21/07/2017 22:34
728 x 90

Fran­sa­nın Er­mə­nis­tan­da­kı sə­fi­ri­nin pre­zi­dent­lə­rə et­di­yi ça­ğı­rış büs­bü­tün Sar­kis­ya­na aid edil­di...

"Sa­də­cə, fran­sa­lı dip­lo­mat öl­kə­si­nin ney­tra­li­te­ti­ni qo­ru­maq üçün hər iki tə­rə­fi ak­tiv­li­yə səs­lə­yib"

img

Ye­ga­nə Ha­cı­ye­va: "Əs­lin­də, mü­ra­ciə­tin ün­van­lan­dı­ğı nöq­tə Er­mə­nis­tan­dır"

 

Fran­sa Azər­bay­can və Er­mə­nis­tan ara­sın­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı ilə bağ­lı bir­ba­şa dia­lo­qun tə­rəf­da­rı­dır. Er­mə­nis­tan KİV-i xə­bər ve­rir ki, bu ba­rə­də Fran­sa­nın Er­mə­nis­tan­da­kı sə­fi­ri Jan-Fran­sua Şar­pan­tye Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin iyu­lun 11-də Brüs­sel­də ke­çi­ri­lən gö­rü­şü­nü şərh edər­kən bil­di­rib:

"Bu ba­xım­dan na­zir­lə­rin gö­rü­şü­nün baş tut­ma­sı­na gö­rə yal­nız məm­nun­lu­ğu­mu­zu bil­di­rə bi­lə­rik. Mə­sə­lə­nin hər­bi yol­la həl­li yox­dur. Da­nı­şıq­lar apar­maq, mü­nə­təzm gö­rüş­lər ke­çir­mək la­zım­dır".

Onun söz­lə­ri­nə gö­rə, xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü müs­bət irə­li­lə­yi­şə gə­ti­rib çı­xa­ra, öl­kə pre­zi­dent­lə­ri­nin gö­rü­şü­nün əsa­sı­nı qo­ya bi­lər.

Fran­sız dip­lo­ma­tın tə­rəf­lə­ri da­nı­şıq­la­ra ça­ğır­ma­sı­nın sırf  Er­mə­nis­ta­na ai­diy­yə­ti var. Çün­ki Azər­bay­can Pre­zi­den­ti heç vaxt sülh da­nı­şıq­la­rın­dan ya­yın­ma­yıb. Sə­fi­rin mü­ra­ciə­ti­nin Er­mə­nis­ta­nın möv­qe­yi­nə nə ki­mi tə­si­ri ola­caq?

Po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va­nın söz­lə­ri­nə gö­rə, fran­sa­lı  sə­fi­rin be­lə bir mü­ra­ci­ət­lə çı­xış et­mə­si doğ­ru­dan da ma­raq­lı gö­rü­nür: "Er­mə­nis­tan çı­xıl­maz və­ziy­yət­də qal­dı­ğı üçün da­nı­şıq­lar pro­se­si­nə qa­yı­dıb. Bu ay­dın­dır. An­caq bu­nu müx­tə­lif va­si­tə­lər­lə ört-bas­dır et­mək is­tə­yir. Er­mə­nis­tan bi­lir ki, kons­truk­tiv möv­qe­yə qa­yıt­maq­dan baş­qa ça­rə­si qal­ma­yıb. An­caq bu­nun Azər­bay­ca­na qə­ti ai­diy­yə­ti yox­dur. Fran­sa ATƏT-in Minsk Qru­pu­nun həm­səd­ri olan öl­kə­dir. On­lar ki­min da­nı­şıq­lar pro­se­sin­də qey­ri-kons­truk­tiv ol­du­ğu­nu gö­zəl bi­lir. Xa­ri­ci iş­lər na­zir­lə­ri­nin son gö­rü­şün­dən son­ra Er­mə­nis­ta­nın da­nı­şıq­la­ra qa­yıt­ma­sı on­la­ra be­lə bir bə­ya­na­tın ve­ril­mə­si zə­ru­rə­ti­ni ya­ra­dıb. He­sab edi­rəm ki, Er­mə­nis­tan be­lə ça­ğı­rış­la­rı nə­zə­rə al­maq zo­run­da­dır. Çün­ki ha­di­sə­lə­rin ge­di­şi bir da­ha sü­but et­di ki, on­la­rın baş­qa yo­lu qal­ma­yıb. Bu ba­xım­dan da he­sab edi­rəm ki, fran­sa­lı dip­lo­ma­tın ça­ğı­rı­şı da tə­sa­dü­fən mey­da­na çıx­ma­yıb. Sa­də­cə, fran­sa­lı dip­lo­mat öl­kə­si­nin ney­tra­li­te­ti­ni qo­ru­maq üçün hər iki tə­rə­fi ak­tiv­li­yə səs­lə­yib. Əs­lin­də, mü­ra­ciə­tin ün­van­lan­dı­ğı nöq­tə Er­mə­nis­tan­dır".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər