21/08/2017 18:09
728 x 90

Ber­di­mə­həm­mə­do­vun Pre­zi­dent Əli­yev­lə gö­rü­şün­dən son­ra mü­ba­hi­sə­li "Kə­pəz" ya­ta­ğı ilə bağ­lı ye­ni mər­hə­lə açı­lır...

"Bun­dan son­ra Xə­zə­rin sta­tu­su və "Kə­pəz" ya­ta­ğı ət­ra­fın­da mü­ba­hi­sə­lər də həll edi­lə­cək"

img

Mə­həm­məd Əsə­dul­la­za­də: "Türk­mə­nis­tan pre­zi­den­ti re­gi­on­da də­yi­şən ener­ji si­ya­sə­ti­nin fər­qin­də­dir və Azər­bay­can­la əmək­daş­lıq­da ar­tıq öz se­çi­mi­ni edib"

 

Mə­lum ol­du­ğu ki­mi, Türk­mə­nis­tan pre­zi­den­ti Qur­ban­qu­lu Ber­di­mə­həm­mə­dov Azər­bay­ca­na rəs­mi sə­fər edib. Sə­fər­də tə­rəf­lər ara­sın­da bir sı­ra mə­sə­lə­lər üz­rə mü­za­ki­rə­lər apa­rı­lıb, sə­nəd­lər im­za­la­nıb. Be­lə fi­kir­lər səs­lə­nir ki, bu sə­fər həm Türk­mə­nis­ta­nın ener­ji si­ya­sə­tin­də, həm də Azər­bay­can­la mü­na­si­bət­lə­rin­də stra­te­ji əhə­miy­yət­li də­yi­şik­li­yə sə­bəb ola bi­lər.

Be­lə ki, Azər­bay­can və Türk­mə­nis­tan ara­sın­da apa­rı­lan da­nı­şıq­la­rın əsas pred­me­ti­ni neft-qaz və nəq­liy­yat sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə­si təş­kil edir. Tə­rəf­lər ara­sın­da bu mə­sə­lə­lər­lə bağ­lı ra­zı­laş­ma əl­də olu­nar­sa, bü­töv­lük­də Xə­zər re­gio­nu və Cə­nu­bi Qaf­qaz üçün geo­si­ya­si və geo­iq­ti­sa­di əhə­miy­yət kəsb edən cid­di dö­nüş baş ve­rə bi­lər.

Ən baş­lı­ca­sı, pre­zi­dent Ber­di­mə­həm­mə­do­vun Ba­kı­ya gə­li­şi Azər­bay­can­la Türk­mə­nis­tan ara­sın­da 25 il­dir da­vam edən fi­kir ay­rı­lı­ğı­nın ara­dan qalx­ma­sı­na yax­şı im­kan ya­ra­dır. Söh­bət, ilk növ­bə­də, iki öl­kə ara­sın­da "Kə­pəz" (Türk­mə­nis­tan ona "Sər­dar" adı­nı ve­rib) neft ya­ta­ğı ilə bağ­lı mü­ba­hi­sə­nin ara­dan qalx­ma­sın­dan ge­dir. Azər­bay­can kom­pro­mis va­ri­ant ki­mi "Kə­pəz"in bir­gə iş­lən­mə­si­ni tək­lif et­sə də, rəs­mi Aş­qa­bad bu­na ra­zı ol­ma­yıb və hə­min ya­ta­ğın Türk­mə­nis­tan əra­zi­si­nə düş­dü­yü­nü id­dia edib. Hal­bu­ki, "Kə­pəz" ya­ta­ğı 1988-ci il­də Azər­bay­can neft­çi-geo­loq­la­rı tə­rə­fin­dən kəşf edi­lib. BMT Ni­zam­na­mə­si­nin 38-ci mad­də­si­nə və Bey­nəl­xalq Də­niz Kon­ven­si­ya­sı­na gö­rə, də­niz­də­ki ya­taq­lar onu kəşf edən döv­lə­tə məx­sus­dur. Bu ba­xım­dan 80 mil­yon ton neft və 32 mil­yard kub­metr tə­bii qaz eh­ti­ya­tı­na ma­lik "Kə­pəz" ya­ta­ğı ilə bağ­lı an­laş­ma­nın əl­də olun­ma­sı çox va­cib­dir.

Q.Ber­di­mə­həm­mə­do­vun Azər­bay­ca­na sə­fə­ri Türk­mə­nis­ta­nın möv­qe­yin­də də­yi­şik­lik ki­mi qiy­mət­lən­di­ri­lir. Hət­ta Ba­kı­da­kı da­nı­şıq­lar­dan son­ra Türk­mə­nis­tan qa­zı­nın Xə­zər də­ni­zi­nin di­bi ilə Azər­bay­can üzə­rin­dən Av­ro­pa­ya nəq­li­nin müm­kün ola­ca­ğı haq­da proq­noz­lar səs­lə­nir.

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, Türk­mə­nis­tan pre­zi­den­ti­nin sə­fə­rin­dən son­ra Xə­zər­də mü­ba­hi­sə­li Kə­pəz ya­ta­ğı­nın ta­le­yi ay­dın­la­şa­caq­mı?

Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən po­li­to­loq Mə­həm­məd Əsə­dul­la­za­də­nin söz­lə­ri­nə gö­rə, Türk­mə­nis­tan pre­zi­den­ti­nin öl­kə­mi­zə sə­fə­ri iki öl­kə ara­sın­da prob­lem­lə­rin həl­lin­də və gə­lə­cək əmək­daş­lıq ba­xı­mın­dan mü­hüm əhə­miy­yət kəsb edir: "Xə­zə­rin hü­qu­qi sta­tu­su və bun­dan qay­naq­la­nan "Kə­pəz" ya­ta­ğı üzə­rin­də Ba­kı və Aş­qa­bad ara­sın­da so­yuq si­ya­si mü­na­si­bət­lər da­vam edir­di. İki öl­kə ara­sın­da ti­ca­ri və iq­ti­sa­di əmə­kaş­lıq­da bö­yük po­ten­si­al ol­ma­sı­na bax­ma­ya­raq, rəs­mi Aş­qa­bad mə­lum prob­lem­lə­rə gö­rə Ba­kı ilə əmək­daş­lıq­da ma­raq­lı de­yil­di. Azər­bay­ca­nın TAP və TA­NAP la­yi­hə­lə­ri­nin ger­çək­ləş­mə­si Türk­mə­nis­ta­nın da diq­qə­ti­ni çək­mə­yə bil­məz­di. Çün­ki türk­mən qa­zı­nın alı­cı­sı olan Ru­si­ya­nın "Qaz­prom" şir­kə­ti ABŞ-ın sank­si­ya­la­rın­dan cid­di şə­kil­də zə­rər gö­rür. Bun­dan əla­və, Qərb Ru­si­ya va­si­tə­si­lə nəql olu­nan qaz və nef­tin alın­ma­sın­da ma­raq­lı de­yil. Də­yi­şən ener­ji coğ­ra­fi­ya­sı, Qər­bin Ru­si­ya­ya qar­şı tət­biq et­di­yi sank­si­ya­lar Türk­mə­nis­ta­nın Azər­bay­can­la əmək­daş­lıq et­mə­si­ni şərt­lən­di­rir. Türk­mə­nis­tan pre­zi­den­ti öz çı­xı­şın­da şa­xə­lən­di­ril­miş ener­ji si­ya­sə­ti­ni vur­ğu­la­maq­la, Xə­zə­rin di­bi ilə "Trans­xə­zər" bo­ru kə­mə­ri­nin çə­kil­mə­sin­də və öz qa­zı­nın TAP va­si­tə­si­lə Qər­bə ix­ra­cın­da ma­raq­lı ol­du­ğu­nu qeyd et­di.  Eko­lo­ji prob­le­mi önə çə­kən Ru­si­ya Xə­zə­rin di­bi ilə bo­ru kə­mə­ri­nin çə­kil­mə­si­nə hər vəch­lə ma­ne olur. "Trans­xə­zər" bo­ru kə­mə­ri­nin çə­kil­mə­si­nə ma­ne olan Ru­si­ya­nın ney­tral­laş­dı­rıl­ma­sı, Tür­ki­yə-Azər­bay­can və Türk­mə­nis­ta­nın or­taq müt­tə­fiq­li­yi və ABŞ-ın dəs­tə­yi ilə ger­çək­lə­şə bi­lər. Eko­lo­ji prob­le­mi önə çə­kən Ru­si­ya isə özü Qa­ra də­ni­zin di­bi ilə "Türk axı­nı" bo­ru kə­mə­ri­ni çə­kir. Rəs­mi Kreml Mər­kə­zi Asi­ya­nın neft və qaz ix­ra­cı­nı nə­za­rə­tə gö­tür­mə­yə ça­lı­şır. Bu­nun­la Mər­kə­zi Asi­ya­nı öz nə­za­rə­tin­də sax­la­ma­ğa ça­lı­şır.

Türk­mə­nis­tan Azər­bay­can­la əmək­daş­lıq­da ma­raq­lı olar­sa, "Kə­pəz" ya­ta­ğı­nın bir­gə iş­lən­mə­si­nə ra­zı­lıq ve­rər­sə, Qər­bin dəs­tə­yi­ni ala­caq və TAP-a qo­şul­maq­la, Ru­si­ya­nın in­hi­sa­rın­dan çıx­maq­la öz ener­ji si­ya­sə­tin­də müs­tə­qil ola bi­lər. Türk­mə­nis­tan pre­zi­den­ti, gö­rün­dü­yü ki­mi, re­gi­on­da də­yi­şən ener­ji si­ya­sə­ti­nin fər­qin­də­dir və Azər­bay­can­la əmək­daş­lıq­da ar­tıq öz se­çi­mi­ni edib. İki öl­kə pre­zi­dent­lə­ri im­za­la­dıq­la­rı sə­nəd­lər­lə ye­ni əmək­daş­lı­ğın və stra­te­ji tə­rəf­daş­lı­ğın bü­növ­rə­si­ni qoy­du. Qeyd edim ki, bun­dan son­ra Xə­zə­rin sta­tu­su və "Kə­pəz" ya­ta­ğı ət­ra­fın­da mü­ba­hi­sə­lər də həll edi­lə­cək. Çün­ki bu mə­sə­lə­lər­də or­taq məx­rə­cə gə­li­nib ki, stra­te­ji əmək­daş­lıq for­ma­tı­nın əsa­sı qo­yul­du. Ar­tıq Azər­bay­can və Türk­mə­nis­tan si­ya­sə­tin­də ye­ni sə­hi­fə açı­lır. Son­da qeyd edək ki, Türk­mə­nis­ta­nın Azər­bay­can­la əla­qə­lə­ri­nin bər­pa olun­ma­sın­da Tür­ki­yə­nin mü­hüm ro­lu ol­du. İran in­di­yə ki­mi cid­di şə­kil­də Türk­mə­nis­ta­na təz­yiq edə­rək, Azər­bay­can­la əmək­daş­lı­ğa im­kan ver­mir­di. Xə­zə­rin sta­tu­sun­da İran və Türk­mə­nis­tan Azər­bay­can­la ra­zı­laş­mır­dı. Bun­dan son­ra İran öz id­dia­sın­da tək­lən­di".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər