21/07/2017 22:40
728 x 90

Za­kir Hə­sə­nov er­mə­ni­lə­rin "İs­gən­dər ümid­lə­ri­ni" bir­də­fə­lik sön­dür­dü...

"Bu­nun özü düş­mə­nə çox va­cib me­saj idi"

img

Üze­yir Cə­fə­rov: "Bun­la­rı ge­niş işıq­lan­dır­ma­lı­yıq ki, həm düş­mən ba­şa düş­sün, həm də onun ha­va­dar­la­rı və­ziy­yə­tin han­sı sə­viy­yə­də ol­ma­sı­nı an­la­sın"

 

Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri Er­mə­nis­tan­da yer­ləş­di­ri­lən "İs­gən­dər" komp­leks­lə­ri­nin ra­ket­lə­ri­ni vu­ra bi­lə­cək si­lah­la­ra ma­lik­dir.

Mə­lum ol­du­ğu ki­mi, bu­nu RİA "No­vos­ti" agent­li­yi­nə mü­sa­hi­bə­sin­də Azər­bay­ca­nın mü­da­fiə na­zi­ri Za­kir Hə­sə­nov de­yib: "Mən mü­da­fiə na­zi­ri ola­raq bə­yan edi­rəm ki, biz bu ra­ket­lə­ri vu­ra bi­lə­rik. Biz­də hə­min ra­ket­lə­rin sa­yı 50 də­fə çox­dur. Söz­lə­ri­mə gö­rə tam mə­su­liy­yət da­şı­yı­ram. Əgər on­lar hə­min si­la­hı tət­biq et­sə­lər, tə­səv­vür edin, in­fras­truk­tur və hər­bi ob­yekt­lə­rə ca­vab atə­şi ne­cə ola­caq?!".

Na­zi­rin söz­lə­ri­nə gö­rə, dün­ya­da qo­şun­la­rın ye­ri­dil­mə­si­nin bir ne­çə tak­ti­ka­sı möv­cud­dur: "İs­gən­dər" yax­şı ra­ket­dir. La­kin bir ne­çə mə­sə­lə var. Bi­rin­ci­si, "İs­gən­dər"in bir çox nö­vü var. İkin­ci­si, hə­min "İs­gən­dər" han­sı və­ziy­yət­də­dir? Üçün­cü­sü, bu "İs­gən­dər"i kim ida­rə edir? Dör­dün­cü­sü, onu tət­biq et­mə­yi ba­ca­ra­caq­lar­mı? Biz hərb­çi ki­mi, hər za­man ən pis va­ri­an­ta ba­xı­rıq, bu­na ha­zı­rıq. Si­zə yu­xa­rı­da bəhs et­di­yim ra­ket­lər Ru­si­ya­dan alın­ma­yıb, am­ma key­fiy­yət­cə ge­ri qal­mır. Si­zə de­yə bi­lə­rəm ki, və­ziy­yə­ti mo­del­ləş­di­rib dö­yüş atış­la­rı hə­ya­ta ke­çir­mi­şik. Nə­ti­cə əla­dır! Bu gün biz əmi­nik ki, ya­şa­yış mən­tə­qə­lə­ri­mi­zi və Si­lah­lı Qüv­və­lə­ri­mi­zi mü­da­fiə edə bi­lə­cə­yik".

Er­mə­nis­tan ötən ilin or­ta­la­rın­da "İs­gən­dər" ra­ket­lə­ri­ni nü­ma­yiş et­di­rə­rək da­nı­şıq­lar­da da­ha aq­res­siv möv­qe tut­du. On­lar be­lə he­sab edir­di­lər ki, hə­min ra­ket­lə­rə gö­rə gu­ya Azər­bay­can qor­xa­caq. An­caq bu­nun tam ək­si­nə ola­raq Azər­bay­can da­nı­şıq­lar­da prin­si­pi­al möv­qe­yin­dən bir ad­dım da ol­sa ge­ri çə­kil­mə­di. Bü­tün bun­lar­la ya­na­şı, Za­kir Hə­sə­no­vun mə­lum bə­ya­na­tı­nın nə ki­mi əhə­miy­yə­ti var?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən hər­bi eks­pert Üze­yir Cə­fə­ro­vun söz­lə­ri­nə gö­rə, bu açıq­la­ma­nın əhə­miy­yə­ti bö­yük­dür: "Əv­və­la Z.Hə­sə­no­vun mü­sa­hi­bə­si çox uğur­lu mü­sa­hi­bə­dir. Çün­ki hə­min mü­sa­hi­bə­də həm düş­mə­nə, həm də bey­nəl­xalq qu­rum­la­ra, o cüm­lə­dən ATƏT-in Minsk Qru­pu­nun həm­səd­ri olan Ru­si­ya­ya me­saj­lar ün­van­la­nıb. Me­saj on­dan iba­rət­dir ki, Ru­si­ya­nın xa­hi­şi ilə Azər­bay­can hü­cu­mu da­yan­dır­dı. An­caq Ru­si­ya Er­mə­nis­ta­nı da­nı­şıq­lar­da kom­pro­mis­lə­rə məc­bur et­mə­di. He­sab edi­rəm ki, bu­nun özü çox önəm­li mə­qam­dır. Di­gər tə­rəf­dən, ötən il­dən baş­la­ya­raq Er­mə­nis­tan tə­rə­fi hər ad­dım­ba­şı Azər­bay­ca­nı "İs­gən­dər" ra­ket­lə­ri ilə hə­də­lə­yir­di. Z.Hə­sə­nov da çox düz­gün ola­raq bə­yan et­di ki, hə­min ra­ket­lə­rə qar­şı çox cid­di si­la­hı­mız var. Bu­nun özü düş­mə­nə çox va­cib me­saj idi ki, na­zir tə­rə­fin­dən səs­lən­di­ril­di. Yə­ni biz­də olan müa­sir si­lah­lar­la hə­min ra­ket­lər zə­rər­siz­ləş­di­ri­lə­cək. Ona gö­rə də mən be­lə bir açıq­la­ma­nın ve­ril­mə­si­nə çox müs­bət ya­na­şı­ram. He­sab edi­rəm ki, mü­da­fiə na­zi­ri çox düz­gün ola­raq bə­zi mə­sə­lə­lə­ri vur­ğu­la­yıb. Bun­la­rı ge­niş işıq­lan­dır­ma­lı­yıq ki, həm düş­mən ba­şa düş­sün, həm də onun ha­va­dar­la­rı və­ziy­yə­tin han­sı sə­viy­yə­də ol­ma­sı­nı an­la­sın".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər