17/10/2017 15:21
728 x 90

Azər­bay­ca­nın ye­ni iq­ti­sa­di la­yi­hə­lə­ri Er­mə­nis­ta­nın təc­ri­di­ni də­rin­ləş­di­rir

img

Bu gün Azər­bay­ca­nın ak­tiv iş­ti­ra­kı ilə hə­ya­ta ke­çi­ri­lən "Şi­mal-Cə­nub", "Şərq-Qərb", "Cə­nub-Qərb" ki­mi mü­hüm nəq­liy­yat dəh­liz­lə­ri Er­mə­nis­tan­da cid­di na­ra­hat­lıq do­ğur­maq­da­dır. Bu­ra­da he­sab edi­lir ki, Azər­bay­ca­nın əsas iş­ti­rak­çı döv­lət­lər­dən bi­ri qis­min­də iş­ti­rak et­di­yi hə­min la­yi­hə­lər Er­mə­nis­ta­nın böl­gə­də təc­ri­di­ni da­ha da də­rin­ləş­di­rə­cək.

Elə bu sə­bəb­dən pro­ses­lə­rin ge­di­şin­dən Er­mə­nis­tan cə­miy­yə­tin­də cid­di tə­laş mü­şa­hi­də olun­maq­da­dır. Bu­ra­da açıq qeyd edi­lir ki, in­di Çin, Av­ro­pa "Ye­ni İpək Yo­lu" la­yi­hə­sin­də Cə­nu­bi Qaf­qaz­da əsas tə­rəf­daş qis­min­də Azər­bay­ca­nı qə­bul edir. Bu­na gö­rə də on­lar Ba­kı ilə əla­qə­lə­ri ge­niş­lən­dir­mək­də və də­rin­ləş­dir­mək­də çox ma­raq­lı­dır. Bun­dan cid­di na­ra­hat olan er­mə­ni eks­pert­lər Ba­kı­nın Pe­kin­lə, Tif­lis­lə, An­ka­ra ilə, Av­ro­pa ilə əmək­daş­lı­ğı­nı öz­lə­ri­nə qar­şı ye­ni təh­lü­kə ki­mi təq­dim et­mə­yə ça­lı­şır­lar. Diq­qət ona yö­nəl­di­lir ki, ar­tıq "Ye­ni İpək Yo­lu" la­yi­hə­si­nin kon­kret re­al­laş­ma pro­se­si ge­dir. Bu­ra­da Çin Mər­kə­zi Asi­ya-Cə­nu­bi Qaf­qaz-Şər­qi Av­ro­pa mar­şru­tu üz­rə yük­lə­rin da­şın­ma­sı ilə bağ­lı ad­dım­lar at­maq­da­dır. Hə­min pro­ses­də Pe­kin Azər­bay­ca­na xü­su­si önəm ve­rir. Ar­tıq Çin­dən Av­ro­pa­ya ge­dən sı­naq kon­tey­ner qa­tar­la­rı Azər­bay­can­dan ke­çir. Be­lə­lik­lə, "Ye­ni İpək Yo­lu" la­yi­hə­si­nin əsa­sı­nı təş­kil edən "Şərq-Qərb" nəq­liy­yat dəh­li­zi ar­tıq re­al­lı­ğa çev­ril­mək­də­dir. Azər­bay­can əra­zi­sin­dən ke­çən, Şi­ma­li Av­ro­pa­dan Hin­dis­ta­na qə­dər uza­nan "Şi­mal-Cə­nub" və Çin­dən Qər­bi Av­ro­pa­ya qə­dər uza­nan "Şərq-Qərb" dəh­liz­lə­ri­nin ya­ra­dıl­ma­sı isə Er­mə­nis­ta­nın təc­ri­di­ni da­ha da də­rin­ləş­di­rə­cək. Çün­ki İrə­van bu la­yi­hə­lə­rin heç bi­rin­də iş­ti­rak et­mir. Er­mə­ni eks­pert Sar­kis Ça­tur­yan bu xü­sus­da bil­di­rir: "Azər­bay­can, Tür­ki­yə və Gür­cüs­tan Xə­zər­lə Qa­ra də­niz­də Çi­nə bö­yük üs­tün­lük ve­rir­lər. "Şərq-Qərb" əmək­daş­lıq dəh­li­zin­də Er­mə­nis­tan yox­dur., Er­mə­nis­tan geo­si­ya­si təc­rid və­ziy­yə­ti­nə dü­şüb. Onun yal­nız Ru­si­ya ilə sıx "hər­tə­rəf­li" əla­qə­si var. An­caq bu iki döv­lə­tin ay­rı­ca uzun­müd­dət­li da­vam­lı in­ki­şa­fa na­il ola bil­mə şan­sı çox az­dır".

Er­mə­nis­ta­nın na­ra­hat­lı­ğı fo­nun­da Azər­bay­can mü­hüm nəq­liy­yat dəh­liz­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si is­ti­qa­mə­tin­də fəa­liy­yə­ti­ni ge­niş­lən­di­rir. Bu ara­da mə­lum olub ki, Çi­nin cə­nub ra­yon­la­rın­dan Av­ro­pa­ya nəql olu­nan yük­lə­rin Qır­ğı­zıs­tan, Öz­bə­kis­tan və Türk­mə­nis­tan­dan keç­mək­lə Azər­bay­ca­na və da­ha son­ra Av­ro­pa öl­kə­lə­ri­nə da­şın­ma­sı­nı nə­zər­də tu­tan ye­ni mar­şru­tun ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də da­nı­şıq­lar apa­rı­lır. Ye­ni Azər­bay­can Par­ti­ya­sı (YAP) "Azər­bay­can Də­mir Yol­la­rı" QSC üz­rə təş­ki­la­tı­nın səd­ri Xey­rul­la Hüm­bə­to­vun söz­lə­ri­nə gö­rə, öl­kə­nin tran­zit po­ten­sia­lı­nın ar­tı­rıl­ma­sı məq­sə­di­lə "Azər­bay­can Də­mir Yol­la­rı" di­gər nəq­liy­yat struk­tur­la­rı ilə bir­gə ar­tıq bir ne­çə iri bey­nəl­xalq la­yi­hə­nin tə­şəb­büs­ka­rı və iş­ti­rak­çı­sı­dır: "Ötən ilin so­nun­da "Trans­xə­zər" Bey­nəl­xalq Nəq­liy­yat Mar­şru­tu­nun As­so­sia­si­ya­sı ya­ra­dı­lıb, mar­şrut­da va­hid qiy­mət­lər və va­hid pən­cə­rə sis­te­mi tət­biq olu­nub. Ha­zır­da "Şərq-Qərb" dəh­li­zin­də al­ter­na­tiv mar­şrut­la­rın ha­zır­lan­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər re­al­laş­dı­rı­lır. "Şi­mal-Cə­nub" Bey­nəl­xalq Nəq­liy­yat Mar­şru­tu­nun in­ki­şaf et­di­ril­mə­si məq­sə­di­lə Ru­si­ya, Azər­bay­can və İran də­mir yol­la­rı ad­mi­nis­tra­si­ya­la­rı­nın bir­gə fəa­liy­yə­ti nə­ti­cə­sin­də İra­nın Bən­dər Ab­bas li­ma­nın­dan Ru­si­ya­nın Mosk­va şə­hə­ri­nə 14 gün ər­zin­də sı­naq yük­lə­rin da­şın­ma­sı hə­ya­ta ke­çi­ri­lib və bu yük­lə­rə va­hid qiy­mət si­ya­sə­ti­nin tət­biq olun­ma­sı üz­rə ra­zı­lıq əl­də edi­lib. Bun­dan baş­qa, Hin­dis­tan­dan Ru­si­ya­ya test ola­raq kon­tey­ner­lər nəql edi­lib və Hin­dis­tan yük­lə­ri­nin bu dəh­li­zə da­ha in­ten­siv və da­vam­lı cəlb olun­ma­sı üçün qar­şı tə­rəf­lə ar­dı­cıl iş apa­rı­lır. "Şi­mal-Cə­nub" Bey­nəl­xalq Nəq­liy­yat Dəh­li­zi­nin ye­ni bir qo­lu ki­mi, "Cə­nub-Qərb" Nəq­liy­yat Mar­şru­tu­nun in­ki­şa­fı üçün iş­ti­rak­çı öl­kə­lər­lə İran-Azər­bay­can-Qa­ra də­niz-Av­ro­pa və əks  is­ti­qa­mət­də yük­lə­rin da­şın­ma­sı­nın təh­lü­kə­siz, sü­rət­li və va­hid qiy­mət si­ya­sə­ti tət­biq edil­mək­lə nəql olun­ma­sı üçün da­vam­lı təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir".

Eks­pert­lər bil­di­rir ki, Azər­bay­ca­nın bu la­yi­hə­lər­də iş­ti­ra­kı re­gi­on üçün mü­hüm əhə­miy­yət kəsb edir. Azər­bay­ca­nın coğ­ra­fi və po­ten­si­al tran­zit öl­kə ki­mi im­kan­la­rı nə­zə­rə alı­na­raq bu is­ti­qa­mət­də möv­cud nəq­liy­yat in­fras­truk­tu­ru­nun bər­pa­sı həm də dün­ya miq­ya­sın­da yük­da­şı­ma­lar üz­rə əl­ve­riş­li mar­şrut­la­rın ya­ran­ma­sı­na rə­vac ve­rir. "Şərq-Qərb"lə ya­na­şı "Şi­mal-Cə­nub"  nəq­liy­yat dəh­li­zi­nin işə sa­lın­ma­sı İran, Hin­dis­tan və Pa­kis­tan mal­la­rı­nın Azər­bay­can üzə­rin­dən bu dəh­liz va­si­tə­si­lə Av­ro­pa­ya da­şın­ma­sı im­ka­nı ya­ra­da­caq. Bu isə, öz növ­bə­sin­də, re­gio­nal ti­ca­rət döv­riy­yə­si­nin də­fə­lər­lə art­ma­sı­na sə­bəb ola­caq. İş­ğal­çı­lıq si­ya­sə­ti nə­ti­cə­sin­də təc­rid olun­muş Er­mə­nis­tan isə bu du­rum­da da­ha ge­niş izol­ya­si­ya və­ziy­yə­ti­nə dü­şə­cək. Re­gi­on­da hə­ya­ta ke­çi­ri­lən bü­tün qlo­bal iq­ti­sa­di la­yi­hə­lər­dən kə­nar­da qa­lan Er­mə­nis­tan iş­ğal si­ya­sə­tin­dən əl çək­mə­yə­nə qə­dər təc­rid du­ru­mun­da qal­maq­da da­vam edə­cək.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər