21/08/2017 18:07
728 x 90

Er­mə­ni ter­ro­ru­nun qur­ba­nı ol­muş azər­bay­can­lı uşaq­la­rın qa­til­lə­ri­nə açıl­mış ci­na­yət iş­lə­ri...

"Bu ci­na­yət iş­lə­ri­lə bağ­lı qə­bul edi­lən qə­rar­lar həm də tək­zi­be­dil­məz fakt xa­rak­te­ri­ni da­şı­yır"

img

Meh­man Mu­rad­lı: "Azər­bay­can əra­zi­sin­də edi­lən is­tə­ni­lən qa­nun­suz­luq və ci­na­yət­lə bağ­lı müt­ləq ci­na­yət tə­qi­bi hə­ya­ta ke­çi­ril­mə­li­dir"

 

Azər­bay­ca­nın iş­ğal al­tın­da olan əra­zi­lə­rin­də yer­lə­şən Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­ca­vüz­kar əməl­lə­ri­ni növ­bə­ti də­fə da­vam et­di­rə­rək, iri­çap­lı si­lah­lar­dan Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin cəb­hə­bo­yu möv­qe­lə­ri­ni və mül­ki əha­li­nin ya­şa­dı­ğı əra­zi­lə­ri in­ten­siv atə­şə tut­maq­la, bey­nəl­xalq hu­ma­ni­tar hü­quq nor­ma­la­rı­nın tə­ləb­lə­ri­ni ko­bud su­rət­də po­zub.

Baş Pro­ku­ror­lu­ğun mət­bu­at xid­mə­tin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, Er­mə­nis­tan hər­bi his­sə­lə­ri av­qus­tun 8-də, sa­at 20 ra­də­lə­rin­də To­vuz ra­yo­nu­nun Er­mə­nis­tan­la həm­sər­həd olan Qa­ra­lar kən­di­ni iri­çap­lı si­lah­lar­dan atə­şə tu­ta­raq mül­ki əha­li­nin qəs­dən məhv edil­mə­si məq­sə­di­lə növ­bə­ti təx­ri­bat tö­rə­dib­lər. Nə­ti­cə­də Qa­ra­lar kənd sa­ki­ni - 2004-cü il tə­vəl­lüd­lü Yu­si­bov Ra­mil Sa­bir oğ­lu ot bi­çi­nin­dən gə­lər­kən qəl­pə xə­sa­rət­lə­ri ala­raq ağır və­ziy­yət­də xəs­tə­xa­na­ya yer­ləş­di­ri­lib. Hə­min fakt­la bağ­lı To­vuz Ra­yon Pro­ku­ror­lu­ğun­da Ci­na­yət Mə­cəl­lə­si­nin 116.0.10 (si­lah­lı mü­na­qi­şə za­ma­nı mül­ki əha­li­yə və ya dö­yüş­lər­də iş­ti­rak et­mə­yən ay­rı-ay­rı mül­ki şəxs­lə­rə hü­cum et­mək­lə bey­nəl­xalq hu­ma­ni­tar hü­quq nor­ma­la­rı­nı poz­ma), 29, 120.2.7-ci (iki və ya da­ha çox şəx­si qəs­dən öl­dür­mə­yə cəhd) mad­də­lə­ri ilə ci­na­yət işi baş­la­nıb, is­tin­taq apa­rı­lır.

Qeyd edək ki, pro­ku­ror­luq bun­dan əv­vəl də baş ve­rən ana­lo­ji hal­lar­la bağ­lı ci­na­yət iş­lə­ri açıb. Bu ci­na­yət iş­lə­ri­nin gec-tez han­sı­sa əhə­miy­yə­ti ola­caq­mı?

Hü­quq­şü­nas Meh­man Mu­rad­lı qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, ci­na­yət iş­lə­ri­nin açıl­ma­sı doğ­ru ad­dım­dır: "Bir söz­lə, hü­qu­qi nor­ma­la­ra uy­ğun­dur. Çün­ki tö­rə­di­lən əməl­lər nə­ti­cə­sin­də əha­li­yə kül­li miq­dar­da zi­yan də­yir və ya in­san tə­lə­fat­la­rı olur. Bu­na müt­ləq hü­qu­qi qiy­mət ve­ril­mə­li­dir. Tə­bii ki, bu­ra­da təq­sir­kar olan er­mə­ni­lər­dir. Biz is­tin­taq çər­çi­və­sin­də on­la­rı han­sı­sa qi­sim­də mə­su­liy­yə­tə cəlb edə bil­mə­rik. An­caq bu heç də o de­mək de­yil ki, hü­qu­qi araş­dır­ma apa­rıl­ma­ma­lı­dır. Bu­nun həm də ta­ri­xi əhə­miy­yə­ti var. Gə­lə­cək nə­sil­lər hə­min ci­na­yət iş­lə­ri ilə ta­nış olan­da er­mə­ni­lə­rin nə qə­dər vəh­şi mil­lət ol­du­ğu­nu gö­rə­cək. İs­tin­ta­qın gəl­di­yi nə­ti­cə­yə uy­ğun şə­kil­də gü­nah­kar­la­rın ta­pı­lıb cə­za­lan­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də bey­nəl­xalq qu­rum­la­ra mü­ra­ci­ət olun­ma­lı­dır. Azər­bay­can­da er­mə­ni­lə­rin adı­nın keç­di­yi bir çox ci­na­yət işi var. Bu ci­na­yət iş­lə­ri­lə bağ­lı qə­bul edi­lən qə­rar­lar həm də tək­zi­be­dil­məz fakt xa­rak­te­ri­ni da­şı­yır. Azər­bay­can əra­zi­sin­də edi­lən is­tə­ni­lən qa­nun­suz­luq və ci­na­yət­lə bağ­lı müt­ləq ci­na­yət tə­qi­bi hə­ya­ta ke­çi­ril­mə­li­dir. Son vaxt­lar er­mə­ni tə­rə­fi də bu prak­ti­ka­dan is­ti­fa­də et­mə­yə ça­lı­şır. An­caq ay­dın gö­rü­nür ki, on­la­rın gös­tər­di­yi də­lil­lər ci­na­yət tə­qi­bi üçün əsas­sız­dır".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər