20/09/2017 06:00
728 x 90

Er­mə­nis­tan qeyd-şərt­siz da­nı­şıq­la­ra qay­ta­rıl­dı­sa, subs­tan­tiv da­nı­şıq­la­ra da məc­bur edi­lə­cək...

"Baş­qa şərt­lə­ri isə Azər­bay­can qə­bul et­mə­yə­cək"

img

Və­fa Hey­dər­li: "Bu ba­xım­dan da on­la­rın subs­tan­tiv da­nı­şıq­lar şər­ti­ni qə­bul edə­cə­yi re­al gö­rü­nür"

 

Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin bir ne­çə gün əv­vəl Brüs­sel­də ke­çi­ri­lən gö­rü­şün­dən cid­di göz­lən­ti yox idi. Çün­ki gö­rüş ön­cə­si Er­mə­nis­ta­nın cəb­hə xət­tin­də tö­rət­di­yi təx­ri­bat­lar və Azər­bay­can və­tən­daş­la­rı­nı hə­də­fə al­ma­sı sü­bu­ta ye­tir­di ki, düş­mən öl­kə, nə­yin ba­ha­sı­na olur­sa-ol­sun, da­nı­şıq­lar pro­se­si­nin bər­pa olun­ma­sı­na ma­ne ol­maq is­tə­yir.

An­caq xa­ri­ci iş­lər na­zir­lə­ri sə­viy­yə­sin­də da­nı­şıq­lar baş tut­du və hə­min gö­rüş­də pre­zi­dent­lə­rin gö­rü­şü ba­rə­də ra­zı­lıq əl­də edil­di.

Azər­bay­can Pre­zi­den­ti də­fə­lər­lə bə­yan edib ki, öl­kə­miz da­nı­şıq­lar xət­ri­nə da­nı­şıq­lar apar­ma­ya­caq, ar­tıq iş kon­kret sə­nəd­lər üzə­rin­də apa­rıl­ma­lı­dır. Bu as­pekt­dən Azər­bay­ca­nın möv­qe­yi or­ta­da­dır. ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri sülh pro­se­si­nin da­vam et­di­ril­mə­si üçün Er­mə­nis­ta­nın da­nı­şıq­la­rın ge­di­şin­də bey­nəl­xalq hü­quq prin­sip­lə­ri­nə uy­ğun dav­ran­ma­sı­na na­il ol­maq yö­nün­də üzə­ri­nə dü­şən mis­si­ya­nı ye­ri­nə ye­tir­mə­yi ba­car­sa, o za­man da­nı­şıq­lar­dan hər han­sı irə­li­lə­yiş göz­lə­mək olar. Əks təq­dir­də, Er­mə­nis­tan Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri ilə qar­şı-qar­şı­ya qal­ma­lı ola­caq. Pre­zi­dent İl­ham Əli­yev Er­mə­nis­ta­nın da­nı­şıq­lar pro­se­si­nə qa­yıt­ma­sı­na ma­raq­lı re­ak­si­ya ve­rib. Öl­kə baş­çı­sı de­yib ki, Azər­bay­can ap­rel dö­yüş­lə­rin­dən son­ra Er­mə­nis­ta­nın da­nı­şıq­lar pro­se­si­nə qa­yıt­maq­la bağ­lı irə­li sür­dü­yü heç bir şər­ti qə­bul et­mə­di. Ha­zır­kı mər­hə­lə­də subs­tan­tiv da­nı­şıq­la­ra baş­la­maq im­kan­la­rı nə də­rə­cə­də re­al­dır?

Po­li­to­loq Və­fa Hey­dər­li qə­ze­ti­mi­zə bil­dir­di ki, Azər­bay­can tə­rə­fi sülh pro­se­si­nə yal­nız subs­tan­tiv da­nı­şıq­la­rın bər­pa­sı niy­yə­ti­lə qo­şu­la bi­lər: "Çün­ki də­fə­lər­lə Pre­zi­dent də bil­di­rib ki, bi­zə for­mal xa­rak­ter­li da­nı­şıq­lar la­zım de­yil. Er­mə­ni­lər baş­qa çı­xış yol­la­rı ol­ma­dı­ğı sə­bə­bin­dən pro­se­sə qa­yı­dıb. An­caq ar­tıq ma­nevr im­kan­la­rı da yox­dur ki, qey­ri-kons­truk­tiv­lik or­ta­ya qoy­sun­lar. Azər­bay­can tə­rə­fi­nin irə­li sür­dü­yü subs­tan­tiv da­nı­şıq­lar şər­tin­dən Er­mə­nis­ta­nın ya­yın­maq cəh­di bəl­li­dir. Er­mə­nis­tan tə­rə­fi­nin subs­tan­tiv da­nı­şıq­lar ifa­də­sin­dən xü­su­si qor­xu­su var. ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri və BMT baş ka­ti­bi də­fə­lər­lə mü­na­qi­şə­nin həl­li üçün tə­rəf­lə­ri subs­tan­tiv da­nı­şıq­la­ra ça­ğır­sa­lar da, Er­mə­nis­tan XİN rəh­bə­ri hər də­fə bu ifa­də­dən ya­yın­ma­ğa ça­lı­şır. Çün­ki subs­tan­tiv da­nı­şıq­lar həm­sədr­lə­rin qey­ri-məq­bul he­sab et­dik­lə­ri "sta­tus-kvo"nun də­yiş­di­ril­mə­si­ni, yə­ni iş­ğal olun­muş Azər­bay­can əra­zi­lə­rin­dən Er­mə­nis­tan qo­şun­la­rı­nın çı­xa­rıl­ma­sı da­xil ol­maq­la, komp­leks təd­bir­lə­ri eh­ti­va edir.

Er­mə­nis­tan tə­rə­fi­nin gə­lə­cək­də da­nı­şıq­lar ma­sa­sın­da olan sə­nəd üz­rə subs­tan­tiv da­nı­şıq­lar­da kons­truk­tiv iş­ti­rak et­mə­si mü­na­qi­şə­nin həl­li­nə və re­gi­on­da da­vam­lı sül­hün tə­min olun­ma­sı­na xid­mət edə bi­lər. Baş­qa şərt­lə­ri isə Azər­bay­can qə­bul et­mə­yə­cək. Bu ba­xım­dan da on­la­rın subs­tan­tiv da­nı­şıq­lar şər­ti­ni qə­bul edə­cə­yi re­al gö­rü­nür. Əks təq­dir­də da­nı­şıq­lar pro­se­si ye­ni­dən da­la­na di­rə­nə bi­lər".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər