21/08/2017 18:03
728 x 90

Qa­ra­bağ prob­le­min­dən qlo­bal mü­ha­ri­bə­yə...

"Dü­şün­mü­rəm ki, Dağ­lıq Qa­ra­bağ­da mü­na­qi­şə­nin alov­lan­ma­sı qlo­bal mü­ha­ri­bə­yə gə­ti­rib çı­xar­sın"

img

Ar­zu­xan Əli­za­də: "Tə­əs­süf ki, həm­sədr­lə­rin heç bi­ri mü­na­qi­şə­nin həl­lin­də fərq­li və kon­kret möv­qe or­ta­ya qoy­mur"

 

"Dağ­lıq Qa­ra­bağ­da mü­na­qi­şə­nin alov­lan­ma­sı qlo­bal mü­ha­ri­bə­yə gə­ti­rib çı­xa­ra bi­lər. Axı Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da mü­ba­hi­sə­lər tə­sa­dü­fi de­yil. Mü­na­qi­şə qlo­bal hök­mran­lıq əl­də et­mək is­tə­yən öl­kə­lər tə­rə­fin­dən ya­ra­dı­lıb". Mə­lum ol­du­ğu ki­mi, bu­nu bir müd­dət əv­vəl aka­de­mik, Uk­ray­na İq­ti­sa­di Elm­lər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti Ana­to­li Peş­ko Er­mə­nis­tan və Azər­bay­can qo­şun­la­rı­nın tə­mas xət­tin­də və­ziy­yə­tin gər­gin­ləş­mə­si­ni şərh edər­kən de­yib.

Onun söz­lə­ri­nə gö­rə, mü­na­qi­şə zo­na­la­rın­da zər­gər də­qiq­li­yi ilə si­ya­sət yü­rüt­mək la­zım­dır: "Ha­zır­da Ru­si­ya və Bir­ləş­miş Ştat­lar ara­sın­da cid­di mü­ba­ri­zə ge­dir və Qa­ra­bağ­da və­ziy­yət kəs­kin­lə­şər­sə, ma­raq­lı tə­rəf­lər Azər­bay­can və Er­mə­nis­tan xalq­la­rı­nın ma­raq­la­rı­nı nə­zə­rə al­ma­ya­caq­lar. Ümu­miy­yət­lə, diq­qət ye­ti­rin: Ru­si­ya ilə həm­sər­həd bir çox öl­kə­də hər­bi mü­na­qi­şə­lər ya­ra­nıb. Bu da tə­sa­dü­fi de­yil. Xalq­la­ra mə­şəq­qət­lər gə­tir­miş "Ərəb ba­ha­rı" ki­mi. Bir vaxt­lar in­di dün­ya­dan köç­müş Zbiq­nev Bje­zins­ki "Ərəb ba­ha­rı" ba­rə­də da­nı­şar­kən de­miş­di ki, bu, MKİ-nin öz ta­ri­xi bo­yun­ca hə­ya­ta ke­çir­di­yi ən uğur­lu əmə­liy­yat­dır".

Məhz bu­na gö­rə Peş­ko he­sab edir ki, ən pis sülh ən yax­şı mü­ha­ri­bə­dən yax­şı­dır. Onun fik­rin­cə, yax­şı olar­dı ki, top­lar de­yil, in­san­lar da­nış­sın. Hə­mi­şə is­tə­ni­lən, hət­ta ən az nə­zə­rə çar­pan tə­mas nöq­tə­lə­ri­ni ax­ta­rıb tap­maq la­zım­dır.

Ay­dın mə­sə­lə­dir ki, mü­na­qi­şə­nin həll olun­ma­ma­sı cəb­hə­də hər ke­çən gün növ­bə­ti es­ka­la­si­ya ris­qi­ni ar­tı­rır. Ne­cə ki, 2016-cı ilin ap­re­lin­də bu, iri­miq­yas­lı toq­quş­ma­la­ra gə­ti­rib çı­xar­dı. O za­man Ru­si­ya­nın mü­da­xi­lə­si ol­ma­say­dı, çox gü­man ki, mü­ha­ri­bə­nin miq­ya­sı da­ha da bö­yük ola­caq­dı.

İs­tə­ni­lən hal­da, Dağ­lıq Qa­ra­bağ­da mü­na­qi­şə­nin alov­lan­ma­sı qlo­bal mü­ha­ri­bə­yə gə­ti­rib çı­xa­ra bi­lər­mi?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də bu­na fərq­li priz­ma­dan ya­naş­dı: "Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həll olun­ma­ma­sı hər an mü­ha­ri­bə­nin ye­ni­dən baş­lan­ma­sı ris­qi­ni ar­tı­rır. Son dövr­lər da­nı­şıq­la­rın fak­ti­ki ola­raq da­la­na di­rən­mə­si, Er­mə­nis­ta­nın hər vəch­lə da­nı­şıq­la­rın po­zul­ma­sı­na yö­nə­lik ad­dım­lar at­ma­sı bu qə­naə­tə gəl­mə­yə əsas ve­rir. Bü­tün bun­la­ra rəğ­mən, dü­şün­mü­rəm ki, Dağ­lıq Qa­ra­bağ­da mü­na­qi­şə­nin alov­lan­ma­sı qlo­bal mü­ha­ri­bə­yə gə­ti­rib çı­xar­sın. Bu bir qə­dər re­al gö­rün­mür. Ona gö­rə re­al gö­rün­mür ki, bir sı­ra mə­sə­lə­lər­də Qərb­lə Ru­si­ya ara­sın­da ya­şa­nan cid­di fi­kir ay­rı­lıq­la­rı­na rəğ­mən, Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­sin­də tə­rəf­lər ara­sın­da bu­nu gör­mü­rük. Be­lə ol­ma­say­dı, o za­man bu özü­nü ATƏT-in Minsk Qru­pu­nun fəa­liy­yə­tin­də gös­tə­rər­di. Tə­əs­süf ki, həm­sədr­lə­rin heç bi­ri mü­na­qi­şə­nin həl­lin­də fərq­li və kon­kret möv­qe or­ta­ya qoy­mur. Be­lə olan hal­da, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin qlo­bal mü­ha­ri­bə­yə gə­ti­rib çı­xa­ra­ca­ğı­nı id­dia et­mək re­al gö­rün­mür. An­caq bun­dan fərq­li ola­raq, toq­quş­ma­lar hər an baş­la­ya və bu da tə­rəf­lər ara­sın­da mü­ha­ri­bə­yə gə­ti­rib çı­xa­ra bi­lər".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər