­ma­yan təq­dir­də isə iki­li stan­dart­la­rın hökm sür­dü­yü­nü de­yə bi­lə­rik".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər