21/07/2017 22:42
728 x 90

Er­mə­ni əs­gə­rin dos­tu­na bir mək­tu­bu bü­tün Er­mə­nis­tan or­du­sun­da­kı ov­qa­tı ifa­də edir...

"Er­mə­nis­tan or­du­su­na nif­rə­ti ca­nın­da gəz­di­rə-gəz­di­rə qul­luq edən­lər az de­yil"

img

Daş­də­mir Əli­yev: "Biz bi­li­rik ki, mək­tub­da qeyd edi­lən fi­kir­lər Er­mə­nis­tan or­du­sun­da olan ək­sə­riy­yə­tin fik­ri­dir"

 

Er­mə­ni or­du­su­nun müd­dət­li hər­bi qul­luq­çu­su­nun Gür­cüs­tan­da ta­nış ol­du­ğu dos­tu­na - Azər­bay­can əs­gə­ri­nə ün­van­lan­mış mək­tu­bu ya­yı­lıb:

"Mə­ni or­du­ya ça­ğır­dı­lar və iki il mən­də nif­rət oya­dan yer­də ola­ca­ğam. Biz öl­kə­lə­ri­mi­zin mü­na­qi­şə­si haq­qın­da çox da­nı­şır­dıq və sən­də bü­tün bun­la­ra mə­nim ba­xış­la­rım haq­da ümu­mi fi­kir var. Be­lə­lik­lə, sə­nə ya­zı­ram ki, xa­tır­la­ya­san. Bir çox mil­lət­çi­lə­rin, na­sist­lə­rin, psev­do­pat­ri­ot­la­rın və baş­qa­la­rı­nın içə­ri­sin­də, həm­çi­nin, mən də xid­mət edi­rəm. Və sən er­mə­ni mil­lə­ti (do­la­şıq ya­zı­lıb - red.) və er­mə­ni or­du­su haq­qın­da nə eşit­sən də, bil ki, mən də ora­da­yam. Bö­yük nif­rət­lə və se­çim haq­qı əlin­dən alın­mış və­ziy­yət­də".

Hərb­çi qeyd edib ki, ona təs­kin­lik ve­rən ye­ga­nə mə­qam odur ki, iki il­dən son­ra azad ola­caq və on­da üzə­rin­də "boy­nu­na do­lan­mış heç bir borc" qal­ma­ya­caq.

"Uğur­lar sə­nə, qar­daş və bil - bi­zim ki­mi­lə­ri az de­yil!" - de­yə er­mə­ni əs­gə­ri azər­bay­can­lı­ya yaz­dı­ğı mü­ra­ciə­ti­ni ta­mam­la­yıb.

Bu mək­tub Er­mə­nis­tan or­du­sun­da olan ək­sə­riy­yə­tin rə­yi ki­mi qə­bul edi­lə bi­lər­mi?

Eks­pert Daş­də­mir Əli­ye­vin söz­lə­ri­nə gö­rə, mək­tub­la me­dia va­si­tə­si­lə ta­nış olub: "Tə­bii ki, bu, Er­mə­nis­tan or­du­sun­da olan re­al və­ziy­yə­tin gös­tə­ri­ci­si sa­yı­la bi­lər. Çün­ki açıq­la­nan sta­tis­ti­ka­dan da gö­rü­nür ki, Er­mə­nis­tan or­du­sun­da fə­ra­ri­lik, öz­ba­şı­na­lıq baş alıb ge­dir. Er­mə­ni ana­la­rı öv­lad­la­rı­nın or­du­da öl­dü­rül­mə­si və Er­mə­nis­tan­dan kə­nar­da hər­bi qul­luq et­mə­si­nə eti­raz edir. Bu­nun­la bağ­lı bir ne­çə də­fə ak­si­ya ke­çi­rib­lər. Azər­bay­can Or­du­sun­da fə­ra­ri­lik sı­fır sə­viy­yə­sin­də ol­du­ğu hal­da, Er­mə­nis­tan­da bu rə­qəm gü­nü-gün­dən ar­tır. He­sab edi­rəm ki, Er­mə­nis­tan or­du­sun­da mək­tub mü­əl­li­fi olan gənc­lə həm­fi­kir olan­la­rın sa­yı həd­dən ar­tıq çox­dur.  Sa­də­cə on­lar bu­nu eti­raf edə bil­mir. Mək­tub­da çox doğ­ru ola­raq qeyd olu­nur ki, hə­min adam­la­rın se­çim hü­quq­la­rı tam əlin­dən alı­nıb. An­caq bu fi­kir­də olan və Er­mə­nis­tan­da hər­bi qul­luq­da olan­la­rı da ba­şa dü­şü­rük ki, al­ter­na­tiv se­çim­lə­ri yox­dur. Çün­ki or­du­da qul­luq et­mək və­tən­daş­lıq bor­cu­dur. Bun­dan fə­ra­ri­lik edib ya­yı­nan­lar da olur. Er­mə­nis­tan or­du­su­na nif­rə­ti ca­nın­da gəz­di­rə-gəz­di­rə qul­luq edən­lər də var. İs­tə­ni­lən hal­da, biz bi­li­rik ki, mək­tub­da qeyd edi­lən fi­kir­lər Er­mə­nis­tan or­du­sun­da olan ək­sə­riy­yə­tin fik­ri­dir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər