12/12/2017 01:00
728 x 90

Ber­di­mə­həm­mə­dov Pre­zi­dent Əli­yev­lə gö­rüş­dən son­ra Xə­zər­də beş­tə­rəf­li əmək­daş­lı­ğın in­ki­şa­fı­na bö­yük pers­pek­tiv vəd et­di...

"Çün­ki Xə­zər də­ni­zi və onun təh­lü­kə­siz­lik qa­ran­tı ol­ma­dan bi­zim mü­na­si­bət­lə­ri­mi­zin yük­sək sə­viy­yə­də ol­ma­sı müm­kün de­yil"

img

Və­fa Hey­dər­li: "Ola bi­lər ki, beş­tə­rəf­li is­ti­qa­mə­tə baş­qa de­tal­lar da aid­dir"

 

Türk­mə­nis­tan pre­zi­den­ti Qur­ban­qu­lu Ber­di­mə­həm­mə­dov av­qus­tun 8-də Azər­bay­can-Türk­mə­nis­tan sə­nəd­lə­ri­nin im­za­lan­ma­sı mə­ra­si­min­dən son­ra mət­bua­ta açıq­la­ma ve­rib.

Onun söz­lə­ri­nə gö­rə, Türk­mə­nis­tan­la Azər­bay­can ara­sın­da ən yük­sək sə­viy­yə­də da­nı­şıq­lar apa­rı­lıb: "Hə­min gö­rüş­lər za­ma­nı iki­tə­rəf­li mü­na­si­bət­lə­rin du­ru­mu və pers­pek­tiv­lə­ri, re­gio­nal və bey­nəl­xalq si­ya­sət mə­sə­lə­lə­ri mü­za­ki­rə olun­du, gə­lə­cək qar­şı­lıq­lı fəa­liy­yə­ti­mi­zin kon­kret is­ti­qa­mət­lə­ri tə­yin edil­di. İki öl­kə ara­sın­da ənə­nə­vi olan qar­şı­lıq­lı inam və açıq­lıq mü­hi­tin­də ke­çən da­nı­şıq­la­rın kons­truk­tiv və məz­mun­lu xa­rak­te­ri­ni xü­su­si­lə qeyd edi­rəm. Gö­rüş­lər za­ma­nı bü­tün is­ti­qa­mət­lər­də - si­ya­si, iq­ti­sa­di, mə­də­ni, hu­ma­ni­tar sa­hə­lər­də apa­rı­lan iki­tə­rəf­li dia­lo­qun in­di­ki sə­viy­yə­si­ni yük­sək də­yər­lən­dir­dik. Azər­bay­can­la əla­qə­lə­ri­miz qar­şı­lıq­lı hör­mət, bə­ra­bər­lik və qar­şı­lıq­lı su­rət­də fay­da­lı əmək­daş­lıq prin­sip­lə­ri əsa­sın­da di­na­mik və yük­sə­lən xət­lə in­ki­şaf edir. Biz Mər­kə­zi Asi­ya, Xə­zər höv­zə­si zo­na­sın­da sül­hün, sa­bit­li­yin və təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si, bu­ra­da sə­mə­rə­li əmək­daş­lıq me­xa­nizm­lə­ri­nin qu­rul­ma­sı üçün mü­va­fiq şə­ra­it­lə­rin ya­ra­dıl­ma­sı məq­sə­di­lə fə­al şə­kil­də bir­gə ça­lı­şı­rıq. Türk­mə­nis­tan və Azər­bay­can ara­sın­da qar­şı­lıq­lı ad­dım­lar bu gün stra­te­ji sa­bit­lik və re­gio­nal pro­ses­lə­rin müs­bət in­ki­şaf ami­li­dir. Hər iki öl­kə Xə­zər­ya­nı mə­ka­nın Av­ra­si­ya­da uzun­müd­dət­li sa­bit­li­yin mən­bə­yi­nə, ge­niş bey­nəl­xalq tə­rəf­daş­lı­ğın are­na­sı­na çev­ril­mə­si­nin tə­rəf­da­rı­dır. Ke­çi­ril­miş da­nı­şıq­lar­da iki öl­kə­nin nü­fuz­lu bey­nəl­xalq və re­gio­nal struk­tur­lar - Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı, Av­ro­pa­da Təh­lü­kə­siz­lik və Əmək­daş­lıq Təş­ki­la­tı, Müs­tə­qil Döv­lət­lər Bir­li­yi, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı və İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı çər­çi­və­sin­də fə­al əmək­daş­lıq et­mə­si­nə ha­zır­lıq vur­ğu­lan­dı".

Q.Ber­di­mə­həm­mə­dov de­yib ki, Türk­mə­nis­tan­la Azər­bay­can ara­sın­da sıx qar­şı­lıq­lı fəa­liy­yət Xə­zər də­ni­zin­də beş­tə­rəf­li tə­rəf­daş­lıq çər­çi­və­sin­də da­vam edə­cək: "Mən bir da­ha tək­rar et­mək is­tə­yi­rəm ki, bu əmək­daş­lıq beş­tə­rəf­li əmək­daş­lıq­dır. Biz iq­ti­sa­di əmək­daş­lıq mə­sə­lə­lə­ri­ni tə­fər­rüa­tı ilə mü­za­ki­rə et­dik və iki döv­lə­tin güc­lü sə­na­ye və in­fras­truk­tur po­ten­sia­lı­na uy­ğun ola­raq bu sa­hə­də qar­şı­lıq­lı fəa­liy­yə­tin ar­tı­rıl­ma­sı­nın zə­ru­ri­li­yi haq­qın­da ümu­mi rə­yə gəl­dik. Da­nı­şıq­lar za­ma­nı Türk­mə­nis­tan­la Azər­bay­can ara­sın­da ti­ca­rət sa­hə­sin­də tə­rəf­daş­lı­ğa, qar­şı­lıq­lı mal döv­riy­yə­si­nin ar­tı­rıl­ma­sı və şa­xə­lən­di­ril­mə­si­nin zə­ru­ri­li­yi­nə xü­su­si diq­qət ye­ti­ril­di. Biz qar­şı­lıq­lı ti­ca­rə­tin ge­niş­lən­di­ril­mə­si, sə­na­ye, xid­mət­lər və aq­rar komp­leks sa­hə­lə­rin­də ge­niş bir­gə la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si üçün sər­ma­yə si­ya­sə­ti­nin fə­al­laş­dı­rıl­ma­sı məq­sə­di­lə təd­bir­lə­ri nə­zər­dən ke­çir­mək ba­rə­də ra­zı­lı­ğa gəl­dik. Bu ba­xım­dan iki öl­kə­nin biz­nes qu­rum­la­rı­nın xət­ti ilə qar­şı­lıq­lı fəa­liy­yət mü­hüm rol oy­na­ma­lı­dır".

Ber­di­mə­həm­mə­do­vun "bun­dan son­ra Türk­mə­nis­tan-Azər­bay­can əla­qə­lə­ri Xə­zər­də beş­tə­rəf­li əmək­daş­lıq çər­çi­və­sin­də da­vam edə­cək" fik­rin­dən han­sı nə­ti­cə­ni çı­xar­maq olar?

Po­li­to­loq Və­fa Hey­dər­li qə­ze­ti­mi­zə bil­dir­di ki, Türk­mə­nis­tan­la sər­həd məhz Xə­zər də­ni­zi va­si­tə­si­lə ol­du­ğu üçün, Ber­di­mə­həm­mə­do­vun açıq­la­ma­sın­da dün­ya­nın ən bö­yük gö­lü mə­sə­lə­si­ni qa­bart­ma­sı tə­sa­dü­fi de­yil: "İki öl­kə ara­sın­da mü­na­si­bət­lər­də gər­gin­lik də hökm sü­rüb. Türk­mə­nis­tan­la Azər­bay­can ara­sın­da gər­gin­lik ya­ra­dan əsas sə­bəb­lər­dən bi­ri Xə­zər də­ni­zin­də­ki "Kə­pəz" ya­ta­ğı idi. Azər­bay­can neft­çi­lə­ri­nin kəşf et­di­yi hə­min ya­ta­ğı Türk­mə­nis­tan özü­nün­kü sa­yır­dı. Mü­na­si­bət­lə­rin bu­gün­kü və­ziy­yə­ti hə­min na­ra­zı­lıq­la­rın ar­xa­da qal­dı­ğı­nı söy­lə­mə­yə əsas ve­rir. Türk­mə­nis­tan hə­min ya­ta­ğa olan id­dia­sı­nı, əv­vəl­ki il­lər­də ol­du­ğu ki­mi, sərt şə­kil­də gün­də­mə gə­tir­mir. Bi­lir­si­niz ki, bi­zi Türk­mə­nis­tan­la həm də türk kim­li­yi fak­to­ru bağ­la­yır. İki öl­kə ara­sın­da əla­qə­lə­rin ge­niş­lən­mə­si­nə da­ir müx­tə­lif sa­hə­lə­ri əha­tə edən sə­nəd­lər im­za­la­nıb. An­caq he­sab edi­rəm ki, bü­tün bun­la­rı hə­ya­ta ke­çir­mək üçün bi­zim hə­min öl­kə ilə mü­na­si­bət­lə­ri­miz yal­nız Xə­zər va­si­tə­si­lə re­al­la­şa bi­lər. Beş is­ti­qa­mə­tin kon­kret ola­raq nə­dən iba­rət ol­ma­sı bil­di­ril­mə­sə də, təx­min­lər irə­li sür­mək olar. Xə­zə­rin sta­tu­su, də­ni­zin sər­vət­lə­ri­nin düz­gün is­tis­ma­rı, bö­yük ener­ji la­yi­hə­lə­ri­nin də­niz va­si­tə­si­lə re­al­laş­ma­sı, eko­lo­ji ba­lan­sın qo­run­ma­sı və təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri prio­ri­tet təş­kil edə bi­lər. He­sab edi­rəm ki, bu is­ti­qa­mət­lər üz­rə re­al ra­zı­laş­ma­lar əl­də edi­lə bi­lər. Çün­ki Xə­zər də­ni­zi və onun təh­lü­kə­siz­lik qa­ran­tı ol­ma­dan bi­zim mü­na­si­bət­lə­ri­mi­zin yük­sək sə­viy­yə­də ol­ma­sı müm­kün de­yil. Ola bi­lər ki, beş­tə­rəf­li is­ti­qa­mə­tə baş­qa de­tal­lar da aid­dir. İs­tə­ni­lən hal­da, bun­la­rın hər bi­ri öl­kə­lə­ri­miz ara­sın­da dost­lu­ğun, əmi­na­man­lı­ğın möh­kəm­lən­mə­si­nə töh­fə ve­rə­cək".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər