21/08/2017 18:05
728 x 90

Ru­si­ya­nın Qaf­qaz dav­ra­nış­la­rı ilə bağ­lı ABŞ eks­per­tin­dən çox səs-küy­lü proq­noz...

"Ru­si­ya­nın son dav­ra­nış­la­rın­da bu is­tək hiss edi­lir"

img

El­şən Mus­ta­fa­yev: "Bu­na qar­şı Qər­bin tam sus­qun­luq nü­ma­yiş et­dir­mə­si heç də nor­mal qar­şı­lan­ma­ma­lı­dır"

 

Son gün­lər cə­rə­yan edən pro­ses­lər Ru­si­ya­nın bərk qə­zəb­lən­di­yi­ni üzə çı­xar­mış olur. Mosk­va­nın qə­zə­bi­nə sə­bəb olan əsas mə­qam­lar­dan bi­ri də ABŞ-ın Gür­cüs­ta­nın NA­TO üz­vü ol­ma­sı üçün hər­tə­rəf­li dəs­tək ver­mə­si­dir. Baş ve­rən­lə­ri təh­lil edən eks­pert­lər, əs­lin­də, ABŞ-ın bu ge­di­şi fo­nun­da Qaf­qaz­da ma­raq­lı və­ziy­yət ya­ran­dı­ğı­nı bil­di­rir­lər.

Ta­nın­mış ame­ri­ka­lı ana­li­tik Pol Qobl da bu fi­kir­lə­ri pay­la­şır: "He­sab edi­rəm ki, ilk mər­hə­lə­də Gür­cüs­tan­la bağ­lı ABŞ və Ru­si­ya ara­sın­da cid­di qar­şı­lıq­lı an­laş­ma ola­caq. Bun­dan son­ra Ru­si­ya­nı Qaf­qaz­da zə­if­lət­mək üçün ABŞ Er­mə­nis­ta­na da­ha çox diq­qət ye­ti­rə­cək. Azər­bay­can müs­tə­qil si­ya­sət yü­rüt­dü­yün­dən, onun­la ABŞ da, həm də Ru­si­ya in­di­ki mü­na­si­bət­lə­ri­ni sax­la­ma­ğa ça­lı­şa­caq. Ye­ni sank­si­ya­lar Ru­si­ya­nın təş­kil et­di­yi la­yi­hə­lər­də iş­ti­rak edən is­tə­ni­lən öl­kə­ni cə­za­lan­dır­ma­ğa im­kan ve­rir. ABŞ, za­man keç­dik­cə, İrə­va­na tez-tez Ru­si­ya-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri və Ru­si­ya tə­ca­vü­zü priz­ma­sın­dan bax­ma­ğa baş­la­ya­caq. Et­sin ".

Pol Qobl vur­ğu­la­yır ki, sank­si­ya­lar əsa­sən Ru­si­ya­nın bö­yük qaz la­yi­hə­lə­ri­nə qar­şı yö­nə­lib. Sank­si­ya­la­rın Mosk­va­nın iq­ti­sa­di po­ten­sia­lı­nı azal­da­ca­ğı və si­ya­si və­ziy­yə­tə zə­ru­ri tə­sir edə­cə­yi göz­lə­nir. Pol Qobl bu fon­da qeyd edir ki, ABŞ-ın yu­xa­rı­da ad­la­rı çə­ki­lən öl­kə­lə­rə dəs­tə­yi yal­nız bə­ya­nat­lar­da de­yil, kon­kret hə­rə­kət­lər­də də gö­rü­nür: "Sank­si­ya­lar haq­qın­da ye­ni qa­nun Ru­si­ya­nın la­yi­hə­lə­rin­də iş­ti­rak edən is­tə­ni­lən öl­kə­nin və ya şir­kət­lə­rin cə­za­lan­dı­rıl­ma­sı­na im­kan ve­rir. Ha­zır­da Mosk­va­nın mü­qa­vi­mət po­ten­sia­lı yox­dur".

Qobl bil­di­rir ki, Ru­si­ya­ya qar­şı rı­çaq­lar iq­ti­sa­diy­yat­la ki­fa­yət­lən­mə­yə də bi­lər. O, si­ya­si fak­to­run da döv­riy­yə­yə bu­ra­xı­la­ca­ğı­nı vur­ğu­la­yıb: "Tramp ad­mi­nis­tra­si­ya­sı­nın xa­ri­ci si­ya­sə­ti­nin ten­den­si­ya­la­rı get­dik­cə da­ha ay­dın olur. Tramp bir ne­çə də­fə bil­di­rib ki, ABŞ-ın ya­nın­da ola­caq öl­kə­lər həm iq­ti­sa­di, həm də təh­lü­kə­siz­lik ba­xı­mın­dan dəs­tək ala­caq­lar. Ru­si­ya-Ame­ri­ka böh­ra­nı ATƏT-in Minsk Qru­pu­nun fəa­liy­yə­ti­ni ef­fek­tiv et­mə­yə­cək. Bu, möv­cud sta­tus-kvo­nun möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan Er­mə­nis­ta­nın xey­ri­nə ola bi­lər. La­kin ən bö­yük təh­lü­kə mü­na­qi­şə­nin həl­li ilə bağ­lı ümid­lə­rin bo­şa çıx­ma­sı və son­ra Azər­bay­ca­nın güc va­ri­an­tı­na əl at­ma­sı­dır. Bu ba­xım­dan Qa­ra­bağ­da ye­ni mü­ha­ri­bə ris­qi ar­tır. Ru­si­ya Qaf­qaz si­ya­sə­ti­ni sərt­ləş­di­rə bi­lər. Ru­si­ya­nın Qa­ra­bağ mə­sə­lə­sin­də Er­mə­nis­ta­nı qur­ban ve­rə­rək Qaf­qaz­da möh­kəm­lə­nə bil­mə­si va­ri­an­tı bu gün ön pla­na çıx­dı".

Gö­rün­dü­yü ki­mi, Pol Qobl de­yib ki, Ru­si­ya dün­ya­da sı­xış­dı­rıl­dıq­ca, Qaf­qaz si­ya­sə­ti­ni sərt­ləş­di­rə bi­lər. Bu­nu nə də­rə­cə­də re­al say­maq olar?

Eks­pert El­şən Mus­ta­fa­ye­vin söz­lə­ri­nə gö­rə, Ru­si­ya­nın son dav­ra­nış­la­rın­da bu is­tək hiss edi­lir: "Öz hər­bi gü­cü­nü Cə­nu­bi Qaf­qaz­da ar­tı­ran Ru­si­ya­nın əsas məq­sə­di qu­ru qo­şun­la­rı­nı Ya­xın Şər­qə, Tür­ki­yə­yə, İra­na mak­si­mum ya­xın­laş­dır­maq­dır. Ümu­miy­yət­lə, Ru­si­ya-Er­mə­nis­tan bir­gə or­du qrup­laş­ma­sı­nın ya­ra­dıl­ma­sı və atı­lan di­gər ad­dım­la­rın sə­bə­bi tək­cə Qa­ra­bağ mə­sə­lə­si de­yil. Əsas mə­sə­lə Ru­si­ya­nın Cə­nu­bi Qaf­qaz­da­kı or­du qrup­laş­ma­sı­nı güc­lən­dir­mə­sin­dən və hər­bi gü­cü­nün ar­tı­rıl­ma­sın­dan iba­rət­dir. Ru­si­ya ha­zır­da Er­mə­nis­tan­la bir­gə or­du qrup­laş­ma­sı ya­ra­da­raq bu­nu edir. On­suz da Cə­nu­bi Qaf­qa­za nə­za­rət edən Ru­si­ya Gür­cüs­tan və Azər­bay­ca­nı özün­dən da­ha da ası­lı və­ziy­yə­tə gə­tir­mək is­tə­yir. İs­tə­yir ki, Er­mə­nis­tan ki­mi, Azər­bay­can və Gür­cüs­tan da xa­ri­ci si­ya­sət mə­sə­lə­lə­rin­də, xü­su­sən də Qərb və NA­TO ilə mü­na­si­bət­lər­də müs­tə­qil ad­dım­lar at­ma­sın­lar və bü­tün pro­ses Krem­lin bir­ba­şa nə­za­rə­tin­də ol­sun. Ru­si­ya bu hə­də­fi­nə çat­maq üçün bü­tün müm­kün va­si­tə­lər­dən is­ti­fa­də et­mə­yə ça­lı­şır. Ru­si­ya Cə­nu­bi Qaf­qaz­da öz hər­bi gü­cü­nü dur­ma­dan bö­yü­dür və bu za­man Er­mə­nis­tan­dan, Cə­nu­bi Ose­ti­ya­dan və Ab­xa­zi­ya­dan ya­rar­la­nır. Bu hə­lə­lik an­caq nü­ma­yiş for­ma­sın­da hə­ya­ta ke­çi­ril­sə də, gə­lə­cək­də, 2008-ci il­də Gür­cüs­tan­da ol­du­ğu ki­mi, hər­bi güc­dən is­ti­fa­də et­mə­si də is­tis­na olun­mur. Ar­tıq biz Ru­si­ya­nın hər­bi güc­dən is­ti­fa­də edə­rək Gür­cüs­tan­da ye­ni əra­zi­lə­ri, yə­ni Ba­kı-Sup­sa neft kə­mə­ri­nin keç­di­yi əra­zi­ni nə­za­rə­tə gö­tür­mə­si­ni bir müd­dət əv­vəl mü­şa­hi­də et­dik və bu­na qar­şı Qər­bin tam sus­qun­luq nü­ma­yiş et­dir­mə­si də heç də nor­mal qar­şı­lan­ma­ma­lı­dır. Ru­si­ya­nın bu ad­dı­mı re­gi­on­da­kı təh­lü­kə­li və­ziy­yə­ti da­ha da gər­gin­ləş­di­rir. Söz­süz ki, biz bu və­ziy­yət­də ilk növ­bə­də Qa­ra­ba­ğı fi­kir­ləş­mə­li­yik. Elə bir şə­ra­it ya­rat­maq ol­maz ki, Ru­si­ya Dağ­lıq Qa­ra­ba­ğa öz or­du­su­nu ye­rit­sin. Hal­bu­ki, son za­man­lar Er­mə­nis­ta­nın cəb­hə böl­gə­sin­də yol ver­di­yi təx­ri­bat­lar an­caq bu­na xid­mət edir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər