18/10/2017 04:05
728 x 90

Er­mə­nis­tan İran-Azər­bay­can mü­na­si­bət­lə­rin­də han­sı də­yi­şik­li­yə ümid edir?

"De­yi­lən bü­tün amil­lər İra­nın bi­zim­lə mü­na­si­bət­lə­rə ye­ni­dən ba­xa­ca­ğı ki­mi fik­rin şa­yiə ol­du­ğu­nu şərt­lən­di­rir"

img

El­şən Hə­sə­nov: "Bu­nu da növ­bə­ti er­mə­ni uy­dur­ma­sı ki­mi qə­bul et­mə­li­yik"

 

Son vaxt­lar İran-Er­mə­nis­tan mü­na­si­bət­lə­rin­də nə­zə­rə çar­pan meh­ri­ban­lıq er­mə­ni­lə­ri da­ha da ruh­lan­dı­rıb. Xü­su­si­lə də Er­mə­nis­tan pre­zi­den­ti Sar­kis­ya­nın İra­nın ye­ni se­çi­lən pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin inau­qu­ra­si­ya mə­ra­si­min­də şəx­sən iş­ti­rak et­mə­si və hə­min sə­fər çər­çi­və­sin­də ke­çir­di­yi gö­rüş­lər on­lar­da bö­yük inam ya­ra­dıb. Hət­ta və­ziy­yət o həd­də ça­tıb ki, bə­zi er­mə­ni si­ya­si­lə­ri de­yir­lər ki, gu­ya İran bu ya­xın­lar­da Azər­bay­can­la mü­na­si­bət­lə­rə ye­ni­dən ba­xa­caq. Bu id­dia­la­rı ne­cə də­yər­lən­dir­mək olar?

Eks­pert El­şən Hə­sə­no­vun söz­lə­ri­nə gö­rə, bu, inan­dı­rı­cı gö­rü­nə bil­məz: "İra­nın Er­mə­nis­tan­la mü­na­si­bət sax­la­ma­sı bəl­li­dir. Bu­nun da ni­yə be­lə ol­ma­sı­nın sə­bəb­lə­ri bi­zə ay­dın­dır. An­caq İran bir mü­səl­man öl­kə­si ola­raq Azər­bay­can­la da nor­mal qon­şu­luq mü­na­si­bə­ti sax­la­yır. Bi­zi İran­la bir çox də­yər­lər bağ­la­yır. Or­taq din, dil, mə­də­niy­yə­tə ma­li­kik.  Azər­bay­can müs­tə­qil olan­dan son­ra İran­la mü­na­si­bət­lə­ri­ni ya­xın qon­şu­luq prin­si­pi­nin po­zul­ma­ma­sı əsa­sın­da qo­ru­yub sax­la­maq­da ma­raq­lı­dır. Düz­dür, ara-sı­ra öl­kə­lə­ri­miz ara­sın­da xır­da na­ra­zı­lıq­lar do­ğu­ran ha­di­sə­lər ya­şa­nıb. On­la­rın da iki qon­şu ara­sın­da ol­ma­sı la­büd­dür. Ən əsa­sı isə, prin­si­pi­al mə­qam­lar­da Azər­bay­can İra­na qar­şı apa­rı­lan sank­si­ya­la­ra qo­şul­ma­yıb və bə­yan edib ki, əra­zi­miz­dən İra­na qar­şı han­sı­sa pis məq­səd üçün is­ti­fa­də olu­na bil­məz. Son il­lər ər­zin­də isə İran-Azər­bay­can mü­na­si­bət­lə­rin­də da­ha da ya­xın­laş­ma hiss edi­lir. Öl­kə­lə­ri­miz ara­sın­da ti­ca­rət döv­riy­yə­si xey­li ar­tıb. Hər iki öl­kə baş­çı­sı­nın qar­şı­lıq­lı sə­fər­lə­ri mü­na­si­bət­lə­ri da­ha da ya­xın­laş­dı­rıb. Bö­yük la­yi­hə­lər­lə bağ­lı bir­gə iş apa­rı­lır və bu is­ti­qa­mət­də cid­di uğur var. Hiss edi­lir ki, İran bi­zim­lə qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­sin­də ma­raq­lı­dır. Tə­bii ki, bü­tün bun­lar Er­mə­nis­ta­na sərf et­mir. Bu sə­bəb­dən­dir ki, be­lə hə­qi­qə­tə uy­ğun ol­ma­yan xə­bər­lə­ri döv­riy­yə­yə bu­ra­xır­lar. İran­la Azər­bay­can ara­sın­da heç bir si­ya­si qal­ma­qal da ya­şan­mır ki, on­lar bi­zim­lə si­ya­sə­tə ye­ni­dən bax­mış ol­sun. Öl­kə­lə­ri­miz ara­sın­da ən prin­si­pi­al mə­sə­lə­lər­lə bağ­lı ra­zı­laş­ma­la­ra döv­lət sə­viy­yə­sin­də na­il olu­nub. Son il­lər hər iki öl­kə və­tən­daş­la­rı­nın qar­şı­lıq­lı tu­rist sə­fər­lə­rin­də cid­di ar­tım mü­şa­hi­də edi­lir. De­yi­lən bü­tün amil­lər İra­nın bi­zim­lə mü­na­si­bət­lə­rə ye­ni­dən ba­xa­ca­ğı ki­mi fik­rin şa­yiə ol­du­ğu­nu şərt­lən­di­rir. Bu­nu da növ­bə­ti er­mə­ni uy­dur­ma­sı ki­mi qə­bul et­mə­li­yik".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər