17/10/2017 15:17
728 x 90

Azər­bay­ca­nın ya­xın­la­şan həl­le­di­ci həm­lə­si və er­mə­ni­lə­ri bü­rü­yən bö­yük qor­xu his­si...

img

Er­mə­nis­ta­nın son ad­dım­la­rı - mül­ki əha­li­ni, o cüm­lə­dən uşaq­la­rı hə­də­fə al­ma­la­rı Azər­bay­ca­nı düş­mə­nə qar­şı gö­rü­lən təd­bir­lə­rin miq­ya­sı­nı ge­niş­lən­dir­mə­yə va­dar edir. Be­lə təd­bir­lər­dən bi­ri də düş­mə­nin atəş nöq­tə­lə­ri­nin da­ha ef­fek­tiv hər­bi tex­ni­ka­la­rın tət­bi­qi ilə sus­du­rul­ma­sı­dır. Gö­rü­nən odur ki, Er­mə­nis­ta­nın cəb­hə təx­ri­bat­la­rın­dan əl çək­mə­mə­si fo­nun­da Azər­bay­can be­lə hər­bi tex­ni­ka­la­rı cəb­hə zo­na­sı­na ye­rit­mə­yə məc­bur­dur. Am­ma bu­nun er­mə­ni­lər üçün bö­yük fə­la­kət­lə nə­ti­cə­lə­nə­cə­yi­ni düş­mən özü də açıq eti­raf edir.

Ümu­miy­yət­lə, son dövr­lər­də er­mə­ni me­dia­sı­na diq­qət ye­tir­dik­də bəl­li olur ki, düş­mən Azər­bay­ca­nın hər­bi tex­ni­ka­sı və bun­la­rın dö­yüş­də müm­kün tət­bi­qin­dən cid­di ən­di­şə ke­çi­rir. Be­lə tex­ni­ka­dan bi­ri də TOS-1A "Soln­tse­pek" və TOS-1S od­sa­çan sis­tem­lə­ri­dir. Bir ne­çə on ki­lo­metr­lik mə­sa­fə­də­ki hə­dəf­lə­ri məhv et­mək gü­cü­nə sa­hib olan bu sis­tem­lər lo­kal əra­zi­lər­də mü­ha­ri­bə­nin apa­rıl­ma­sın­da əvə­zo­lun­maz si­lah­lar­dır. Xa­tır­la­daq ki, Azər­bay­can Ru­si­ya­dan TOS-1A "Soln­tse­pek" və TOS-1S od­sa­çan sis­tem­lə­ri­ni alıb. Ötən ilin ap­rel dö­yüş­lə­rin­də bu si­lah­lar er­mə­ni hər­bi bir­ləş­mə­lə­ri­nə ağır zər­bə­lər en­dir­di. Bu ilin 10 iyu­lun­da Ru­si­ya­da Ba­kı­ya gə­ti­ri­lən ye­ni si­lah par­ti­ya­sın­da bu sis­tem­lə­rin mər­mi­lə­ri də var idi. Ma­raq­lı­dır ki, də­niz yo­lu ilə Ba­kı li­ma­nı­na gə­ti­ri­lən si­lah­lar bir­ba­şa cəb­hə xət­ti­nə gön­də­ril­di. Hə­min vaxt "1in.am" say­tı ya­zır­dı ki, bu si­lah par­ti­ya­sı­nın Ba­kı­ya gə­ti­ril­mə­si Azər­bay­ca­nın hə­də­fi­ni mü­əy­yən edir: "Mü­ha­ri­bə­yə ha­zır­lıq. Er­mə­nis­ta­nın son hü­cu­mu (4 iyul­da Er­mə­nis­tan Fü­zu­li­nin Al­xan­lı kən­din­də mül­ki əha­li­yə hü­cu­mu), gö­rü­nür, bü­tün daş­la­rı ye­rin­dən oy­nat­dı və Azər­bay­can da­ha ağır zər­bə­yə ha­zır­la­şır. Bu, həm­çi­nin o de­mək­dir ki, Ba­kı­nın son zər­bə­si baş­lan­ğıc­dır". Er­mə­ni si­ya­si şərh­çi Akop Ba­dal­yan bu fon­da Ru­si­ya­nın Azər­bay­ca­na Qa­ra­ba­ğı ge­ri qay­tar­ma­ğa kö­mək edə­cə­yi­ni bil­di­rir: "TOS-1S və TOS-1A sis­tem­lə­ri adi ra­ket­lər­dən iki də­fə güc­lü­dür. Gö­rü­nür, bu sis­tem­lər re­gi­on­da ba­lan­sı Azər­bay­ca­nın xey­ri­nə də­yi­şib. Çün­ki Azər­bay­ca­nın bu sis­tem­lə­ri al­ma­sın­dan dər­hal son­ra er­mə­ni tə­rə­fi Ru­si­ya ilə ye­ni si­lah kre­di­ti mə­sə­lə­si­ni mü­za­ki­rə et­mə­yə baş­la­dı. Gö­rü­nür, Azər­bay­can ca­vab ola­raq bu sis­tem­lə­ri tət­biq edə­cək".

Qeyd edək ki, TOS-1A "Soln­tse­pek" "Bu­ra­ti­no" TOS-1-in əsa­sın­da ya­ra­dı­lıb. "Bu­ra­ti­no"lar isə ilk də­fə Əf­qa­nıs­tan­da tət­biq olu­nub və ki­fa­yət qə­dər ef­fekt ve­rib. Bu si­lah­dan o dövr­də Əf­qa­nıs­tan­da mü­ca­hid­lə­rin giz­lən­di­yi ma­ğa­ra­la­rı da­ğıt­maq üçün is­ti­fa­də edi­lib. Elə hə­min il si­la­hın da­ha mü­kəm­məl və da­ha asan is­ti­fa­də olu­nan va­ri­an­tı sa­yı­lan TOS-1A "Soln­tse­pek" ya­ra­dı­lıb. Bu sis­tem atə­şin da­ha mü­kəm­məl ida­rə edil­mə­si sis­te­mi, ra­ket lü­lə­lə­ri­nin sa­yı­nın 30-dan 24-ə en­di­ril­mə­si, əla zi­reh mü­da­fiə­si və ye­ni sur­sat­la­rı ilə fərq­lə­nir. Ye­ni sis­tem­də atəş mə­sa­fə­si 6 ki­lo­met­rə qə­dər ar­tı­rı­lıb, hər ra­ke­tin da­ğı­dı­cı ra­diu­su ço­xa­lıb. Bir TOS-1A "Soln­tse­pek" qur­ğu­su 40 min kvad­rart­metr əra­zi­də bü­tün can­lı­la­rı məhv edir. Bü­tün ra­ket­lər cə­mi 24 sa­ni­yə ər­zin­də bu­ra­xı­lır. 2001-ci il­də Ru­si­ya or­du­su­na ve­ri­lən bu si­lah sis­te­mi­nin ix­ra­cı­na 2008-ci il­də ica­zə ve­ri­lib. TOS-1A "Soln­tse­pek" sis­tem­lə­ri­ni Ru­si­ya­dan an­caq Azər­bay­can və Qa­za­xıs­tan alıb. Rəs­mi mən­bə­lər­də yer alan mə­lu­mat­la­ra gö­rə, Azər­bay­can 2010-cu il­də "Ro­so­bo­ro­neks­port"la bağ­lan­mış mü­qa­vi­lə əsa­sın­da bir di­vi­zi­on, yə­ni 18 komp­leks "Soln­tse­pek" od­sa­çan sis­te­mi alıb. "Soln­tse­pek" xü­su­sən dağ­lıq əra­zi­lər­də tət­biq olu­nan­da da­ha dəh­şət­li­dir. Ona gö­rə ki, bu si­lah sis­te­min­dən açı­lan atəş nə­ti­cə­sin­də hət­ta daş­lar be­lə əri­yir. Be­lə­lik­lə, Azər­bay­can bu dəh­şət­li si­lah sis­tem­lə­ri­nə ma­lik ol­maq­la Qa­ra­bağ­da düş­mən üzə­rin­də cid­di hər­bi üs­tün­lük əl­də et­miş və­ziy­yət­də­dir. Onu da xa­tır­la­daq ki, ötən ay Azər­bay­can "Soln­tse­pek" sis­tem­lə­ri­nin Ru­si­ya­dan ye­ni çox­say­lı ra­ket­lə­ri­ni id­xal edib. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin bu xü­sus­da yay­dı­ğı gö­rün­tü­lər­də gə­mi­lər­dən çox­say­lı ra­ket kon­tey­ner­lə­ri­nin bo­şal­dıl­dı­ğı əks olu­nub. Son­ra­dan bun­la­rın məhz TOS-1A "Soln­tse­pek" ağır od­sa­çan və "Smerç" re­ak­tiv yay­lım atə­şi sis­tem­lə­ri­nə aid ra­ket­lər ol­du­ğu­nu mü­əy­yən edi­lib. Bun­dan əv­vəl isə Ru­si­ya­dan Azər­bay­ca­na "Xri­zan­te­ma-S" tank əley­hi­nə ra­ket komp­leks­lə­ri­nin bö­yük par­ti­ya­sı gə­ti­ril­miş­di. Məhz bü­tün bun­lar in­di Er­mə­nis­tan­da cid­di ən­di­şə ya­ra­dıb. Düş­mən Qa­ra­bağ­da müm­kün dö­yüş əmə­liy­yat­la­rı za­ma­nı "Soln­tse­pek" sis­tem­lə­ri­nin tət­bi­qi­nin on­lar üçün ba­ha ba­şa gə­lə­cə­yi­ni yax­şı bi­lir. Di­gər tə­rəf­dən Er­mə­nis­tan­da he­sab olu­nur ki, be­lə dəh­şət­li si­lah­la­rı Azər­bay­ca­na ver­mək­lə Ru­si­ya İrə­va­nın onun üçün ar­xa plan­da yer al­dı­ğı­nı gös­tər­di. Er­mə­ni si­ya­si şərh­çi Sar­kis Art­sru­ni bu xü­sus­da bil­di­rir: "Fi­kir var idi ki, Er­mə­nis­tan Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­na üzv ol­ma­say­dı, Ru­si­ya Qa­ra­ba­ğı Azər­bay­ca­na qay­ta­ra­caq və Ba­kı­ya hər­tə­rəf­li dəs­tək ve­rə­cək­di. Er­mə­ni cə­miy­yə­ti uzun müd­dət bu ver­si­ya­ya inan­dı, la­kin Er­mə­nis­tan it­ti­fa­qa üzv olan­dan son­ra da Ru­si­ya­nın Azər­bay­ca­na si­lah sat­ma­sı da­vam et­di". Onun id­dia­sı­na gö­rə, pre­zi­dent Vla­di­mir Pu­tin Er­mə­nis­ta­nı al­da­dıb və er­mə­ni rəh­bər­li­yi öz ha­ki­miy­yə­ti­ni qo­ru­maq üçün bu oyun­da iş­ti­rak edib: "Er­mə­nis­tan ha­ki­miy­yə­ti Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­nın bi­zə dəs­tək ver­mə­di­yi­ni sirr ki­mi sax­la­ma­ğa ça­lı­şır, la­kin baş ve­rən­lər or­ta­da heç bir sir­rin ol­ma­dı­ğı­nı gös­tə­rir. 2016-cı il "ap­rel mü­ha­ri­bə­si" Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı­nın Er­mə­nis­ta­nın təh­lü­kə­siz­li­yi­ni tə­min et­di­yi əf­sa­nə­si­ni da­ğıt­dı. Mə­lum ol­du ki, Ru­si­ya Er­mə­nis­ta­nın bu it­ti­faq­da ol­ma­sın­dan is­ti­fa­də edə­rək Azər­bay­can­la əmək­daş­lı­ğı­nı güc­lən­di­rir".

Ya­ran­mış və­ziy­yət­də Azər­bay­ca­nın Ru­si­ya­dan alı­nan ye­ni hər­bi tex­ni­ka­nın bir qis­mi­ni cəb­hə zo­na­sı­na ye­rit­mə­si, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, düş­mən öl­kə­də bö­yük təş­viş ya­ra­dır. Er­mə­ni­lər bu­nun­la Azər­bay­can tə­rə­fin­dən ki­fa­yət qə­dər sərt və da­ğı­dı­ğı zər­bə­lər ala bi­lə­cək­lə­ri­ni yax­şı ba­şa dü­şür­lər. Xü­su­sən də mül­ki əha­li­ni atəş al­tın­da sax­la­ma­la­rı fo­nun­da. Bu­nu Azər­bay­can Or­du­su­nun sa­biq kor­pus ko­man­di­ri, bi­rin­ci Qa­ra­bağ mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı, ge­ne­ral-ley­te­nant Ya­şar Ay­də­mi­rov da təs­diq edir: "Er­mə­nis­tan Azər­bay­can Or­du­su­nun hər yer­də uğur­la­rı­nı gö­rür. Həm Ru­si­ya­nın Mosk­va şə­hə­rin­də, həm də Xə­zər də­ni­zin­də ge­dən bir­gə hər­bi id­man oyun­la­rın­da mü­vəf­fə­qiy­yət­lə­ri­miz Er­mə­nis­ta­nı na­ra­hat et­mə­yə bil­məz. Gö­rü­nür, bir da­ha öz­lə­ri üçün nə­ti­cə çı­xa­rıb­lar ki, Azər­bay­can Or­du­su çox yük­sək və elit sə­viy­yə­də olan ilk or­du­lar sı­ra­sın­da­dır. Bu­nu bey­nəl­xalq ic­ti­mai təş­ki­lat­lar və ana­li­tik­lər də təs­diq­lə­yir. Məhz bu­na gö­rə də er­mə­ni­lər cəb­hə­də təx­ri­bat­la­ra yol ve­rir, mül­ki əha­li­ni atə­şə tu­tur­lar. Söz­süz ki, Azər­bay­can Or­du­su er­mə­ni­lə­rin hər han­sı al­çaq hə­rə­kət­lə­ri­ni ca­vab­sız qoy­ma­ya­caq. Azər­bay­can Or­du­su yer­li əha­li­yə atəş aç­ma­dan er­mə­ni­lə­rin möv­qe­lə­ri­nə sar­sı­dı­cı zər­bə­lər en­di­rə­cək".

Qeyd edi­lən xü­sus­da er­mə­ni­lə­rin na­ra­hat­lı­ğı To­vuz ra­yo­nu­nun Er­mə­nis­tan­la həm­sər­həd olan Qa­ra­lar kən­di­ni atə­şə tut­ma­la­rın­dan son­ra da­ha da ar­tıb. Xa­tır­la­daq ki, er­mə­ni­lər av­qus­tun 8-də sa­at 20 ra­də­lə­rin­də Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­dən To­vuz ra­yo­nu­nun Qa­ra­lar kən­di­ni iri­çap­lı si­lah­lar­dan atə­şə tu­ta­raq mül­ki əha­li­nin qəs­dən məhv edil­mə­si məq­sə­di­lə növ­bə­ti təx­ri­bat tö­rə­dib. Nə­ti­cə­də Qa­ra­lar kənd sa­ki­ni, 2004-cü il tə­vəl­lüd­lü Yu­si­bov Ra­mil Sa­bir oğ­lu qəl­pə xə­sa­rət­lə­ri alıb. Azər­bay­can ar­tıq bu­nun­la bağ­lı hə­qi­qət­lə­ri dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıb. Dün­ya baş ve­rən bu ha­di­sə­ni pis­lə­sə də, hə­lə­lik Er­mə­nis­ta­na qar­şı la­zı­mi ad­dım­lar atıl­mır. Elə bu sə­bəb­dən Azər­bay­can Or­du­su özü Er­mə­nis­ta­nın cə­za­sı­nı la­zım bil­di­yi vaxt­da ver­mək məc­bu­riy­yə­tin­də­dir. Məhz bu za­man ən ye­ni hər­bi tex­ni­ka­la­rın tət­bi­qi fo­nun­da Er­mə­nis­tan tə­rə­fi­nin bö­yük it­ki­lə­rə mə­ruz qal­ma­sı isə qa­çıl­maz­dır. Bu­nu, ve­ri­lən açıq­la­ma­lar­dan da ay­dın gö­rü­nür ki, er­mə­ni­lər öz­lə­ri də ki­fa­yət qə­dər yax­şı bi­lir. Elə bu sə­bəb­dən in­di­dən hə­yə­can tə­bi­li çal­ma­ğa baş­la­yıb­lar. He­sab edi­lir ki, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri Azər­bay­can Or­du­su­nun zər­bə­lə­rin­dən yal­nız iş­ğal al­tın­da­kı əra­zi­lə­ri tərk et­mək­lə xi­las ola bi­lər. İn­di­ki hal­da iş­ğal al­tın­da­kı əra­zi­lə­rin azad edil­mə­si üçün ən yax­şı va­si­tə isə  bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin Er­mə­nis­ta­na təz­yiq gös­tər­mə­si­dir. Bu­nu Qa­ra­bağ konf­lik­ti­nə həsr edi­lən "Unu­dul­muş mü­na­qi­şə" ki­ta­bı­nın mü­əl­li­fi An­dre Vid­mer də təs­diq edir: "Yal­nız dip­lo­ma­tik dil­dən is­ti­fa­də et­mək­lə və re­al si­ya­si təz­yiq ol­ma­dan Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı və­ziy­yət­də də­yi­şik­lik ol­ma­ya­caq. Tə­əs­süf ki, Su­ri­ya, İraq, Yə­mən və Uk­ray­na­da­kı mü­ha­ri­bə­lər və Şi­ma­li Ko­re­ya böh­ra­nı fo­nun­da Qa­ra­bağ mü­na­qi­şə­si san­ki bey­nəl­xalq ic­ti­ma­iy­yət tə­rə­fin­dən unu­du­lub. Be­lə gö­rü­nür ki, 2016-cı ilin ap­re­lin­də qey­də alı­nan es­ka­la­si­ya­dan son­ra əsas oyun­çu­lar olan Ru­si­ya və ABŞ mü­na­qi­şə­nin həll olun­ma­sı üçün ki­fa­yət qə­dər güc sərf et­mək niy­yə­tin­də de­yil. Hal­bu­ki, mü­na­qi­şə­nin həl­li yol­la­rı Mosk­va­nın əlin­də­dir. Ru­si­ya­nın iq­ti­sa­di və si­ya­si gü­cü var ki, Er­mə­nis­ta­nı iş­ğa­lı da­yan­dır­ma­ğa məc­bur et­sin. İlk ad­dım Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da­kı iş­ğal olun­muş ra­yon­la­rın azad edil­mə­si ola bi­lər". Bun­lar hə­ya­ta ke­çi­ril­mə­yə­cə­yi hal­da isə Azər­bay­can güc va­ri­an­tı­na əl at­ma­ğa məc­bur­dur. Məhz bu hal­da Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri zəbt olun­muş tor­paq­la­rı azad et­mə­li ola­caq, an­caq bö­yük it­ki­lə­rə də mə­ruz qa­la­caq. Bu sə­bəb­dən se­çim in­di Er­mə­nis­ta­nın­dır: düş­mən ya it­ki­lər­lə üz­ləş­mə­dən, ya da bö­yük it­ki­lə­rə mə­ruz qa­la­raq Azər­bay­ca­nın iş­ğal al­tın­da sax­la­dı­ğı tor­paq­la­rı­nı bo­şalt­ma­lı­dır. Özü də bü­tün bun­la­rın qı­sa za­man kə­si­yin­də baş ve­rə­cə­yi­ni er­mə­ni­lər öz­lə­ri də yax­şı bi­lir. İn­di­lik­də Azər­bay­can düş­mə­nə ar­tıq hə­rə­kə­tə keç­mə­si üçün mü­əy­yən vaxt ve­rib. Hə­min vax­tı sə­mə­rə­li də­yər­lən­dir­mək er­mə­ni­lə­rin öz əlin­də­dir. Azər­bay­can isə ve­ri­lən vaxt fo­nun­da cəb­hə zo­na­sın­da möv­qe­lə­ri­ni da­ha güc­lü ha­la gə­tir­mək­də da­vam edir. Er­mə­ni­lər kö­nül­lü şə­kil­də zəbt olun­muş tor­paq­la­rı tərk et­mə­yə­cə­yi təq­dir­də, son sö­zü ən müa­sir hər­bi tex­ni­ka ilə si­lah­lan­mış Azər­bay­can Or­du­su de­yə­cək.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər