21/11/2017 21:17
728 x 90

Er­mə­nis­tan­da "Azər­bay­can­la da­nı­şıq­la­rı son­su­za­dək uzat­maq müm­kün­süz­dür" ça­ğı­rış­la­rı ar­tır

Əv­vəl­cə Pre­zi­dent Əli­yev, son­ra mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­nov...

img

Azər­bay­can Er­mə­nis­tan­la Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni da­nı­şıq­lar yo­lu ilə çöz­mək is­tə­sə də, qar­şı tə­rəf hə­lə də ona ve­ri­lən şan­sı ye­tə­rin­cə də­yər­lən­di­rə bil­mir. Rəs­mi İrə­van hə­lə də kons­truk­tiv möv­qe sər­gi­lə­yə­rək, iş­ğal al­tın­da­kı əra­zi­lər­dən si­lah­lı qüv­və­lə­ri­ni çı­xar­ma­ğa tə­ləs­mir. Tə­bii ki, Azər­bay­can bu və­ziy­yət­lə uzun müd­dət ba­rış­maq niy­yə­tin­də de­yil və mü­na­qi­şə­nin hərb müs­tə­vi­sin­də çö­zü­mü­nü də heç vaxt is­tis­na et­mir. Əs­lin­də, bu du­rum­da Er­mə­nis­tan rəh­bər­li­yi­nin Azər­bay­can­la da­nı­şıq­la­ra get­mə­si­nin və ra­zı­lıq əl­də et­mə­si­nin mü­hüm əhə­miy­yət kəsb et­di­yi­ni dərk edən er­mə­ni­lər də var.

İn­di­ki və­ziy­yət­lə bağ­lı "Ay­ka­kan Ja­ma­nak" qə­ze­ti ya­zır ki, Azər­bay­can­la da­nı­şıq­lar pro­se­si­ni son­su­za qə­dər uzat­maq müm­kün­süz­dür və Er­mə­nis­tan rəh­bər­li­yi­nin da­nı­şıq­lar sto­lu ar­xa­sın­da ra­zı­lıq əl­də et­mə­si öl­kə üçün da­ha məq­bul­dur. Qə­zet əks hal­da ge­niş­miq­yas­lı mü­ha­ri­bə­nin baş­la­ya­ca­ğı­nı və bu­nun Er­mə­nis­tan üçün o qə­dər də yax­şı nə­ti­cə­lən­mə­yə­cə­yi­ni də xü­su­si ola­raq vur­ğu­la­yır. Əs­lin­də,

Azər­bay­can mü­da­fiə na­zi­ri, ge­ne­ral-pol­kov­nik Za­kir Hə­sə­nov Ru­si­ya­nın RİA "No­vos­ti" agent­li­yi­nə mü­sa­hi­bə­sin­də Er­mə­nis­ta­na bu xü­sus­da növ­bə­ti sərt me­saj da ün­van­la­yıb. Qeyd edək ki, Er­mə­nis­tan­da ha­zır­da ak­tiv mü­za­ki­rə möv­zu­la­rın­dan bi­ri məhz azər­bay­can­lı na­zi­rin mü­sa­hi­bə­sin­də səs­lən­dir­di­yi fi­kir­lər­dir. Na­zir xü­su­si ola­raq diq­qə­tə çat­dı­rır ki, iq­ti­sa­di, de­moq­ra­fik və hər­bi po­ten­sia­lı­na gö­rə Er­mə­nis­tan Azər­bay­can­la bəh­sə gi­rə bil­məz: "Azər­bay­can is­tər iq­ti­sa­di, is­tər de­moq­ra­fik, is­tər­sə də hər­bi cə­hət­dən hər il güc­lə­nir. Bax­ma­ya­raq ki, ha­zır­da bü­tün dün­ya­da böh­ran ya­şa­nır və bu böh­ran biz­dən də yan keç­mə­yib, la­kin o bi­zə cid­di zə­rər vur­ma­dı. Ən azın­dan mə­ni, bir mü­da­fiə na­zi­ri ki­mi, or­du­nun ma­liy­yə­ləş­di­ril­mə­si ma­raq­lan­dı­rır ki, o da ke­çən il ar­tıb. Bu il 17-20 fa­iz rə­qə­mi səs­lən­di­ri­lib. Odur ki, Pre­zi­dent, Ali Baş Ko­man­dan baş­da ol­maq­la, Azər­bay­can rəh­bər­li­yi or­du­nun güc­lən­mə­si­nə, onun ən ye­ni si­lah­lar­la təc­hiz edil­mə­si­nə bö­yük diq­qət ye­ti­rir". Ay­dın­dır ki, or­du­nun güc­lən­mə­si fo­nun­da Qa­ra­bağ mə­sə­lə­si­nin hərb yo­lu ilə həl­li eh­ti­ma­lı da ar­tır. Mə­sə­lə­nin bu tə­rə­fi­nə to­xu­nan Za­kir Hə­sə­nov bil­di­rir: "Bi­zim öl­kə mə­sə­lə­nin sülh yo­lu ilə həl­li­nin tə­rəf­da­rı­dır. La­kin bu o de­mək de­yil ki, da­nı­şıq­lar son­suz ol­ma­lı­dır, on­lar on­suz da həd­dən ar­tıq uza­nıb. Da­nı­şıq­lar xa­ti­ri­nə da­nı­şıq­lar heç ki­mə la­zım de­yil. Bir ət­ra­fa ba­xın. Bey­nəl­xalq qa­nun­lar ar­tıq iş­lə­mir, ha­mı gü­cə is­ti­nad edir. Tə­bii ki, biz bu­na re­ak­si­ya ver­mə­li­yik". Da­ha bir ma­raq­lı mə­qam isə Er­mə­nis­tan­da "İs­gən­dər" ra­ket komp­leks­lə­ri­nin yer­ləş­di­ril­mə­si ilə bağ­lı­dır. Azər­bay­can mü­da­fiə na­zi­ri­nin açıq­la­ma­la­rın­dan be­lə bəl­li olur ki, ma­lik ol­du­ğu­muz si­lah­lar fo­nun­da bu ra­ket­lər Azər­bay­can üçün han­sı­sa cid­di təh­did ya­rat­mır. Yə­ni Er­mə­nis­tan hə­min ra­ket­lər­dən is­ti­fa­də edə­cə­yi təq­dir­də on­lar asan­lıq­la ney­tral­laş­dı­rı­la bi­lər: "Mü­da­fiə na­zi­ri ola­raq bil­di­ri­rəm ki, sə­rən­ca­mı­mız­da hə­min ra­ket­lə­ri vu­ra bi­lə­cək sis­tem­lər var. Biz­də olan ra­ket­lər say­ca düş­mən ra­ket­lə­rin­dən 50 də­fə çox­dur. De­di­yim söz­lə­rə gö­rə tam mə­su­liy­yət da­şı­yı­ram. Əgər on­lar bu ra­ket­lə­ri tət­biq et­mək fik­ri­nə düş­sə­lər, Er­mə­nis­ta­nın in­fras­truk­tu­ru­na və hər­bi ob­yekt­lə­ri­nə en­di­ri­lə­cək ca­vab zər­bə­si­nin ne­cə ola­ca­ğı­nı tə­səv­vür edin! Dün­ya­da qo­şun­la­rın tət­biq edil­mə­si tak­ti­ka­sı­nın bir ne­çə nö­vü var. Bə­li, "İs­gən­dər" yax­şı ra­ket­dir. La­kin bir sı­ra su­al or­ta­ya çı­xır, bu o ra­ket­lə­rin han­sı nö­vü­dür, tex­ni­ki və­ziy­yə­ti ne­cə­dir, hə­min ra­ket­lə­ri kim ida­rə edir və nə­ha­yət ən əsa­sı - onu tət­biq et­mək iq­ti­da­rın­da ola­caq­lar­mı? Hərb­çi ki­mi biz hər za­man ən pis va­ri­an­tı nə­zər­dən ke­çi­ri­rik və ona ha­zı­rıq. Biz ar­tıq və­ziy­yə­ti mo­del­ləş­dir­mi­şik və dö­yüş atış­la­rı da ke­çir­mi­şik. Nə­ti­cə əla­dır! Bu gün biz əmin­lik­lə de­yə bi­lə­rik ki, ya­şa­yış mən­tə­qə­lə­ri­mi­zi və hər­bi ob­yekt­lə­ri­mi­zi ha­va­dan en­di­ri­lən ra­ket hü­cu­mun­dan qo­ru­ya bi­lə­rik".

Be­lə­lik­lə, na­zi­rin açıq­la­ma­la­rın­dan bəl­li olur ki, bu gün Er­mə­nis­ta­nın ma­lik ol­du­ğu ən güc­lü si­lah sa­yı­lan "İs­gən­dər" ra­ket­lə­ri be­lə Azər­bay­can üçün han­sı­sa cid­di təh­did ya­rat­mır. Çün­ki Azər­bay­can bu ra­ket­lə­ri məhv edə bi­lə­cək mü­da­fiə tex­no­lo­gi­ya­sı­na ma­lik­dir. Düz­dür, o da xü­su­si ma­raq do­ğu­rur ki, Azər­bay­can "İs­gən­dər"lə­ri han­sı si­lah­lar­la vu­ra bi­lər? Mə­sə­lə ilə bağ­lı Ru­si­ya­nın "len­ta.ru" say­tı hə­qi­qə­tən də Azər­bay­ca­nın si­lah ar­se­na­lın­da "İs­gən­dər"i məhv edə­cək ra­ket sis­te­mi­nin ol­du­ğu­nu ya­zıb: "Mi­sal üçün, bu ra­ket­lə­rin qar­şı­sı­nı kə­sə bi­lə­cək sis­tem­lər­dən bi­ri "Fa­vo­rit" S-300PMU-2 var. Bu sis­tem Ru­si­ya is­teh­sa­lı­dır və Azər­bay­can or­du­su­nun ar­se­na­lın­da var". Bu­nun­la ya­na­şı, sayt Azər­bay­ca­nın İs­ra­il­dən al­dı­ğı or­ta mən­zil­li "Ba­rak 8" ra­ket sis­te­mi­nin də "İs­cən­dər"in qar­şı­sı­nı ala bi­lə­cə­yi­ni qeyd edir.

Mə­lu­mat üçün bil­di­rək ki, "Fa­vo­rit" S-300PMU-2 ra­ket­lə­ri 27 ki­lo­metr hün­dür­lü­yə qə­dər, 200 ki­lo­metr uzaq­lıq­da yer­lə­şən hə­dəf­lə­ri vur­ma­ğa qa­dir­dir. O, ey­ni an­da 36 hə­də­fə 3 sa­ni­yə ər­zin­də atəş aça bi­lər. Sis­tem mo­bil im­kan­la­ra ma­lik ol­du­ğun­dan ope­ra­tiv yer­də­yiş­mə hə­ya­ta ke­çi­rir və 5 də­qi­qə ər­zin­də dö­yüş və­ziy­yə­ti­nə gə­ti­ri­lir. Qur­ğu 300 ki­lo­metr ra­di­us­da ey­ni an­da 300-ə qə­dər hə­də­fi aş­kar edə, si­lah qur­ğu­la­rı­nın yer­ləş­di­yi di­vi­zi­on­la ko­man­da mən­tə­qə­si ara­sın­da 90 ki­lo­metr mə­sa­fə­yə­dək əla­qə ya­ra­da­raq hə­dəf­lə­ri vu­ra bi­lir. Sis­tem özü av­to­ma­tik ola­raq hə­dəf­lə­ri mü­əy­yən edir və atəş açır. Hə­dəf­lə­rin vu­rul­ma eh­ti­ma­lı 100-də 99-dur.

"Fa­vo­rit" S-300PMU-2 ze­nit ra­ket sis­te­mi ra­dio­lo­ka­tor­lu ax­ta­rış sis­te­mi­nə ma­lik ida­rə­et­mə mər­kə­zin­dən, 6 ze­nit ra­ket komp­lek­sin­dən iba­rət­dir. İda­rə­et­mə mər­kə­zi hə­dəf­lə­rin ze­nit ra­ket komp­leks­lə­ri ara­sın­da av­to­ma­tik bö­lüş­dü­rül­mə­si­nə xid­mət edir. İri sə­na­ye, hər­bi və in­zi­ba­ti ob­yekt­lə­rin ha­va-kos­mik zər­bə­lə­rin­dən mü­da­fiə­si üçün tət­biq olu­nur. Bal­lis­tik və ae­ro­di­na­mik hə­dəf­lə­ri vur­maq im­ka­nın­da­dır. Əv­vəl­cə­dən ko­or­di­nat­la­rı mə­lum olan yer üzə­rin­də­ki ob­yekt­lə­ri məhv et­mək im­ka­nı­na ma­lik­dir. Azər­bay­can 2010-cu il­də Ru­si­ya­dan 2 di­vi­zi­on "Fa­vo­rit" S-300PMU-2 komp­lek­si­ni alıb. Bu ra­ket­lər ilk də­fə 2011-ci il iyu­nun 26-da Ba­kı­da ke­çi­ri­lən hər­bi pa­rad­da nü­ma­yiş olu­nub.

İn­di hə­min ra­ket­lər Azər­bay­ca­nın ha­va­dan is­tə­ni­lən hü­cum­dan eti­ba­rıl mü­da­fiə­si­ni təş­kil edir. Ey­ni za­man­da bu­ra İs­ra­il­dən alı­nan ra­ket­lər, o cüm­lə­dən ba­rə­sin­də yu­xa­rı­da bəhs edi­lən "Ba­rak 8" ra­ket sis­te­mi də da­xil­dir. Bu komp­leks­lə­ri İs­rai­lin "Ra­fa­el" və İAİ hər­bi-sə­na­ye şir­kət­lə­ri bir­gə is­teh­sal edir. "Ba­rak-8"in iki ver­si­ya­sı - də­niz və qu­ru ver­si­ya­sı möv­cud­dur. Bu­ra­xı­lış qur­ğu­su 8 ra­ket, nəq­liy­yat-bu­ra­xı­lış kon­tey­ne­ri, elə­cə də  ra­dio­lo­ka­si­ya stan­si­ya­la­rı ilə təc­hiz olu­nub. Bu, dün­ya­da ən mü­kəm­məl ha­va və ra­ket hü­cu­mun­dan mü­da­fiə komp­leks­lə­rin­dən he­sab olu­nur."Ba­rak-8"-in əsas özəl­li­yi onun mü­rək­kəb dö­yüş şə­rai­tin­də 10 ki­lo­metr mə­sa­fə­də bir ne­çə hə­də­fi ey­ni an­da vur­ma­sın­da­dır. Bu hə­dəf­lər səs­dən iti və səs sü­rə­ti­nə ya­xın uçan qa­nad­lı ra­ket­lər, həd­siz aşa­ğı­dan uçan bal­lis­tik və kva­zi­bal­lis­tik ra­ket­lər, ope­ra­tiv-tak­ti­ki ra­ket­lər, təy­ya­rə­lər, ver­tol­yot­lar, ida­rəo­lu­nan bom­ba­lar və di­gər­lə­rin­dən iba­rət ola bi­lər. "Ba­rak-8" komp­leks­lə­ri­nin "İs­gən­dər" ra­ket­lə­ri­ni ney­tral­laş­dır­maq im­ka­nın­da ol­du­ğu­nu hə­min komp­leks­lə­rin gös­tə­ri­ci­lə­ri­ni nə­zə­rə alan hər­bi ana­li­tik­lər əmin­lik­lə qeyd edir. Bü­tün bun­lar hərb müs­tə­vi­sin­də Azər­bay­ca­nın düş­mən üzə­rin­də ki­fa­yət qə­dər üs­tün­lü­yə ma­lik ol­ma­sı­nın re­al təs­di­qi­dir. Bun­dan əla­və, nə­zə­rə al­maq la­zım­dır ki, Azər­bay­can "Buk-MB", or­ta mən­zil­li S-125 "Pe­ço­ra TM-2", "Osa-AKM", "Spi­der", qı­sa mən­zil­li "Kruq", "Stre­la" və di­gər ze­nit ra­ket sis­tem­lə­ri­nə də ma­lik­dir. Yə­ni ha­va hü­cu­mun­dan mü­da­fiə sis­te­mi ki­fa­yət qə­dər ef­fek­tiv şə­kil­də qu­ru­lub. Bu şə­ra­it­də Er­mə­nis­ta­nın Azər­bay­ca­na han­sı­sa for­ma­da zə­rər vu­ra bil­mə­si müm­kün­süz sa­yı­lır.

Kon­kret ola­raq cəb­hə­də və­ziy­yə­tə gə­lin­cə, bu­ra­da da Azər­bay­can düş­mən­dən ki­fa­yət qə­dər üs­tün­dür. Elə ötən ilin ap­re­li və on­dan son­ra baş ve­rən­lər bu­nun re­al təs­di­qi ol­du. Di­gər tə­rəf­dən, Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da Pre­zi­dent İl­ham Əli­yev diq­qə­tə çat­dır­dı ki, or­du­muz zəbt edil­miş əra­zi­lər­də is­tə­ni­lən hə­də­fi tam şə­kil­də məhv edə bi­lər: "Ye­ni si­lah­lar, ən müa­sir tex­ni­ka alı­nır. Özü də biz tex­ni­ka­nı, si­lah­la­rı, ən müa­sir ava­dan­lı­ğı müx­tə­lif öl­kə­lər­dən alı­rıq və on­la­rın bir his­sə­si ar­tıq gə­lir, bir his­sə­si isə gə­lə­cək­dir. Bu bi­zim hər­bi po­ten­sia­lı­mı­zı da­ha da ar­tı­ra­caq. Bu gü­nün özün­də biz iş­ğal edil­miş tor­paq­lar­da is­tə­ni­lən hə­də­fi məhv edə bi­lə­rik. Am­ma biz öz hər­bi po­ten­sia­lı­mı­zı da­ha da güc­lən­dir­mə­li­yik. Bu­na eh­ti­yac var və bu­na bi­zim im­kan­la­rı­mız ça­tır. Yox­sul Er­mə­nis­tan­dan fərq­li ola­raq, biz bü­tün hər­bi tex­ni­ka­nı öz he­sa­bı­mı­za alı­rıq və Azər­bay­can­da da bu tex­ni­ka­nı is­teh­sal edi­rik".

Hər­bi mə­sə­lə­lər üz­rə eks­pert­lər bu açıq­la­ma­nı düş­mən tə­rəf üçün kon­kret xə­bər­dar­lıq ola­raq qiy­mət­lən­di­rir. Bu­nun ar­dın­ca növ­bə­ti xə­bər­dar­lı­ğı Za­kir Hə­sə­nov RİA "No­vos­ti" agent­li­yi­nə mü­sa­hi­bə­sin­də et­di. İn­di er­mə­ni­lər bu xə­bər­dar­lıq­lar­dan ar­tıq re­al nə­ti­cə­lər çı­xar­ma­lı­dır­lar. Əks hal­da düş­mə­ni ki­fa­yət qə­dər acı­na­caq­lı aqi­bə­tin göz­lə­di­yi­ni er­mə­ni­lər öz­lə­ri də yax­şı bi­lir. Hər hal­da, Qa­ra­bağ mü­na­qi­şə­si ət­ra­fın­da ha­di­sə­lə­rin son ge­di­şi mü­əy­yən ye­ni­lik­lə­rin ola­ca­ğı­nı de­mə­yə əsas ve­rir. Er­mə­ni eks­pert Ra­mel­la Mna­sa­kan­yan isə bil­di­rir ki, mə­sə­lə­nin hərb müs­tə­vi­sin­də çö­zü­mü Ru­si­ya­nın ma­raq­la­rı­na zid­dir və Mosk­va Ba­kı ilə an­laş­ma­ya ge­də­rək prob­le­mi da­nı­şıq­lar yo­lu ilə çöz­mə­yə ça­lı­şır: "Kreml Qa­ra­bağ üçün ye­ni sse­na­ri ha­zır­la­yır və bu sse­na­ri­də Ba­kı­nı qa­zan­maq üçün əra­zi­lə­rin Azər­bay­ca­na qay­ta­rıl­ma­sı öz ək­si­ni ta­pır". Onun söz­lə­ri­nə gö­rə, Ru­si­ya Azər­bay­can­la mü­na­si­bət­lə­ri itir­mək is­tə­mir: "Er­mə­nis­ta­nın ma­raq­la­rı Mosk­va üçün o qə­dər də əhə­miy­yət­li gö­rün­mür. Bu­na gö­rə də Azər­bay­ca­na si­lah­lar sa­tır, öz nü­ma­yən­də­lə­ri­ni mü­tə­ma­di Ba­kı­ya gön­də­rə­rək, mü­na­si­bət­lər­də açıq ya­ran­ma­ma­sı­na ça­lı­şır. Bu pro­ses­lə­rin da­va­mı ola­raq Qa­ra­bağ mə­sə­lə­sin­də Ru­si­ya Ba­kı­nı dəs­tək­lə­yə­cək. Er­mə­nis­tan qur­ban ve­ri­lir, Qa­ra­bağ Azər­bay­ca­na qay­ta­rı­lır. Er­mə­nis­tan ha­ki­miy­yə­ti mil­yard­la­rı oğur­la­yır, öl­kə­ni rus­la­ra ve­rir, er­mə­ni­lər­lə mü­ba­ri­zə apa­rır, Ru­si­ya­nın Azər­bay­ca­na si­lah sat­ma­sı haq­da heç nə da­nış­mır­lar". O da vur­ğu­la­nır ki, Ru­si­ya­nın Er­mə­nis­ta­na təz­yi­qi is­tə­ni­lən nə­ti­cə­ni ver­mə­sə, Kreml dö­yüş mey­da­nın­da Er­mə­nis­ta­nı yal­qız bu­ra­xa­caq. Bu və­ziy­yət­də Azər­bay­ca­nın is­tə­di­yi nə­ti­cə­yə na­il ol­ma­sı isə elə də vaxt apar­ma­ya­caq.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur

Son xəbərlər